Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəb ikonasından etiraf: Bu səbəbdən qadınlar mənə nifrət edir!
Dəb ikonasından etiraf: Bu səbəbdən qadınlar mənə nifrət edir!
Göndərən: Fialka
Şərhlər: 4
Baxılıb: 435
Səs ver:
Hər bir dövrün öz moda istiqamətləri və tendensiyaları mövcuddur. Lakin  son illərdə köhnə dəbin qayıdışı bir çox kolleksiyalarda hiss olunur.
 
Xüsusilə, retro kino obrazları aktual olduğu üçün oxucularımızı o illərə qaytarmağa qərara aldıq.
 
Bu yazıda Merilin Monro, Bricit Bardo, Qreys Kelli, Ceyn Birkin və digər aktrisaların klassik obrazlarını xatırlatmaqla yanaşı, onların müasir dəbdə həyata keçirilməsi üçün bir neçə ideya təklif etmişik.
 
Əfsanəvi aktrisalar qazandıqları şöhrətlərini yaddaqalan imiclərinə borcludur. Təsadüfi deyil ki, onların obrazları bu gün də bir çox dizayneri yeni kolleksiyaların yaradılmasına ruhlandırır.  Gəlin, unudulmaz obraz düsturunu moda ikonalarının ölməz irsindən öyrənək!
 
Merilin Monro: "Bilmirəm, dikdaban ayaqqabıları kim kəşf edib, amma biz qadınlar ömrü boyu ona borclu olacağıq!”
 
Merilin Monro kimi cazibədar görünmək istəyən xanımlar onun üslubunu bu gün də təqlid edir. Çünki sarışın aktrisa yeni gözəllik standartlarının təməlini qoyub. Bu standartlar isə öz növbəsində istənilən kişini ovsunlamağa imkan verir. Sarı saçlar, qırmızı dodaq boyası, kürk, ağ əlcəklər Merilin Monronun vizit kartı idi.
 
1. O, qəbullar,  gurultulu və kübar tədbirlər üçün uzun əlcəklər seçirdi. Qlamur  və retro üslubun əsas elementi olan uzun əlcəklər bu gün də son dərəcə populyardır. Qlamur üslubun müasir həvəskarları onları böyük məmnuniyyətlə istifadə edir.
2. Aktrisa zərif və cazibədar geyim tərzini hər zaman aksessuarlarla rövnəqləndirirdi. Xəzlər Merilin Monronun əvəzolunmaz bəzəyi idi. O, xəzlərin təntənəsini öz üzərində bacarıqla nümayiş etdirirdi. Cazibədar aktrisa dekolteli paltar geyinən zaman gözəl çiyinlərini xəz şərflərlə örtürdü. Əslində, çiyinləri xəzlə örtmək bir Merilin Monro klassikasıdır...
 
Bricit Bardo
Tarixin ən gözəl xanımlarından biri olan məşhur fransız aktrisası Bricit Bardo bir neçə onillik ərzində gözəllik və seksuallıq simvolu sayılıb. O, sadə paltarlar seçməsinə rəğmən, daim inanılmaz dərəcədə cazibədar görünürdü.
 
Jaklin Kennedi : "Bir qəzetdə yazılmışdı ki, il ərzində paltarlara 30 000 dollar xərcləmişəm. Bu səbəbdən, qadınlar mənə nifrət edir”.
1. Böyük qoruyucu eynək - ən yaxşı aksessuardır. Onları istənilən havada taxmaq olar.
2. A siluetli don və ya ətək hər dəvət üçün  ideal seçimdir.
3. Ağla qaranın vəhdəti həmişə yerinə düşür.
 
Ceyn Birkin: "Gülümsəyin, o sizi 10 yaş cavan göstərir!”
1. Qolları  qatlanmış ağ köynəkdən daha yaxşı nə ola bilər? Xüsusilə, çılpaq bədənə...
2. Nə geyinəcəyinizi bilmirsiniz? Onda sadə mavi cins şalvar geyinin.
3. Qadını heç nə kişisayağı kostyum qədər zərif göstərə bilməz!
 
ElMakqrou: "Moda biznesi gənc qızlar üçün ər tapmaq üsuludur. Mən isə sadəcə işləmək istəyirəm".
1. Qısa ətək, uzun corab,  toxunma puloverlə məktəbli üslubu da çox seksual ola bilər.  
2. Hündür çəkmələr, naxışlı top və midi ətəklə ilə ideal boho-obraz əldə etmək olar.
 
Cerri Xoll: "Qadınlar əsasən kişilər üçün geyinir”.
1. Qlamurluq heç vaxt çox olmur, odur ki, obraza daha çox parıltı əlavə edin!
2. Axşam tədbiri üçün ən orijinal dəst ipək kombinezondur.
3. Brilyant zinət əşyaları heç vaxt artıq olmur.
 
Qreys Cons: "Mən fərdiliyə, hər bir insanın xüsusi olmasına inanıram. Odur ki, hər kəs öz üslubunu seçə bilər”.
1. Moda incəsənətdir, təəccübləndirməkdən qorxmayın.
2. Diqqət mərkəzində olmaq istəyirsinizsə, androgen üslubunda geyinin.
3. Parlaq makiyaj gecə ziyafəti üçün ən yaxşı seçimdir.


Şərhlər: 4
Baxılıb: 435
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Bahalı ucuza geyim alıram. Ama mütləqdir mənə yaraşan olmalıdı. Mənimçün heç fərqi yoxdu ilin dəbi necədi. Əlbət ki maraqlaniram rənglərlə və s.amma yaraşmayan almiram
26 aprel 2016 20:39
# 4
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
vipbetul
mene gore her kesin oz geyim terzi olmali oz debini ozu yaratmmalidir
26 aprel 2016 12:39
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
guler19
Özümə zövqümə nə yaraşırsa onuda geyinirəm. Bəlkə dəbdə olan şey mənə yaraşmır və yaxud xoşum gəlmir nə məcburdu ondan mütləq istifade etmək.
26 aprel 2016 09:03
# 2
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
BARBI
Her kesin oz terzi ve oz uslubu var. onnan kenara cixmasi absurd olar. Hec vaxt basqalarinin stilini yamsilamamisam
26 aprel 2016 06:23
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz