Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müslüm Maqomayev haqqında
Müslüm Maqomayev haqqında
Göndərən: Ayten Melek
Şərhlər: 4
Baxılıb: 145
Səs ver:
O, 1942–ci il avqustun 17–də pioner və oktyabryatlar dövründə, fəhlə uşağının ən nüfuzlu institutlarda təhsil aldığı bir zamanda anadan olmuşdu. Baxmayaraq ki, bu -bütöv dünya bildiyimiz, kommunizm riyası altında yaşadığımız, ümidsiz, sabahsız SSRİ dövrü idi…
Bakıda anadan olan Müslümə Azərbaycan musiqisinin tanınmış simalarından olan babası Müslim Maqomayevin adını vermişdilər.
Babasının və həyat yoldaşı Bəydigülün iki övladı dünyaya gəlmişdi. Kiçik oğul, yəni Müslümün atası - Məhəmməd Maqomayev tanrıdan vergili insan idi, baxmayaraq ki, musiqi təhsili almamışdı, royalda çalırdı və həm də oxuyurdu, onun çox ürəyəyatımlı və xoşagələn səsi vardı. İstedadlı teatr rəssamına atasından mətanət və kişilik əzmi miras qalmışdı. Məhz belə insan sevdiyi hər şeyi atıb vətəni qorumağa gedə bilərdi. Atasının ölüm xəbərinin Müslümdən uzun illər gizlətmişdilər, 10 yaşına çatanda ona həqiqəti deməyə məcbur oldular.

Anası Ayşət xanım dram aktrisası idi, onun da gözəl səsi var idi, səhnədə oynadığı rollarda istedadı ona kömək edirdi. Maykopda anadan olan Ayşət həyat yoldaşı ilə Bakıda evlənmişdi, Məhəmməd cəbhəyə yollananda o Maqomayevlər ailəsi ilə birlikdə yaşayırdı, həyat yoldaşının ölümündən sonra isə doğulduğu məkana geri döndü.
Üç yaşında ilk dəfə babasının royalı arxasına oturdu. Özü çox kiçik idi, royal isə böyük. Bu gedişlə ilk bəstəsini 5 yaşında yazdı.

1949-cu ildə Müslümü Bakı konservatoriyasının nəzdindəki onillik musiqi məktəbinə oxumağa göndərdilər. Unikal səsindən ilk dəfə danışılanda səkkiz yaşı var idi. Xorla birlikdə “spi, moya radost, usni” oxuyan vaxt müəllim digər uşaqlara susmaq işarəsi verərək yalnız onun oxumasını istəmişdi.
Doqquz yaşı olanda anası onu çalışdığı teatra - Vışnıy Voloçkaya gətirir. Müslüm bir ildən sonra anasının qərarı ilə nənə-babasına geri dönür. Bu isə Ayşət Axmedovnanın ikinci dəfə ailə qurması ilə bağlı idi. Onun yeni ailəsindən iki övlad dünyaya gəlir, bunlar ögey qardaş Yuri və bacısı Tatyana idi.
Altıncı sinifdə ilk mahnısını yazır. Həmin mahnını sevdiyi qıza həsr edir – bu, indiyədək dillərdə məşhur olan “Marina” mahnısı idi.

14 yaşında artıq yetkinlik həddinə çatdığı üçün səsinin çaları dəyişməyə başlayır, o, bunu evdəkilərdən və pedaqoqlardan gizlədirdi, bircə sinif yoldaşlarından utanmırdı, həmişə onlara məşhur uşaq filmlərindən “Buratino”nu, Qulliver haqqında filmdən “Moya liliputoçka”nı həvəslə oxuyurdu.
Hələ gənc yaşlarından musiqiyə, piano ifaçılığına olan marağı onillik musiqi təmayüllü məktəbdə özünü daha aydın büruzə verir.
İlk dəfə müvəffəqiyyətlə konservatoriyanın Böyük zalında o, Rossininin “Sevilya bərbəri” operasından “Fiqaronun ariya”sını ifa edir. Bu çıxışdan sonra vokal sahədəki professional karyerası yüksəlməyə başlayır.
18 yaşında gənc oğlan ilk məhəbbətinə rast gəlir. Böyük məhəbbətlə başlayan evlilik uzun sürmür. 1962–ci ildə Helsinkiyə Gənclərin və Tələbələrin VIII Ümumdünya Festivalına yollanarkən artıq gəmidə yola gedə bilmədiyi qadınından ayrılmaq qərarına gəlir.
Həmin il həyat yoldaşı Ofeliyadan qızı Marina dünyaya gəlir. Qız anası ilə yaşayır, o, atasının yolu ilə getməyəcəkdi, özünü ailəsinə, dünyaya gətirəcəyi körpəsinə həsr edəcəkdi.
Belə ki, sənətkara şöhrət gətirən Helsinki çıxışından sonra ifaçılıq sənətini təkmilləşdirmək məqsədilə müğənni dövlət xəttilə “La Skala” teatrına göndərilir.
M. Maqomayev ilk solo-konsertini 1963-cü ilin noyabrında Çaykovski adına Konsert Zalında verir. “Kreml” Sarayında verdiyi konsertdən sonra bütün Sovet İttifaqında tanınır. Rusiyada keçirilən Azərbaycan mədəniyyət günlərində hamı yeni ulduzu həvəslə qarşılayırdı. Konsert SSRİ-də əsl parlayış idi, nəticədə tamaşaçılar Sovet estradasının yeni simasını müəyyən etmişdi.

1963-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olan M. Maqomayev 1964-65-ci illərdə Milanın “La Skala” teatrında təcrübə keçir. Müğənni üçün Milan Opera teatrına getmək çox çətin idi. O vaxtlar xaricdə oxumaq üçün tərcümeyi-hal qüsursuz olmalı idi. Müslümün tərcümeyi-halında isə “boşanıb, məktəbdə pionerdən xaric edilib, komsomolçu deyil” kimi faktlar sual işarəsi yaradırdı. Buna baxmayaraq, o, Milana yollandı…
İtaliyaya səfəri Azərbaycanda geniş işıqlandırılmışdı, Bakı televiziyası səfərdən öncə haqqında film hazırlamışdı.
Hamı düşünürdü ki, Maqomayevin arxasında kiminsə güclü əli var. Bu, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva idi - qadın Müslümə əməlli-başlı aşiq olmuşdu!
İtaliyaya getməzdən öncə Furtseva şəxsən özü təcrübəçilərlə məşğul olurdu, onlara tövsiyə və tapşırıqlarını verirdi.

Nəhayət, qrup İtaliyaya yollandı. İtaliya ayrı bir aləm idi, elə uşaqların da italyanları təəccübləndirmək üçün müəyyən əsasları var idi…
Teatrın yaxınlığındakı kiçik kafenin tez-tez qonağı olan təcrübəçi gənclər bir dəfə hamının gözü önündə 150 qədəh italyan arağı içmişdi, o vaxt alqışların ardı-arası kəsilmək bilməmişdi.
Sovet dövründə dəb olan casuslar, sərt qanunlar orada da onu rahat buraxmırdı. Müslüm Milanda Anna Trina adlı italyan qızı ilə tanış olur. Qızı ilk görüşdən kafeyə dəvət edir. Anna getdikdən sonra bir nəfər ona yaxınlaşıb qızdan əl çəkməsini tələb edir.
Qrupdakı üzvlərdən biri onu hər yerdə təqib edərək məlumatları mərkəzə ötürürdü…
Ondan sonrakı illərdə Müslüm daha çox çətinliklərlə üzləşməli oldu. Qastrollarına qadağa qoyuldu, çoxsaylı təkliflərin az qismi dəyərləndirildi…

Pedaqoqlarla çox çalışırdı, buna baxmayaraq, La-Skala səhnəsində çıxış etmək nəsibi olmadı. Buna Sovet İttifaqının sərtliyi səbəb olmuşdu. Mübadilə nəticəsində Moskvada təcrübə keçən məşhur Milan Teatrının balerinalarına “Bolşoy teatr”da səhnə çıxışına icazə verilməmişdi, onlar da çıxış yolunu sovet təcrübəçilərini La-Skala səhnəsinə çıxarmamaqda görmüşdü.
Beləliklə, öz təhsilini İtaliyanın La-Skala operasının məşhur vokal məktəbində daha da təkmilləşdirdi.

60-cı illərin sonu onun şöhrətinin zirvə nöqtəsi idi, italyan temperamentli kürən hamının, xüsusilə qadınların sevimlisi idi. Həmin illərdə hamı Qafqaz millətlərinin simasını düzgün ayırd edə bilmirdi, əksəriyyət elə düşünürdü ki, Müslüm gürcüdür.
Furtseva ona nə qədər hörmət edirdisə, müavini də bir o qədər Müslümü qəbul etmirdi. Müavinə xüsusilə müğənninin italyanca oxuması təsir edirdi. Təbiətcə müstəqil olan Müslüm azadlığı çox sevirdi, sərhədləri xoşlamırdı, elə buna görə də ona üstün gəlmək mümkün olmadı.

Təcrübəsini bitirdikdən sonra Moskvanın “Bolşoy Teatr”ına dəvət olunan Maqomayev təklifdən imtina edib, Azərbaycana döndü. Burada Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirdi.
1966-69-cu illərdə fransızlar Müslümü ölkələrinə dəvət edirlər. Furtseva onu da tərkibə daxil edir. Lakin bu səfər Azərbaycanda etiraza səbəb olur. Son nəticədə Müslüm səfərə yollanmalı olur. Parisin tanınmış “Olimpiya” Teatrında onun qastrolları keçirilir. Teatrın direktoru Bruno Kokatris M. Maqomayevə onu beynəlxalq miqyasda tanıtmaq üçün müqavilə bağlamağı təklif edir. Ancaq SSRİ-nin mədəniyyət naziri bu müqaviləyə qadağa qoyur.
1969–cu ildə artıq kifayət qədər məşhurlaşan müğənni Sopot festivalında birinci mükafata, Kann festivalında isə “Qızıl val” mükafatına layiq görülür.

Fransadan geri döndükdən sonra müğənni Daxili İşlər nazirliyinə çağırılır. Müğənni konsert üçün təşkilatçılar tərəfindən üçqat artıq məbləğ almışdı. Buna Mədəniyyət Nazirliyi tərəfindən icazə yox idi. Həmin müddətdə müğənni altı ay müddətinə efirdən və konsertlərdən uzaqlaşdırılır. Lakin bir neçə aydan sonra KQB-nin yubileyi idi. Andropov şəxsən özü Furtsevaya zəng vurur və yubileydə onun ifa etməsini tapşırır. Bu qərara Furtseva özü də ürəkdən razı idi.
Brejnev özü onun pərəstişkarlarından idi. Azərbaycana gəlişi münasibətilə Müslüm rəhbərin şəninə mahnı yazmalı idi. Və yazır da.
Brejnev ən çox onun italyan partizanlarına həsr etdiyi “De la Çao” mahnısını çox sevirdi.
Gələcək həyat yoldaşı Tamara Sinyavskaya ilə də o, Bakıda qastrol səfərində ikən rastlaşır.
Məşhur opera müğənnisi Tamara Sinyavskaya Müslümün həyatını daha mənalı və maraqlı etdi. İlin sonunda Müslüm La-Skalaya təcrübəyə yollanır, onların məhəbbətinə telefonçu qız şahid idi. Onlar bir-birinə olan məhəbbətlərini sona qədər qoruya bildilər.
Səfərdən dönəndə Maqomayev Kreml sarayında konsert verir. Hələ də ərli olan Tamara konsertə gəlmir. O, sevdiyi şəxsdən ayrılmaq qərarında idi. Lakin ayrılıq görüşü onları ömürlük bir-birlərinə bağlayır. Aşiqlər öz sevgilərini sonadək qorumağı bacarır.
Müslümün sonrakı yaradıcılıq fəaliyyəti Moskva şəhərilə bağlanır. Moskva, Sovet İttifaqının paytaxtı olduğuna görə, istedadlı gənclər ümidlərini bu şəhərə bağlayırdılar. Burada ya zirvələrə ucalacaqsan, ya da unudulacaqsan. Fitri istedad burada çiçəklənməyə başlayır və öz bəhrəsini bir sıra mahnıların ifasında görür. Moskvanın görkəmli bəstəkar-nəğməkarları Müslümün səsinə uyğun olan xüsusi mahnılar bəstələməyə başladılar. Bunların sırasında “Buhenvald harayı”, “Ruslar müharibə istəyirmi?” mahnıları, rus xalq mahnılarından: “Piter boyunca”, “Mənim atlarım”, italyan mahnılarından: “Luçiya”, “Sorento” və s. xüsusi yer tutur.

Müslüm Maqomayev səsinin qüdrəti, gözəlliyi ilə hamını valeh edirdi. Səsinin geniş diapazonu ona vokal sənətinin müxtəlif sahələrində müvəffəqiyyətlə sınaqdan keçməyə imkan verirdi: opera, kino, estrada və s. sahələrdə o özünü bacarıqla göstərə bildi. Estrada janrı isə Müslüm Maqomayevin yaradıcılığında daimi yerlərdən birini tutur. Bu janr vasitəsilə o musiqisevənlərin və geniş kütlənin ürəyinə yol tapmış və öz oxuma tərzinin təkrarsızlığını dəfələrlə təsdiqləmişdi.

Onun yuxarı hakim dairələrdən heç kimlə dostluğu yox idi, yeganə dostu Heydər Əliyev idi, bu isə yaradıcılığa verilən qiymətdən yaranan dostluq idi, əfsanəvi sənətkarın sənətçi kimi püxtələşməsində Ümummilli liderin müstəsna rolu olmuşdu. Heydər Əliyev dərk edirdi ki, Müslüm Maqomayev Azərbaycan Xəzər dənizi ilə tanındığı qədər Müslümü ilə də fəxr edə bilər.
Heydər Əliyevin səyi ilə 1973–cü ildə M.Maqomayev 31 yaşında sovet dövrünün ən yüksək – SSRİ xalq artisti fəxri adına layiq görülür.

70-ci illərdə SSRİ estrada səhnəsində Alla Puqaçova qəfil populyarlıq əldə edir. Bundan sonra səhnəyə çoxlu sayda yeni adlar gəlməyə başlayır. Həmin vaxtlarda Maqomayev qəfildən səhnədən uzaqlaşdığını açıqlayır. Onun səhnəni erkən tərk etməsi sonsuz təəssüflər yaratmışdı…
Yaşadığı həyətdə saatlarla qızlar Müslüm Maqomayevin pəncərədən çıxmasını gözləyirdilər ki, əfsanəvi sənətkar gözləri ilə görsünlər.

Müslüm beş il üçotaqlı oteldə yaşayıb. Həmin vaxtlarda o, Azərbaycanda qeydiyyatı olduğu üçün özünə Moskvada ev ala bilməmişdi. O heç kimdən heç nə üçün xahiş etməyi xoşlamırdı, həyatda üç amalla yaşayırdı: gözləmə, qorxma, xahiş etmə!

2002-ci ildə Bakı Musiqi Akademiyasında müğənninin 60 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçirildi. Tədbirlərin yekunu olaraq R.Mustafayev adına İncəsənət Muzeyində Müslüm Maqomayevə Bakı Musiqi Akademiyasının fəxri professoru adının verilməsi mərasimi baş tutdu. Mərasimdə professor–müəllim heyəti, görkəmli incəsənət xadimləri və gənclər yubilyarı təntənəli surətdə, alqışlarla, gözəl çıxışlarla təbrik etdilər.
Sonuncu “İstiqlal” ordeni Müslüm Maqomayevə 2002-ci il sentyabrın 6-da Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən təqdim olundu. Təqdimat mərasimindəki çıxışında prezident Heydər Əliyev Müslüm Maqomayevin gəncliyi haqda öz xatirələrini danışdı və onun yaradıcılığını təhlil etdi...

...2008-ci il oktyabrın 25-də səhər saatlarından etibarən Azərbaycan paytaxtının sakinləri milyonların sevimlisi, SSRİ xalq artisti, dahi müğənni Müslüm Maqomayevlə vidalaşmaq üçün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına gəldilər. Dahi müğənninin babasının adını daşıyan Filarmoniya binasında Müslüm Maqomayevin cavan yaşında çəkilmiş ağ-qara şəkli asılmışdı. Sovet müğənniləri arasında daim seçilmiş Müslüm Maqomayevlə vida mərasimi dünyanın müxtəlif KİV-ləri tərəfindən böyük maraqla izlənildi.
Moskvada yaşadığı mənzildə dünyasını dəyişən sənətkarın cənazəsi xüsusi təyyarə ilə Bakıya gətirilmişdi.
Müslüm o gün vətənə qayıtdı. Bu dəfə həmişəlik…

Lalə Yusifqızı


Şərhlər: 4
Baxılıb: 145
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Təşəkkür məlumata görə
28 sentyabr 2016 13:05
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Barbaris
Sitat: vipbetul
Boyuk senetkar dunyanin tanidiqi ses
28 sentyabr 2016 11:17
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Cox sevdiyim insan boyuk senetkar.Sesinin ve eserlerinin asinasiyam
28 sentyabr 2016 10:44
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
Boyuk senetkar dunyanin tanidiqi ses
28 sentyabr 2016 09:45
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz