Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fala baxmaq
Fala baxmaq
Göndərən: Sirine
Şərhlər:
Baxılıb: 10889
Səs ver:
Fala inanmıram deyənlər belə bəzən bu metodla gələcəyini öyrənmək cazibəsindən vaz keçə bilmirlər.

İstənilən vaxtda icra oluna bilən fallar:

Yeddi ulduz
Bu falı istənilən vaxt icra etmək olar. Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürlər.

Şax konfeti
Əvvəllər gəlin üçün şax bəzənərdi. Bu, taxtadan, daha doğrusu, odundan düzəldilmiş və bütün çıxıntılarına mıx çalınmış konusvarı, təxminən 1-1,5 metr hündürlüyündə figur idi ki, bunu da müxtəlif şirniyyatla, qoz-badamla, meyvə ilə bəzəyirlər. Həmin şaxdan qoparılmış konfeti axşam yeyib yatanda, guya adam yuxuda öz qismətini görür.

Paltara sap ilişəndə onu götürüb şəhadət barmağına dolaya-dolaya əlifba sırası ilə hərfləri sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb qurtarırsa, sevgilinin adı o hərflə başlayacaq.

Bu falda dörd nəfər oğlan, bir nəfər qız nəzərdə tutulur. Kibrit qutusunun hər 4 tərəfinə bir kibrit çöpü salmaq lazımdır. Onlar oğlan adları ilə olur. Qutunun üstünü deşib, ora bir çöp salırlar. Bu qız adı ilə olur. Sonra çöplərin hamısını yandırırlar. Kənardakı çöplərin hansı ortadakına meyl etsə, deməli o oğlan qızı istəyir. Əgər heç biri meyl etmirsə, deməli istəmir.

Birinin kirpiyi üzünə düçəndə, soruşurlar ki, ürəyində bir arzu tut və de görək kirpiyin hansı üzündədir? Əgər düz tapsa arzusu çin olacaq.

Ay üç günlük olanda ürəyində bir arzu tut və hamı yatandan sonra eyvana çıxıb aya bax. Sonra uzanıb yat. İki gün təkrar elə. Üçüncü gün yuxuda ərə gedəcəyin oğlanı görəcəksən.

Üçqanadlı yarpaq götürmək lazımdır. İki qız iştirak eliyə bilər. Biri yarpağı əlində saxlayır və hər yarpağa onların hər ikisinin tanıdığı oğlan adları verir. O biri qız yarpağın birin çəkir. Üç dəfə bunu təkrar eliyirlər. Əgər hər üçündə eyni oğlan adı düşürsə, deməli, həmin oğlana qismət olacaq. 

Saçın üstünə hər öz adına bir buğda atır və hərə üçlükdə bir arzu tutur. Kimin buğdası tez çırtdasa, onun sevdası baş tutacaq.

Kibrit qutusunun içinə tək və ya cüt sayda kibrit çöpü qoyursan. İstədiyin oğlandan kibrit çöpünün tək və ya cüt olduğunu soruşursan. Əgər düz tapsa, deməli o oğlana qismət olacaqsan.

Suda hər hansı bir şəxsin falına baxmaq üçün hər şeydən əvvəl işlənilməmiş müəyyən su qabı, cam götürülür. Bundan sonra yarım stəkan su götürüb həmin qaba tökmək lazımdır. Fala baxan şəxs fikrində, ürəyində falına baxdığı adamın adını tutmalıdır. Bu zaman suyun üzərində əmələ gələn ləkələrə görə adamın taleyindən xəbər vermək olar.
Dağ şəklində olan ləkələr falına baxılan adamın uzaq yola çıxacağını göstərir.
Quş şəklində olan ləkələr bu adama şad bir xəbər çatacağını bildirir.
Dairəvi şəkildə olan ləkələr bəd xəbər və ya göz yaşı bildirir.
Suyun üzəri ləkəsiz olduqda bir açıq yol və uzun ömür bildirir. 

Noxud falı
Noxudla bir fala baxmaq üçün hər şeydən əvvəl falına baxılan şəxs ürəyində bir niyyət, arzu tutumalıdır. Bundan sonra 41 dənə noxud götürülür. Noxudları sayına görə yox, əllə təxmini olaraq 3 hissəyə bölmək lazımdır. Sonra bir hissisini ayırıb götürmək və həmin hissəsi öz növbəsində iki yerə bölmək lazımdır. Yenidən bölünmüş bu iki hissənin birindən dörd noxud götürmək lazımdır. Həmin hissədə qalan noxudların sayına görə niyyətin və ya arzunun həyata keçib və ya keçməyəcəyəni bilmək olar.
Bir noxud adamın uzaq yola çıxaracağını bildirir.
İki noxud kiminsə nə isə bir xəbər gözlədiyini və ya darıxdığını bildirir.
Üç noxud şadlıq və ya şad xəbər olacağını bildirir.
Dörd noxud nə isə bir məclis, yığıncaq olacağını bildirir.
Beş noxud niyyətin və ya arzunun həyata keçməyəcəni bildirir.

Boylu gəlinin başına xəlvətcə arxadan bir çimdik duz tökürlər və izləyirlər. Əgər gəlin ixtiyarsız əlini üzünə, alnına çəkərsə qızı, əlini bığ-saqqal hissəsinə-çənəyə sürtsə oğlu olacaq. 

Balığın çanaq sümüyünü övlad gözləyən gəlinin oğlu və ya qızı olacağını bilmək üçün iki barmağın ortasından atırlar. Arxası üstə düşərsə qız, üzü üstə düşərsə oğlan olacağı gözlənilir.
İtkin olan zaman, onu tapmaqçün ələyə qaysının iki ucunu sancıb, fırlardırlar. İtkinin kim tərəfindən olduğunu bilmək üçün şübhələndiyin adamın adını çəkirsən. Əgər ələk fırlanarsa, bu iş həmin adam tərəfindən olub. Fırlanmazsa demək o günahkar deyil.

Qorxan adamın başının üstündə ərimiş qurğuşunu onun qarşısındakı qabın içindəki suya tökürlər. Adam nədən qorxubsa onun şəkili suyun içində formalaşır.


Şərhlər:
Baxılıb: 10889
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz