Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xonça
Xonça
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 10251
Səs ver:
Xonça - bayramlarda və digər təntənəli mərasimlərdə hazırlanmış hədiyyə toplusudur. Xonçanın içində qiymətli bəzək əşyalarından tutmuş meyvə və şirniyyata qədər ola bilər.
Nişan xonçası - Bir sıra bölgələrimizdə bu xonçaları "nişanbaxtı / nişanbəxti" adlandırırlar. Nişan - elçilikdən və həridən sonra qızın verilməsinin bəlli edilməsi üçün təşkil edilən mərasimdir. Bu mərasimdə oğlan evindən qız evinə nişan xonçaları gətirilir. Bu xonçalar arasında nişan üzüyü və qırmızı şal yerləşdirilmiş üzük xonçası, paltar xonçası, mövsümə görə meyvə xonçası, şirniyyat və qız adamlarına ayrılmış hədiyyələr olan xonçalar yer alır.
Xonça gətirmə - Nişandan sonra qız kimin toyuna, nişanına getsə onun adına xonça gətirirlər. Burada qızlar oturur bir tərəfdə. Bu zaman qaynana əlində xonça oynaya – oynaya girir məclisə. Gəlir gəlinin qabağına. Alnından öpüb onu qaldırır və xonçanı qoyur onun yerinə. Qızı oynadır. Bundan sonra baldız, qayın, elti və bəy gəlini oynadırlar.
Ağ xonça - Oğlan evində Novruz, Ramazan və digər xalq bayramları şərəfinə tutulub nişanlı qızlara aparılan və həmin qız evindən oğlan evinə gətirilən xüsusi bayram xonçasının adıdır. Üstü qırmızı kəlağayı və ya saçaqlı tirməşalla örtülən bu xonçaya səməni qoyar, rəngli şamlar yandırarlarmış. Onun başqa adı "bayram yemişi", "görəlgə", "novruzpayı"dır.
Qənd paşı - qədim adətlərimizdən biridir. Qız evinə gedən nişan qablarını boş qaytarmazdılar. Bu qabların içində oğlan evinə qız evindən "qənd paşı" xonçası göndərərdilər. Bu xonçanın içində yağlı şəkərli bişirmələrdən şəkərbura, şəkərçörəyi, alma, fətir və s. qoyulardı. "Qənd paşı" xonçasının içində qız evinin qabları olardısa oğlan evi o qabları boş qaytarmazdı. Gərək onun içinə bir dəst parça, bir və ya iki dənə imperial (qızıl pul) qoyub göndərirdilər
Şirniqabağı xonça - Quba bölgəsində icra olunan xonçaqayıtdı mərasimində oğlan evinin qızgilə gətirdiyi şirni xonçaları əvəzində qız evindən oğlangilə göndərilən xüsusi xonçanın adı. Dörd hədiyyə araxçın, qırmızı ipək yaylıq, tənbəki kisəsi və bir şəkərbağı (şalvara keçirilən uzun qaytan) hazırlayıb, onları dörd nimçə şirniyyatla birlikdə siniyə düzərək üzərini zərli parça, yaxud qələmkar süfrə ilə örtürlər. Bu xonçadakı şəkərbura, şəkərtıxma və bu kimi çörəklərin üstü xüsusi güllərlə naxışlandığı üçün onlara güllü çörək deyilir. Xalq arasında o, daha çox "şirniqabı xonça" adı ilə tanınır
Novruz xonçası - Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta, paxlava, şəkərbura, şorqoğalı və bayram çərəzləri qoyulur. Xonçanın içindəkilərin üzərinə buğdadan hazırlanmış qorğa səpilər. Xonçada yer alan hər təamın öz mənası var:
Qoğal - günəşin rəmzi
Şəkərbura - 15 günlük ayın rəmzi
Paxlava - ulduzların bəzi mənbələrə görə qadın rəmzi.


Şərhlər:
Baxılıb: 10251
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz