Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda toy adətləri - qız gördü
Azərbaycanda toy adətləri - qız gördü
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2363
Səs ver:
Qız gördü
Oğlan bəyənib-seçdiyi qızla evlənmək fikrinə düşdüyünü ata-anasına bildirdikdən sonra, oğlan evində qızın ailəsi haqda kifayət qədər məlumat yoxdursa, oğlan anasının, yaxud onun böyük bacısının (bir yaxın qohumu və ya bundan ötrü dəvət edilmiş ara arvadının iştirakı ilə) keçirdiyi elçilik qabağı qızgördüsünə gedirdilər.

Bu mərhələni həyata keçirən, evin qadınları olsalar da, prosesdə görünməz şəkildə kişilər də iştirak edirlər. Oğlan atası oğlanın anasına qız və onun yaxın qohum-qardaşı haqda lazımi məlumat toplamağı tapşırır.

Bu tapşırıqdan sonra oğlanın yaxın qohumları müxtəlif yol və vasitələrlə qızın özü, valideynləri, nəsli-nəcabəti barədə müəyyən məlumat əldə etməyə çalışırlar. Bundan sonra oğlan evi qadınları qızın ailə üzvləri ilə yaxından görüb təmas qurmaq üçün onlar gedirlər.

Bu "görüşə", bir adət olaraq, səhər tezdən və qəfildən gedilir ki, qız yuxudan oyanandan sonra üzgözünə bəzək-düzək vurmasın. Oğlan evi qadınları qız qapısını döyüb yoldan keçən bir insan tək bəhanə ilə həyətə və evə daxil olurlar. İçəriyə daxil olan "qonaqlar" heç bir şeyi üzə vurmur, mətləbə dəxli olmayan müxtəlif söhbətlər edir, hər vasitə ilə əsas məqsədlərini gizlədirlər. Söhbət arası ev sahiblərindən qızına su gətizdirməyi xahiş edirlər. Bu zaman gözaltı qızın əl-ayağı, oturub durmağı, yerişi və zahiri görkəminə xüsusi diqqət yetirir, onu mütləq danışdırmağa çalışır, fürsət tapıb başına sığal çəkərək hörüyünün təbii, yoxsa süni olduğunu yoxlayır, bəzən isə bir bəhanə ilə qızın dodağından öpüb ağzmda qoxu olub-olmadığını müəyyən edirlər.

Uzaq keçmişdə görücülər bunlarla kifayətlənməyib qızın qulağının yaxşı eşidib-eşitməməsinə, gözünün nə dərəcədə görməsinə, əsəblərinin yerində olub-olmamasına fikir verirdilər. Qızın ev işlərini necə bildiyini öyrənməkdən ötrü, qəsdən mətbəx işlərindən söz açırdılar.

Axırda qız evini tərk edən "Allah qonaqları" geyinən zaman qəfildən qızın ayağı altına kəlağayını salırdılar. Əgər bu kəlağayıya qədəm basmış qızın dabanları çatlaq, çirkli olurdusa, kəlağayının zərif ipək sapları mütləq büzülərdi. Bu da qızın özünə qulluq etməməsinə işarə idi.

Sonra görücülər bəyənilmiş qızın anasma eyhamla: "Allah Sizə bir yaxşı yerdən qapı açsın " deyib sağollaşır və oğlangilə qayıdaraq bütün gördüklərini və öyrəndiklərini evdəkilərə danışırlar. Məsləhətləşib qızı almaq qərarına gəldikdə, ağbirçək bir qadın tapıb onu ağızaramaya göndərirdilər.

Bir vaxtlar qız evində böyümüş qızı ərə vermək niyyəti ilə onu evlənmə dəllalına (yengəyə) göstərmək adəti də bu adı daşımışdır. Evlənmək sahəsində peşəkar vasitəçiliklə məşğul olan bu qadınlar, adətən, hansı qıza hansı oğlanın uyğun olduğunu yaxşı bilirdi. Ayrı-ayrı bölgələrdə bu elçilikqabağı tədbirə "qızabaxdı / qızsaraflama", "qızgörümü / qızgörümcəyi", "görümcək / görəli", "görücügetmə / görücügəzmə", "didar", "bəlləmə" və s. də deyirlər.

Xəbər göndərmə
Oğlan evi arayıb-axtarıb qız evinə kim tərəfdən elçi gəldiyini qız evinə xəbər verməsi üçün münasib bir adam göndərir. Bəzən qız evi gələcək qohumluğa razılıq vermir. Onda elin-obanın ən mötəbər, hörmətli insanı qız evini razılığa gətirməyə çalışır.


Şərhlər:
Baxılıb: 2363
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz