Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Abudla Saiq haqqında
Abudla Saiq haqqında
Göndərən: ___Jasmin___
Şərhlər: 8
Baxılıb: 331
Səs ver:
Abdulla Talıbzadə 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya gəlib. 1888-ci ildə altısinifli şəhər müsəlman məktəbində ilk təhsilini alıb. 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gəlib. Xorasanda dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirib. Yeddi il Xorasanda mükəmməl təhsil alıb, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənib. 1900-cü ildə Tiflisə qayıdıb. Bir müddət Tiflisdə qaldıqdan sonra 1901-ci ildə Bakıya gəlib. Bakıda bir rus ziyalısının böyük kitabxanasını alıb. Bir az sonra inqilabi hadisələr, Sabunçu kimi fəhlə mahalında çalışması, əməkçilərin ağır həyatını öyrənməsi və başqa olaylar onun dünyagörüşünü genişləndirib. O, milli gələnəklərə, görənəklərə bağlı, milli intibah, milli dirçəliş tərəfdarı olan maarifçi pedaqoq, romantik şair kimi formalaşıb. Mollanəsrəddinçilərə yaxın olsa da, onlara hörmətlə yanaşsa da baxışlarına, ruhuna görə füyuzatçılara daha doğma idi.
A. Şaiq 1901-ci il aprelin 22-də üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək Ana dili müəllimi adını alıb. 5 noyabr 1901-ci ildən rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Bundan sonra ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edib.1906-cı ilin avqustunda Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində böyük xidmətləri olub. Qurultayda ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edib. Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, S.Sani, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya seçib və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırıb. I Müəllimlər Qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yaranıb. "Əlifba", "Uşaq çeşməyi", "İkinci il", "Gülzar" və s. bu kimi dərsliklərdə A.Şaiqin öz əsərləri və dünya ədəbiyyatından örnəklər çap olunub. On altı səhifəlik "Uşaq çeşməyi" kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanıb. Bundan sonra o, müxtəlif illərdə bir-birinin ardınca "Milli qiraət", "Müntəxabat", "Türk çələngi", "Ədəbiyyat", "Türk ədəbiyyatı", "Gülşəni ədəbiyyat" adlı dərsliklər və proqramlar hazırlayıb. Bu dərsliklərdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar və əsərlərindən parçalar verilib. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürüb, eyni zamanda Azərbaycan ədəbiyyatını tədqiq və təbliğ edib, Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi şair-yazıçıların yaradıcılıqları araşdırıb.
A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Bir sıra şeirləri "Dəbistan" və "Məktəb" uşaq-gənclər toplularında işıq üzü görüb. Bu illərdə "Nicat" cəmiyyətinin idarə heyətinə üzv seçilib, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olub.
Xalq ədəbiyyatını toplayıb araşdıran A. Şaiq bu örnəklər əsasında "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazıb. Onun "Ədhəm", "Tapdıq dədə", "Qoçpolad" kimi poemalarında milli folklorun təsiri görünür. Şaiq həm də 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoyub.
Şairin "Hürriyyət pərisi"nə, "Niyə uçdu", "Bir quş", "XX əsrə xitab", "Şikayətlərim", "Zamanın inqilabçılarına" kimi şeirləri inqilb ruhlu şeirləri sayılır.
Nəsr yaradıcılığına 1905-ci ildə romantik "İki müztərib və ya əzab və vicdan" yarımçıq romanı ilə başlayan ədib "Məktub yetişmədi", "Köç", "Daşqın", "İntiharmı, yaşamaqmı", "Göbələk", "İblisin huzurunda", "Dursun", "Əsrimizin qəhrəmanlar"ı kimi bir çox hekayə, povest və romanlar yazıb. "Köç" və "Məktub yetişmədi" hekayələri və "Əsrimizin qəhrəmanları" romanı ilk milli nəsr örnəkləri kimi dəyərləndirilir. "Həpimiz bir günəşin zərrəsiyiz" əsəri şairin o dövrkü dünyagörüşünü, şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini, bəşərin sabahını, insanların taleyini göstərən romantik şeirlərindəndir.
Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun İkinci kitabına (Bakı, 2009) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).
Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə A.Şaiqə "Əməkdar incəsənət xadimi" adı verilmişdir. A.Şaiq 1959-cu ildə Bakıda vəfat etmişdir.


Şərhlər: 8
Baxılıb: 331
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
2 mart 2016 00:09
# 8
vipbetul
xosladiqim sairlerden biridir Allah rehmet etsin
2 mart 2016 00:06
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
xeberin adida duzgun yazilsa yaxsi olar onun adi ABUDLA SAIQ DEYIL
1 mart 2016 23:07
# 6
Fi-Ra
Ədəbiyyat dərsini oxuyanda sadəcə şeirləri, hekayələri, qəzəlləri bir sözlə şairlərin yaradıcılığını oxuyurdum. Həyatlarını isə səthi oxuyub keçirdim. İndi oxudum məktəb illərim yadıma düşdü təşəlkürlər
1 mart 2016 21:38
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
1205
Onun şeirleri ile böyümüşük.Allah rehmet elesin
1 mart 2016 21:27
# 4
Tomris Müslümova
Orta məktəbdə mənim texniki fənlərlə aram heç zaman yaxşı olmayıb.Ədəbiyyat və tarixi çox oxuyurdum və çoxda sevirdim.İki fənnəndə qeyd dəftərim olurdu ki,şairlərin,yazarların qısa xronikasını yazırdım.Nə ağıl edib texniki qrupa üz tutdum bilmirəm.Təkrarən oxumaq maraqlı oldu qeyd dəftərimdə də haqqında yazmışdım.
1 mart 2016 20:03
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Cox sevdiyim usaq sairidir. Eserlerini cox beyenirem
1 mart 2016 18:54
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
sadecə mən
Abdulla Şaiq haqqında məlumatlı idim.Çox beyendiyim bir şair olub.
1 mart 2016 17:57
# 1
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz