Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mirzə Babayev haqqında məlumat
Mirzə Babayev haqqında məlumat
Göndərən: Ayten Melek
Şərhlər: 6
Baxılıb: 304
Səs ver:
Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü ilin iyulun 16-da Maştağada anadan olmuşdur. O, 1935-1940-cı illərdə Bakı Sənaye İnistitunun memarlıq şöbəsində təhsil almışdır.Musiqiyə olan böyük marağıonu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxartmışdır.

Mirzə Babayev burada professor Bülbülün sinfinə qəbul olmuşdur.1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə az bir zamanda tamaşaçıların böyük rəğbətini qazanmışdır.

O,müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Flarmoniyasında, Azərbaycan Dövlət Konsert birliyində çalışmışdır.

Mirzə Babayevin radionun qızıl fondunda saxlanan xeyli mahnısı var.Xüsusilə o, Mirzə Ələkbər Sabirin sözlərinə yazılmış mahnıları xüsusi ustalıqla oxuyub.Mirzə Babayev bir aktyor kimi Azərbaycan kinosunun inkişafında böyük rol oynamışdır.Onun müxtəlif vaxtlarda çəkildiyi filimlər müğənninin xalq arasında şöhrətini xeyli artırmışdır.Aktyor “Dərviş Məstəli şah”-da Dərviş, “Bəyin oğurlanması”nda Mirişin atası, “Dəli Kür”-də Dərviş rollarını oynamışdır.

Onun “Qorxma, mən səninləyəm”, “Telefonçu qız”. “Romeo mənim qonşumdur” filimlərində və sənət əsərlərində yaratdığı maraqlı və rəngarəng obrazlar kino sənətimizin ən şərəfli səhifələrinə yazılmışdır.O, 30-dan çox filmə çəkilmiş və filimlərdə mahnı ifa etmişdir.Çoxşaxəli yaradıcılıq yolu keçən Mirzə Babayev Həm də memar və rəssam kimi tanınırdı.

O,Azərbaycan Memarlar İttifaqının üzvü idi. Respublikamızın paytaxtı Bakı şəhərində, Gəncədə, Sumqayıtda, Mingəçevirdə və başqa şəhər rayonlarda onun layihəsinə əsasən binalar tikilmişdir.Mirzə Babayevin milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, “Azərbaycan Respublikasının Xalq Artisti” fəxri adına layiq görülmüş, Azərbaycan Respublikası prezidentinin fəxri təqaüdçüsü olmuş, bir sıra orden və medallarla təltif edilmişdir.O cümlədən 2002-ci ilin may ayının 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “Şöhrət Ordeni” ilə təltif edilmişdir.Mirzə Babayev həmçin iki dəfə "Humay" premiyasına da laiyq görülmüşdür

Böyük sənətkar, qayğıkeş və səmimi insan Mirzə Babayev ömrünün 90-cı ilində 2003-cü il yanvarın 13-də vəfat etmişdir.


Şərhlər: 6
Baxılıb: 304
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Sitat: vipbetul
olmez senetkarlar
20 avqust 2016 16:55
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
olmez senetkarlar
17 avqust 2016 14:26
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnci
Yaxsu yasadi da kisi indi 70e catan sevınır halal olsun Ama35yasomda unı oxuyub
17 avqust 2016 13:46
# 4
Her gulusun arxasında bır keder vardır
son bahar
cox az yadima dusur o rehmete gedende bakacaydim allah rehmet elesin
17 avqust 2016 12:24
# 3
...
Totu
Məlumat üçün təşəkkür
17 avqust 2016 10:42
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
ulya 1988
allah rəhmət eləsin
17 avqust 2016 10:25
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz