Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çingiz xanın qəbri haradadır?
Çingiz xanın qəbri haradadır?
Göndərən: _damla_
Şərhlər:
Baxılıb: 473
Səs ver:
Çingiz xanın qəbri
Ölümündən 800 il keçdikdən sonra da Çingiz xanın qəbrinin axtarışları davam edir.Ümumən Böyük Monqol imperiyasının banisinin qəbri çoxlarına sakitlik vermir. Müəyyən qisim dünyanın fatehinin ölüm səbəbini bilmək istəyir. Bəziləri qəbirdəki xəzinənin axtarışındadır (belə bir ehtimal var). Amma qəbrin yerini müəyyənləşdirmək sanki açılması mümkün olmayan sirdir. Bu məqsədə çatmaq üçün təkcə isanlar deyil, belə desək, təbiət də çox çalışıb. 800 il ərzində dəyişmiş təbii-çoğrafi mühiti nəzərdə tutulur. Tanınmış orta əsr tarixçisi Fəzlullah Rəşidəddin özünün əlyazmalar toplusunda Çingiz xanın ölümü barədə yazır ki, böyük sərkərdə Tanqut ölkəsinin sərhədlərindən kənarda xəstəlik nəticəsində dünyasını dəyişib. O da deyilir ki, qəbir yerinə aparan yoldakı bütün adamlar, hətta təsadüfən görünənlər belə öldürülüb. Sonra qəbri qazanlar aradan götürülüb. Ardınca onları öldürənlərin axırına çıxılıb. Başqa versiyada deyilir ki, hökmdarın basdırıldığı məkanda sıx ağaclıq əkilib, hətta həmin yerə doğru çayın axını da dəyişdirilib. Görünür, ərazinin möhkəm soyuqluğu da rolunu oynayıb. Digər tərəfdən, böyük hökmdarın ölümündən sonra yaranmış əfsanəyə görə, onun qəbrini tapan hər bir şəxs öləcəkdi. Buna görə də kimsə axtarışa cəhd göstərməyib və uzun müddət beləcə davam edib. Daha bir ehtimala inansaq, Çingiz xanın qəbri onun ölümündən 30 il sonra açılıb. Bəziləri deyir ki, Çingiz xanın qəbrini Tuvada (Rusiya Federasiyasının tərkibinə daxil olan muxtar vilayət) axtarmaq lazımdır.Çünki Monqol imperiyasının banisinin vətəni tuvalıların yaşadıqları ərazidədir. Bezilerinin fikrince Çingiz xanın qəbri şimal-qərbi Monqolustan ərazisinə təsadüf edir ki, burada da etnik tuvalılar yaşayıblar. «Əgər Monqolustan ərazisində Çingiz xanın qəbri aşkarlansa, bu, böyük geosiyasi rezonans da doğuracaq». Bunu isə «Çingiz xan: həyatı, ölümü və yüksəlişi» kitabının müəllifi Con Men deyir. Həm də Çində bir çoxu hesab edir ki, Monqolustan Tibet kimi Çinin tərkibində olmalıdır. Vaxtilə Xubilay xanın dövründə olduğu kimi.


Şərhlər:
Baxılıb: 473
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz