Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şah İsmayıl Xətai (ardı)
Şah İsmayıl Xətai (ardı)
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 411
Səs ver:
Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası isə Təbrizə yol açıqdır.
1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.
I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş Şah İsmayılın qələbəsi ilə nəticələndi və Ağqoyunlu dövləti süqut etdi.
Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir.
Özbək Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən ona göndərdiyi "Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm" məktubana cavab olaraq Şah İsmayıl öz qoşunlarını Xorasana yeridir. Şeybani xan Mərv qalasında gizlənir, lakin İsmayıl aldadıcı manevr edərək, onu qaladan bayıra çıxarır və 1510-cu il 2 dekabrda Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasındakı Mərv döyüşü şah İsmayılın tam qələbəsi ilə başa çatır. Bütün gün ərzində davam edən bu ağır döyüşdə məğlub olan Şeybani xan qaçmaq istədikdə şah İsmayılın döyüşçüləri və öz mühafizəçiləri tərəfindən qətlə edilir. Şeybani xanın başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib, qədəh düzəldirlər.Bu döyüşdən sonra o, Herat, Mərv və Bəlxşəhərlərini tutur. Bütün Şabran, Xorasan vilayəti şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı,İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.
Şah İsmayıl və Osmanlı imperiyası
Şah İsmayılın dəbilqəsi

Çaldıran döyüşü , 1525-ci ilə aid rəsm

Çaldıran döyüşü

Şah İsmayıl
Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi.[38]Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə qalmır, bölgəni geniş xalq üsyanları bürüyür.[39] Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır.[40] Bütün bunlar Səvəfi ideologiyasının təkcə şərqi Anadoluda deyil, mərkəzi Anadoluda böyük təsirə malik olduğunu göstərir.[41]
Beləliklə siyasi səbəbdən yaranan Səfəvi-Osmanlı qarşıdurması gələcəkdə uzun sürəcək və din pərdəsi arxasında aparılan müharibələrin səbəbi idi.[42] İlk dəfə Çaldıran döyüşündən əvvəl Qızılbaşların kafir kimi öldürülməsinə fətva alan[43] I Səlimin başlatdığı bu dini müharibə gələcəkdə onun oğlu I Süleymanın dövründə Osmanlı şeyxül-islamı Müfti ƏL-HƏMZƏ tərəfindən verilən fətva[44] ilə qızılbaşların öldürülüb malları ilə birgə arvad və uşaqlara sahib olmalarını halal edən dövlət ideologiyasına çeviriləcək.[45]
Çaldıran döyüşü (1514)

1513-cü ildə Anadoluda 40-45 min uşaqlı-böyüklü qızılbaşı qılıncdan keçirtdirən Səlim Yavuz Səfəvi dövlətinə hücum etdi. Səlimin təhqiramiz farsca yazdığı məktublara türkcə cavab yazan İsmayıl məsələni sülh ilə həll etməyə cəhd etsə də bu alınmadı. 1514-cü ildəSultan I Səlimin (1512-1520) başçılıq etdiyi Osmanlı ordusu ilə baş vermiş Çaldıran döyüşündə Şah İsmayılın qoşunları məğlub oldu.
Bu döyüşdə osmanlılar sayca çox idilər. Bundan başqa onların daha bir üstünlüyü də 300-ə qədər topun olması idi. Bütün bunlar döyüşün gedişinə təsir göstərməyə bilməzdi. Şah İsmayıl şəxsi igidlik və cəsurluq nümunələri göstərib, özünün qeyri-adi gücü və döyüş bacarığı ilə məşhur olan TURƏLİ bəy Məlkoçoğlunu təkbətək döyüşdə şəxsən məhv etmişdir. Şah İsmayıl qılıncla ona elə bir zərbə endirir ki, dəbilqəsi və başı iki yerə paralanır. İsmayılın qılıncı ƏLİ bəyin sinəsinə qədər işləyir. Döyüşün qızğın çağında İSMAYIL azsaylı dəstəsi ilə düşmənin artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdrəyib yıxılır. Şah İsmayıla çox bənzəyən Soltanəli Mirzə Əfşar: "Şah mənəm", deyə qışqırmaqla onu əsir düşməkdən xilas edir və beləliklə yaralanan şah ata qalxaraq döyüş meydanından qaça bilir. I Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, 6 gündən sonra Şah İsmayıl tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, Təbrizi tərk edir.
Çingiz Mehbaliyev - Şah İsmayıl hücumda (şəxsi kolleksiyada saxlanılır.)

Tarixdə belə bir hadisə olub. Şah İsmayıl Çaldıran döyüşündə topları bir-birinə bağlayan zəncirləri kəsərkən bir anda onun qüvvətli zərbəsi topun lüləsinə tuş gəlir və top iki yerə bölünür. Çaldıran döyüşündən uzun müddət sonra Sultan Səlim Şah İsmayıldan həmin qılıncı ona göndərməsini istəyir. Şah həmin qılıncı Sultana göndərir. Sultan Səlim neçə dəfə cəhd göstərsə də topu kəsə bilmir. O Şaha məktubunda deyir : "Sən məni aldadırsan , bu həmin qılınc deyil.". Şah İsmayıl cavab məktubunda ona belə cavab verir : "Qılınc həmin qılıncdı, qol o qol deyil.".
Məktublarında göründüyü kimi Şah İsmayılın savadı hər yerdə özünü göstərir. O Çaldıran döyüşündə Sultan Səlimə məğlub olmasına baxmayaraq, məktublarında daima onu dərrakəsi ilə məğlub edib. Şah İsmayılın göndərdiyi məktublara Sultan aciz qalır cavab yaza bilmirdi. Sultan Səlim Şahın heç bir məktubuna cavab yazmayıb. Bu da Şah İsmayılın dövrünə görə çox savadlı və ağıllı bir şəxsiyyət olduğunu sübut edir.
Sultan Səlim qənimətlə birlikdə özü ilə İstanbula sonradan Türkiyənin incəsənət və sənətkarlıqının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan İstanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycantətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir.
Tarixçilərin bildirdiyinə görə, Çaldıranda, döyüş meydanında kişi paltarı geyib, öz ərləri ilə birlikdə vuruşan xeyli qadın meyidi tapılmışdı.
Şah İsmayılı Mərv döyüşündə Şeybani xanladöyüşərkən təsvir edən miniatür (Çəhəl Sütun Sarayı)

Sonrakı illərdə Şah İsmayıl Şəki hökmdarlığını, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. Hakimiyyətinin son illərində şah İsmayılla Şirvanşah Şeyxşah arasında dostluq və qohumluq münasibətləri yaranır. Əvvəlcə Şah İsmayıl qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü Şirvanşahın qızlarından biri ilə evlənir. Şah İsmayılın toyu 1523-cü il5 noyabrda Təbriz yaxınlığında olur.
Ölümü
1524-cü ilin baharında – Novruz bayramından az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. "Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb, (şaha) təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağı[46] (adı) ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağında) ovlanması uğursuzluq əlaməti hesab olunurdu.
Bu məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymadı və ovun başlamasını əmr etdi. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıtdı"[47]. Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Şah ismayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər.
Qısa ömrünün qiymətləndirilməsi
Şah İsmayıl Xətai 36 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İSMAYILIN yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi".


Şərhlər:
Baxılıb: 411
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz