Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sultan Süleyman Qanuni haqqında
Sultan Süleyman Qanuni haqqında
Göndərən: Pure Love
Şərhlər: 5
Baxılıb: 153
Səs ver:
Onun dünyaya gəlişindən 521 il ötür. Lakin Sultan Süleyman Qanuninin adı tarixin səhifələrinə qızıl hərflərlə yazıldığındandır ki, onun möhtəşəm həyatı daim anım və müzakirə mövzusudur. Süleyman, Sultan Süleyman Qanuni, yaxud bir çox qərb ölkəsində deyildiyi kimi, Möhtəşəm Süleyman 10-cu Osmanlı padşahı və 89-cu İslam xəlifəsidir.

I Süleyman 27 Aprel 1495-də Trabzon şəhərində anadan olub. Atası I Sultan Səlim idi. Yeddi yaşında elm, tarix, ədəbiyyat, din və hərbi taktikaları öyrənmək üçün Topqapı Sarayındakı Əndəruna göndərildi. Dini təlimdən başqa Qaraqızoğlu Hayrüddin Əfəndidən tarix, ədəbiyyatla yanaşı dəqiq elmləri də öyrənirdi. Zərgərlik peşəsinə yiyələnmişdi.

Şebinqarahisar və Bolu Sancaqbəyi təyin edilməsini arzulayırdı. Lakin Amasiya Sancaqbəyi olan əmisi Şahzadə Əhməd bu niyyətindən razı qalmadı. Nəticədə 1509-ci ildə Krımdakı Kefe Qubernatorluğuna təyin edildi. 1512-ci ildə atası I Səlimin taxta çıxması ilə Manisaya qubernator göndərildi. 1520-ci ildə atasınını vəfatından sonra İstanbula gələrək sentyabrın 30-da taxta çıxdı .

Atasının şərəfinə Sultan Səlim Məscidini tikdirdi. Xələflərin ənənəsinə sadiq qalaraq silahdarlara və kimsəsizlərə bəxşiş verdi. Süleyman əliaçıq olduğu qədər cəza verməkdən də geri qalmirdi. Lakin bu cəzalar ədalətə söykənirdi. Kapitan Dərya Cəfər Bəy və bir neçə silahdara xalqa zülmünüə görə edam hökmü verməsi "Qanuni" adlandırmasında əhəmiyyətli rol oynadı.

Onun hakimiyyəti dövründə Osmanlı hər cəhətdən inkişaf etdi. Qüdrətli dövlət xadimi, mahir sərkərdə, həm də istedadlı şair kimi yaddaşlarda qaldı. I Süleyman divanında 2779 qəzəl toplanıb ki, bu, sayca eyni janra müraciət edənləri xeyli üstələyib. Belə desək, şair Divan ədəbiyyatının qəzəl rekordçusudur.

Fatehlik yolu 1521-ci ildə Belgradın alınması ilə başlayıb Rodos, Mohaç, Bağdad və Təbriz, Boğdan və Preveze, Macarıstan, Esterqon, Trablusqarp, Səfəvi torpaqlarının bir qismi, və nəhayət Zigetvarın alınması ilə başa çatdı. Atası I Səlimin hakimiyyəti altında olan ərazini Avropa, Asiya və Afrikada fəth etdiyi ölkələrin hesabına 2,5 dəfə artırib.

46 illik padşahlığı
Daha dəqiq desək 45 il 3 ay 7 gün padşahlıq etdi. Səltənətinin 2745 gününü (7,5 il) at belində səfərlərdə keçirdi. 13 böyük səfərində at üstündə təxminən 43 000 kilometrə yaxın məsafə qət etdi.

Sultanın sağ əlinin faciəsi
O yuxusunda belə Osmanlı Sultanının sağ əli kimi şöhrət tapacağına inana bilməzdi. Sultan Süleymanın ikinci sədrəzəmi, Osmanlı tarixində "Parqalı, Firəng, Məqbul, Maktul" ləqəbləri ilə tanınan İbrahim Yunanıstanın Parqa şəhərində doğumuşdu, balıqçı oğlu idi. Kiçik yaşında türk quldurlar tərəfindən qaçırılaraq Manisada dul bir qadına satılmışdı. Qadın onun yaxşı təhsil almasını təmin edərək skripka çalmağa təşviq etdi.

Bax elə sonuncu amil də onu vəliəhd Süleymanla tanış etdi. Skripkaya vurğunluq onu Süleymanın sarayına gətirdi. Beləcə yüksəlişə aparan ilk addım atıldı. Bacarığı, Qanuni ilə dostluğunun da təsiri ilə Osmanlı Dövlətində sürətlə yüksəldi. Qapı ağası, Şahinçi başı, Xas odabaşından sonra sədrəzəmliyə qədər yüksələn İbrahimə həm Anadolu , həm də Rumeli Bəylərbəyliyi verilmişdi. Bu vəziyyət Osmanlı tarixində nadir hadisə idi.

Və nəhayət, sarayın Damadı...
İbrahimin Sultanın damadı və sağ əli olması, ona hədsiz səlahiyyətlər verməsi sarayda kifayət qədər düşmənlər və rəqiblər qazandırdı. Faciəsində özündə yaranan təşəxxüs də rol oynadı. Hətta öz adına fərmanlar yazır, bəzi mühüm sənədlərə “Sultan İbrahim” kimi imza atırdı.

İbrahim Paşa görüşdüyü elçilərə mövqeyinin yüksəkliyini vurğulayaraq, "Padşahın iki möhüründən biri məndədir. Dövləti mən idarə edirəm, mənim təsdiq etmədiyim heç bir iş baş tuta bilməz" deyərək nüfuzu ilə lovğalanırdı. Sonunun yaxınlaşmasına Sultanın sevimli qadını Hürrəm Xatunla arasında olan kəskin münaqişə də təsirsiz ötüşmədi.

İbrahim Paşanın Şahzadə Mustafanı dəstəkləməsi ona ən böyük düşmənini qazandırdı. Hürrəm Sultanı. Hürrəm Sultan bütün gücü ilə Paşanın əleyhinə çalışırdı. Paşanın Xədicə Sultan ilə maraqlanmadığı, bəzi cinayətləri gizlətdiyi, hədiyyə göndərilən Quranı-Kərimləri qəbul etmədiyi, gizli xristian olduğu, dövlətin pulunu xərclədiyi söz-söhbətlərinə artıq Qanuni də inanmağa başlamış və köhnə dostu ilə ayrılıq vaxtınin gəldiyini düşünərək onu öldürtməyə qərar vermişdi.

1536-cı ilin mart ayında iftar üçün saraya çağırılan İbrahim Paşa iftardan sonra bir otağa çağırılaraq dörd kar və dilsiz cəllad tərəfindən boğduruldu.

Sultanın 4 arvadı və onların ən sevimlisi
Hürrəm Sultan: Ukrayna əsllidir. 4 Şahzadə və 1 qız sultanın anası

Mahidövran Sultan: Şahzadə Mustafanın anası

Gülfəm Xatun: Şahzadə Muradın anası

Fülanə Xatun: Şahzadə Mahmudun anası

Hürrəm Qanuni Sultan Süleymanın ən sevimli qadını, nikahlı arvadı və Osmanlı tarixində əhəmiyyətli rol oynamış sultandır. Polyak əsilli yəhudi ailəsində doğulan Hürrəm Sultanın əsl adı Rokselanna idi (Anastasiya Lisowska). Gözəl olduğu üçün kiçik yaşda, 1520-ci ildə indiki Ukrayna sərhədinin daxilində yerləşən Rohatin şəhərindən qaçırılmışdı. Sonra Krım Xanı tərəfindən Osmanlı sarayına hədiyyə edilən Hürrəm zəkası və bacarığı ilə padşahın diqqətini cəlb etdi, hərəm qadınları və saraydakılar arasında özünə yer əldə etdi.

Oğlunun öldürülməsinə necə razılıq verdi?
Mustafa, I Süleymanın Mahidövran Sultandan olan ilk uşağıdır. Şahzadə Mustafa yetkinliyə çatanda Osmanlı ənənəsinə uyğun olaraq Amasiyaya qubernator göndərildi.

Şahzadə Mustafanın I Süleymanın böyük oğlu və sevilən şahzadə olmasına görə atasından sonra taxta çıxacağı gözlənilirdi. Ancaq Mustafa atasına qarşı bir müddət sonra qiyam qaldırdı. Böyük təhlükəyə çevrilən Mustafa 1553-cü ildə Ereğli düzənliyində boğduruldu.

Qızına pərəştiş edirdi
Mihrimah atası ilə dostcasına dərdləşir, səmimi münasibət göstərirdi. Onların ədəbiyyat və musiqi ilə bağlı söhbətlərin məzmunu dəyişdi. Ata qızı ilə dövlət məsələləri ilə bağlı fakir mübadiləsi aparırdı. Süleyman əhəmiyyətli qərarlarını onunla məsləhətləşirdi. Donanma necə olmalıdır, hansı vəzir dəyişdirilməlidir… kimi vacib qərarlarda padşahın məsləhətçisi olmuşdu. Yorğun və yaşlı Qanuni, qızının zəkasına pərəstiş edirdi.

Padşah oğlunu öldürən İran şahını mükafatlandırdı
Vəzirlərin qızışdırması ilə padşaha üsyan edən Sultan Süleymanın oğlu Sultan Bəyazid Şərqi Anadoluda məğlub olaraq, on min əsgər ilə İrana sığınmıştı. İran Şahı Tahmasib ona sığınan türk şahzadəsini əvvəl çox yaxşı qarşıladı. Sultan Süleyman, çox qiymətli hədiyyə vəd etdiyi məktubda Tahmasibdən oğlunun öldürülməsini istədi. İran şahı əvvəllər Bayazıdın əlinə keçməsini böyük fürsət olaraq görər və Qanunidən taviz üstünə taviz qopardır. Şah, Qanunidən oğulunun edamı üçün Qarsı da istyir. Göndərilən hədiyyələr və Qanuninin təzyiqi ilə nəhayət ki, padşahın istəyini yerinə yetirir. Şahzadə ilə bərabər on min əsgərini də qətl etdirir. Sultan Süleyman oğulunu öldürən Təhmasibə üç dəfə yüz min qızıl , yüz min miqdarı tam nizamlı qızıl və müxtəlif hədiyyələr göndərir.

Arxitekturaya böyük önəm verirdi
I Süleyman dövründə abadlıq fəaliyyətləri davam etdi və ilk iş olaraq atası Yavuz Sultan Səlim tərəfindən təməli qoyulan İstanbul Sultan Səlim Məscidi tamamlandı. Qanuni dövrünün ən böyük memarı Memar Sənan olaraq qəbul edilir. Süleyman su kanallarına əhəmiyyət vermiş və bir çox köhnə anbardan İstanbula su gətirtmişdir.

Memar Sinan Süleymanıyə məscidini inşa etdirəndən sonra Qanuniyə "Padşahım! Sənə elə bir məscid tikdirdim ki qiyamətə qədər ayaqda dayanacaq mətanətə malikdir!" deyərək əsərini təqdim etmişdi.

Qanuninin dövlət rəhbərliyində dörd önəmli məqama fikir verirdi

-Dövləti idarə etmək üçün böyük bir ordu,

-Ordunu idarə etmək üçün böyük bir iqtisadiyyat,

-İqtisadiyyatı əldə etmək üçün xalqın rifahının yüksək olması,

-Xalqın rifahının yüksək olması üçün qanunların ədalətli olması. Bunlardan biri belə olmazsa dövlət çökməyə məhkum olacaqdı.

Ölümü
Sultan Süleyman Qanuni -Türk dünyasınını möhtəşəm şəxsiyyəti (VİDEO) Avstriyanın İstanbul Anlaşmasını pozması, vergisini ödəməməsi və Ərdələ basqın etməsinə görə Qanuni sonuncu 13-cü səfərini Zigetvara etdi. Təxminən 1 aylıq mühasirədən sonra Zigetvar Osmanlıya daxil edildi. Hədəf Viyana olsa da Sokullu Məhməd Paşa ordunun yetərli olmadığını düşünərək İstanbula geri döndü. Zigetvarın fəthindən bir gün əvvəl, 6 Sentyabr 1566 tarixində Süleyman vəfat etdi.

Qanuninin döyüş əsnasında öldüyü əsgərlərə deyilmədi. Bu əsgərlərin ovqatının pozulmaması üçün edilmişdi. Süleymandan sonra taxta II. Səlim çıxdı.


Şərhlər: 5
Baxılıb: 153
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
evli.mutlu.cocuklu
Axıra qədər oxumadım tarixi heç sevmirəm
23 noyabr 2016 23:44
# 5
leyli
Tarix dersleri yadima dusdu. Xebere gore tshk
23 noyabr 2016 13:25
# 4
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
duymecik
Oxudum sonacan,maragli olub heyati
23 noyabr 2016 11:17
# 3
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
BARBI
Cox guclu serkerde olub.Ornek goturulecek insan olub.Onun tek sevmediyim ceheti hurrem sultanin tesiri altinda qalmasi olub
23 noyabr 2016 10:00
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
oz dovrune gore cox axilli adini tarixe qizil herfle yazdiran sutan olub
23 noyabr 2016 09:46
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz