Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda toy adətləri - kiçik elçilik
Azərbaycanda toy adətləri - kiçik elçilik
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 7093
Səs ver:
Kiçik elçilik
Adətə görə, əvvəl iki qadın – oğul anası və onun qohumlarından bir qadın ilk elçiliyə gedirlər. Qadınlar məsələni əvvəlcədən müzakirə etməyə və hazırlamağa çalışırlar. Onlar qızın, onun anasının qohumluğa razı olub-olmamasını öyrənər, bu məsələyə ailə başçısının da (atanın) fikrini öyrənməyi qız evindən xahiş edirlər.

Ümumi razılıq əldə olunduqdan sonra nişan mərasiminin məsələləri həll edilər və böyük elçiliyə hazırlıq başlanır. Qadınlar razılığa gəldikdən sonra, oğlan və qız evinin ailə başçıları görüşürlər. Əgər oğlanın atası olmasa, onu oğlan tərəfin hörmətli kişi qohumu əvəz edir. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedir və elçi gedənlər öz hərəkətləri, davranışları ilə qız evinə elçiliyə gəldiklərini bildirirlər.

Qız evinə gələn elçilər ilk dəfə hər şeyə dərindən fikir verirlər. Bu zaman elçilər qız anasının bacarığına, qonaqlara açılan süfrənin nizamına, evin səliqə-səhmanına göz qoyurlar, eyni zamanda özləri haqqında da həmin ailədə müsbət fikir yaratmağa çalışırlar.

Elçilik qaydaları
İnanclara və adətlərə görə elçiliyə gecə getməzlər. Baxmayaraq ki, müasir şəhərlərdə bu adət unudulub.

Elçilərin qarşısına qoyulan çay razılıq alınmamış içilməz.

Elçilikdə deyirlər: "Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar", "Qız yükü, duz yükü".

Qız atası elə birinci elçilikdən razılığa gəlmir. O deməlidir: "Qız qapısı, şah qapısı". "Bir qızla, anası ilə, yaxın qohum-əqrəba ilə məsləhətləşim, sonra qəti fikrimizi sizə bildirərik".

Qızın rəyi soruşulanda həmişə qız susar. Susmaqsa razılıq əlamətidir – deyərlər. Ancaq yenə qəti söz deməzdi. Çünki, əsas sözü böyüklər, ağsaqqallar deməli idi.

Əgər kiçik elçilikdə ilkin razılıq artıq alınmışsa elçilər müsbət söz eşitməyə təkid etməlidirlər.Bu zaman ata qızın anasını çağıraraq hamının yanında bir də ucadan onun və qızın fikrini soruşar. Qadın isə adətə görə ata fikirinin əsas olduğunu deyərək susar. Ananın rəyi soruşularkən elçilər olan otağa qadınlar da daxil olurlar. Ananın sözündən sonra ata hamının yanında "Allah xoşbəxt eləsin " deməlidir. Bundan sonra şirin çay içilər və ortaya yemək gələr.


Şərhlər:
Baxılıb: 7093
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz