Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünya ölkələrində maraqlı adət və ənənələr
Dünya ölkələrində maraqlı adət və ənənələr
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 11360
Səs ver:
Indoneziyanın Roti adasında yeni doğulmuş uşağa ad qoymaq mühüm məsələlərdən biri hesab olunur. Belə mərasimlərdə qohumlar mütləq iştirak etməlidir. Ad qoyan şəxs uşağın başı üstə dayanıb onun əcdadlarını sadalamağa başlayır. Uşağın valideynləri uşağa nəzarət edir, onun hər bir hərəkətinə göz qoyurlar. Əgər uşaq adlar sadalanarkən ağlayırsa, deməli bildirilən ada layiqdir. Kişi adları eşidən körpə onların heç birini "bəyənmədikdə" ad qoyan qadın, adları yenə sadalamağa başlayır. Əgər bütün sadalanan adlara öz qığıltısı ilə cavab vermirsə, demək heç bir ad xoşuna gəlmir. Onda oğlanı sadəcə olaraq Toy Beun (təzə kişi), qızı isə İna Beun (təzə qadın) adlandırırlar. Roti adasında qadın adlı kişilərə, kişi adlı qadınlara rast gəlmək mümkündür. 
*** 
Hindistanın qərbindəki Bikaner şəhərində böyük bir toy mərasimi keçirilmişdir. Bu şənlikdə eyni zamanda 2 min gələcək ər- arvad iştirak etmişdir. Buna səbəb odur ki, qüvvədə olan daimi adətə görə evlənmək istəyən oğlan və qızlar kəbinlərini ancaq dörd ildən bir, özü də müəəyən olunmuş gündə kəsdirə bilərlər.
***
Yaponiyanın bəzi yerlərində boşanmaq istəyən ər və arvadı "qayalıq" yerə göndərirlər. Onlar orada qalırlar. Belə halda əlacsız qalmış ər və arvad barışmalı olur və ancaq bundan sonra onlar öz evlərinə qayıda bilərlər. 
***
Flores, Benqukula, Kruye, Lampunqe adalarında ərlik qızlar satılır və qiyməti baha olduğu üçün gənc oğlanlar evlənə bilmirlər. Buna görədə bu yerlərdə ərə getməmiş qızlar çoxdur.  
*** 
Danışanda ən az söz işlədən xalq Mərkəzi Afrikada yaşayanlardan biridir. Çünki onların dilində cəmi 26 söz var. 
***
Yaponiyanın bəzi adətlərində adamın ad gününü doğulduğu gündən deyil, təzə ildən qeyd edirlər. Bu əyalətlərdə anadan dekarbr ayının 31-də doğulan uşağı yanvarın birində 1 yaşlı hesab edirlər.
*** 
Adətən dueldə müxtəlif silahlardan istifadə edirlər. Malakka yarımadasındakı Sakaya qəbiləsinin sakinləri isə duelə gələrkən tovuz quşunun lələklərindən istifadə edirlər. Şahidin (sekundantın) işarəsi ilə duelçilər ortaya çıxıb əllərindəki lələklərlə bir -birini qıdıqlayırlar. Ən mahir duelçi dörd saatdan artıq davam gətirməyib gülür. Kim daha tez gülərsə, onu məğlub hesab edirlər.
/Mənbə:Qadınlar.biz/
 


Şərhlər:
Baxılıb: 11360
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz