Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeni il inancları
Yeni il inancları
Göndərən: Miss_Oxatan
Şərhlər:
Baxılıb: 1908
Səs ver:
İnsanlar arasında qeyd edilən bayramlara görə xüsusi inanclar var.Bu inanclarin çoxu batil olsa da yenə də insanlar bunlara riayət etməyə çalışırlar.Yazılmamış qanunlardan hesab edirlər.Doğru və ya batil,yenə də maraqla qarşılanır,əməl edilir.Yeni ilin gəlişi ilə də əlaqədar bəzi inanclarda var ki,gəlin görək bunlar hansılardır.

Yeni il inancları

 

zelka Yeni ildə pulsuz qalmayın zelka 
 İnanclara görə, bayram günü pulsuz qalanlar ili ehtiyac içində keçirəcək

zelka Evdən zibil atmayın zelka
Yeni il axşamı evi süpürmək və ya zibil atmaq olmaz, əks halda ailədə mehribanlıq olmaz. «Bəs bayram iməciliyi necə olsun?» deyə soruşursunuzsa, təmizlik işlərini bayrama bir həftə qalmış bitirin.
Sadəcə dekabrın 30-u evi yüngülvari yığışdırın, amma 31-i heç nəyə əl vurmayın.
zelka Bayram masası zelka 
Süfrə müxtəlif naz-nemətlə bol olmalıdır ki, il də bolluq içində keçsin. Masaya düz-çörək qoymağı unutmayın, ənənəyə görə bu, firavanlıq simvoludur. Bayramda pulsuz qalmaq olmaz, yoxsa ili ehtiyac içində keçirəcəksiniz. Əgər pulunuz yoxdursa, borc götürün. Amma bayramqabağı borc qaytarmaq məsləhət deyil, əks təqdirdə, bütün ili borclu qalacaqsınız. Bir çoxları inanır ki, ili təklikdə keçirsə, bütün ili tənha qalacaq. Ona görə bayramda kimisə tapmağa çalışırlar, bu insanı bəyənməsələr belə. O zaman ili təklikdə keçirməsəniz belə, pis əhval-ruhiyyədə olacaqsınız. Bundansa bayramqabağı bütün qohum-əqrəbanızı telefonla təbrik edin və bayramda tək olacağınızı söyləyin. 
Yəqin ki, sevdiklərinizdən dəvət alacaqsınız. Amma tək qalmaqda da pis heç nə yoxdur. Gecə küçəyə çıxın, insanlara baxın, ola bilsin əsl möcüzə baş verəcək 
və siz həyatınızın böyük məhəbbətilə qarşılaşacaqsınız

zelka Batil inanclar  zelka 
Əgər yeni il axşamı və ya yeni ilin ilk günü evinizə sahibsiz it və ya pişik gələrsə, bunun bir mənası var. 
Onu evinizə gətirə bilməsəniz də, heç olmasa, yedizdirin. 
Onda sizi yeni ildə uğur gözləyəcək.
Əgər yeni il axşamı sizinlə nə isə baş versə, bu bütün il boyu təkrarlanacaq.
Əgər bayram masası arxasında kimsə asqırsa, yeni il masada oturan hər bir kəsə xoşbəxtlik gətirəcək.
Əgər yanvarın 1-i satıcı ilk alıcısına böyük endirimlə mal satarsa, onda yeni ildə onu uğurlu alver gözləyir.
Əgər yeni ilin ilk gününü şən keçirsəniz, onda il boyu sizi şənliklər gözləyir.
Əgər yeni il gələndən sonra yolda qarşınıza çıxan ilk adam kişi olarsa, il sizə xoşbəxtlik gətirəcək.
Yanvarın 1-dən 7-dək yeni tanış olacağınız insanlar həyatınızda önəmli rol oynayacaqlar..

Bayramınız Mübarək!!!


Şərhlər:
Baxılıb: 1908
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz