Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın bədənindən onun qədər anlayan kişi yoxdur
Qadın bədənindən onun qədər anlayan kişi yoxdur
Göndərən: ALESSANDRA
Şərhlər: 4
Baxılıb: 486
Səs ver:
Hansı qadın bədən quruluşunu vurğulayan  gözəl və mükəmməl paltar geyinmək istəməz ki? Məsələn, başda Beyons olmaqla, Şeron Stoun, Salma Hayek, İrina Şeyk kimi Hollivud ulduzları hesab edirlər ki, qadın qarderobunda azı 10 belə paltar olmalıdır. Bunun üçün "Herve Leger by Max Azria” mağazasına daxil olub bandaj donlar almaq kifayətdir. Əlbəttə ki, dəb sənayesində öz işinin ustası olan yüzlərlə peşəkar  dizayner var. Lakin onların heç biri qadın bədənini Erve Lajer qədər yaxşı tanımırlar. Maraqlıdır ki, həmin geyimlərin müəllifinin kişi olması heç kimi təəccübləndirmir.
"Herve Lager by Max Azria” çimərlik və qadın geyimləri, ayaqqabılar, aksessuarlar və ətriyyat istehsalında ixtisaslaşan amerikan brendidir. 1985-ci ildə təsis edilən brendin vizit kartı isə bədənə kip yapışan bandaj donlardır.
 
Brendin qurucusu haqqında
Brendin qurucusu Erve Lajer 1957-ci ildə Fransanın Bapoma qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra  Erve bir müddət bərbərlik edib. Lakin aşıb-daşan yaradıcılıq eşqini bununla öldürə bilməyib. O, incəsənətlə daha ciddi məşğul olmaq üçün 1973-ci ildə Parisə köçüb. Moda sənayesinə daxil olmaq üçün əvvəlcə baş geyimləri istehsalı ilə məşğul olub.1976-ci ildə isə "Venus et Neptune” butikinin sifarişi ilə Elza Skyaparellinin işlərinin motivləri əsasında şlyapa kolleksiyasını yaradıb.
 
1977-ci ildə trikotaj paltar istehsalı ilə məşğul olan "Tan Guidecelli” italyan moda evində assistent vəzifəsində işləyib. 1981-ci ildə yaxın dostu və ustadı Karl Lagerfeldlə tanışlığı onun həyatında böyük rol oynayıb. 1984-cü ildə o, Erveyə "Fendi” moda evində assistent vəzifəsində işləməyi təklif edib. Həmin vaxt Erve "Cadette”, "Lanvin” və "Diane von Furstenberg” kimi brendlərlə ştatdan kənar əməkdaşlıq edib.
 
Moda evinin yaranması
Erve Lajer qeyri-adi qabiliyyəti ilə qısa müddət ərzində moda dünyasında şöhrət qazanıb. Nailiyyətlərindən həvəslənərək öz şirkətini qurmağa qərar verib və 1985-ci ildə məqsədinə nail olub. O, həm öz adı ilə qadın kolleksiyaları yaradıb, həm də "Herve Lager” brendini rəsmi qeydiyyata aldırıb. Elə həmin ildə dizayner Parisin məşhur ticarət küçəsində ilk butikini açıb.
 
Dizaynerə böyük şöhrət gətirən orijinal ixtirası
 
Erve qeyri-adi kolleksiya yaratmaq üzərində uzun müddət baş sındırsa da, 1989-cu ilə qədər buna nail ola bilməyib. Həmin il dizayner bütün dünyada məşhur olan adlı-sanlı bandaj donlar ixtira edib.  Ona dünya şöhrətli dizayner statusunu qazandıran həmin donlar təsadüf nəticəsində yaranıb. Eyni ilə Nyutonun alma rəvayəti kimi. O, qeyri-ixtiyari olaraq rezin lentləri manekenin ətrafına dolayıb. Elə bu vaxt onun ağlına müxtəlif üsullarla lentlərdən sarğı tərzində paltar yaratmaq kimi parlaq fikir gəlib. Materiallar qismində Erve elatsan parçadan istifadə edib. Bandaj geyim kolleksiyasının nümayişindən sonra onlara böyük tələbat olub. Dizaynerin orijinal ixtirası nəinki Fransada, dünyanın ən qabaqcıl ölkələrində də modapərəstlərin rəğbətini qazanıb.
 
Dəb tənqidçiləri Erve Lajer ilə bağlı: "Bandaj donlar onsuz da istənilən qadını mükəmməl göstərəcək!”.
 
Dəb tənqidçilərinin onunla bağlı fikirləri birmənalı olmayıb. Tanınmış dəb tənqidçisi Syuzi Menkes dizaynerin bu kəşfini moda dünyasının böyük uğuru kimi qələmə verib. "Vogue” jurnalının  tanınmış dəb tənqidçisi Tim Blanks isə bu paltarı geyinmək üçün ideal bədən quruluşuna ehtiyac olmadığını, dizaynerin qadın bədənindən başı çıxdığını söyləyib: 
 
Ancaq dizayneri bu ideyanı Azedina Alayidən oğurlamaqda ittiham edənlər də tapılıb. Bəzi mənbələrdə bandaj donların Misir kraliçası Kleopatranın üslubundan qaynaqlandığı göstərilib. 
 
Lakin bu iddiaların heç biri Erve Lajerin bandaj geyim kolleksiyasını gözdən sala bilməyib. Xüsusi ilə hippi üslubunun tərəfdarları bandaj donları böyük məmnuniyyətlə  geyinib və öz seksuallığından böyük zövq alıblar. Müxtəlif üsullarla bir-birinə bərkidilən sarğılar qadın siluetini ideal şəkildə vurğulayıb. Bu xüsusiyyətlərinə görə, bandaj donları sözün hər iki mənasında "bomba effekti” adlandırıblar.
 
Yeri gəlmişkən qeyd edək ki, bandaj donların qiyməti 1000, 2000 və 3000 ABŞ dolları arasında dəyişir.
 
Dizayner beynəlxalq dərəcəli dəbə çevrilən bandaj donların tarixinə dair muzey açmağı düşünməsə də, yaradıcılığını kitab şəklinə salıb: "İncəsənətə münasibətim kifayət qədər qeyri-adidir. Muzeyləri xoşlamıram, onlar məni stresə salır. Və beləliklə yaradıcılığımı kitab şəklinə salmaqla kifayətləndim”.
 
Qeyd edək ki, dizayner "Qu gölü” və bir çox teatr tamaşalarının səhnə geyimlərini yaradıb. Bundan başqa, Devid Bou ilə ailə quran super model İmanın gəlinlik paltarını da Erve Lajer hazırlayıb.
 
Moda evinin üstündə qara buludlar
 
90-cı illərdə  moda evi müflisləşmək təhlükəsi ilə qarşı-qarşıya qalıb. Hətta 1992-ci ildə səhmlərinin 50 faizini "Seagram Group” korporasiyasına satmaq məcburiyyətində qalıb.
 
"Hervé Léger by Max Azria”
 
1998-ci ildən brend "BCBG Max Azria Group” korporasiyasının tərkibinə daxil olub. Beləliklə, Fransız brendini bir Amerika şirkəti alıb. Bu, moda tarixində ilk hadisə olub. Birləşmədən  6 ay sonra Erve Lajer istefaya göndərilib, yerinə isə Cerom Dreyfuss təyin olunub.
 
2005-ci ildə brendin ətriyyat xətti işə salınıb. Daha sonra "Herve Lager” brendi adı altında kəmər, ayaqqabı, çanta, alt paltarı başqa ətir və ənənəvi bandaj tərzində çimərlik geyimləri istehsalına başlanılıb.
 
Bandaj donlar möcüzələr yarada bilər
 
2006-cı ildə markanın kreativ direktoru vəzifəsinə Maks Azriya təyin olunub:
 
"Markanın tarixinə çox hörmət edirəm. Bu donları öz tərzimə uyğunlaşdırmaq üçün texnikanı bir qədər dəyişdirmişəm. Nəticədə qadın siluetini ideal şəkildə vurğulayan geyimin üslubuna heç bir xələl gəlməyib. Ən əsası, bandaj donları qlamurluq rəmzinə çevirə bilmişəm. Məhz buna görə də "Herve Lager” paltarlarına bütün qadınlar heyrandır. Bandaj donlar möcüzələr yarada bilər. Bu donlar qadın bədəninin cəlbedici formalarını vurğulayır, qüsurları məharətlə gizlədir. Bütün uğurun əsas sirri də bundadır!”
 
Maks Azriya materiala ipək və ya yun qarışığı əlavə etməklə, donların keyfiyyətini daha da artırıb. Yarandığı gündən brendin əsas qürur mənbəyi olan bandaj geyimlər sonuncu kolleksiyalarda tamamilə fərqli formada təqdim olunub. Dizaynerlər zolaq yamaqlarının yerlərini qurama tikiş texnikasının köməyi ilə yeni həndəsi naxışlar, saçaqlar, daşlar, mürəkkəb tikmələr və heyvan naxışlarını xatırladan təsvirlər və digər dekorativ elementlərlə bəzəyib, nadir konstruksiyalardan istifadə ediblər. Hər obrazı dana və ya piton dərisindən tikilən kəmər, həmçinin botilonla tamamlayıblar.
 
2008-ci ildən moda evi Nyu-Yorkda təşkil edilən moda həftələrində iştirak etmək hüququ qazanıb. Elə ilk iştirakı moda evi haqqında dəb jurnallarında müsbət rəylərin çıxmasıyla nəticələnib.
 
Əgər siz lezbiyan olduğunuzdan əminsinizsə, onda bu cür don almayın!
 
Ötən il "Herve Leger” moda evinin Londondakı nümayəndəsi Patrik Kuderkin açıqlaması böyük qalmaqala səbəb olub. Dizayner "Mail on Sunday” qəzetinə verdiyi müsahibə ilə xanımları qəzəbləndirib. O, Kuderk bandaj donun dolu bədənli, kiçik sinəli və böyük ombalı xanımlar üçün uyğun olmadığını deyib. Paltarı geyinməyi lezbiyanlara da qadağan edib: "Əgər siz lezbiyan olduğunuzdan əminsinizsə, onda bu cür don almayın. Çünki lezbiyanlar kişisayağı paltarı daha çox xoşlayırlar. Sinənizin bir qədər sallandığını görməyə bilərsiniz. Amma yaşınız 50-55-i haqlayıbsa, onları nümayiş etdirməyə dəyməz. Özünüzü 23 yaşlı gənc qızlar kimi aparmayın!”
 
Xanımların narazılığına səbəb olan bu bəyanata görə, brendin rəhbərliyi üzr istəməklə kifayətlənməyərək Kuderki işdən çıxarıb:
 
"Şirkət Kuderkin açıqlamalarından şoka düşüb və hiddətlənib. Biz Londondakı həmkarlarımızla vəziyyəti aydınlaşdırmağa və növbəti addımlar atmağa hazırlaşırıq. Mister Kuderkin sözləri brendin ideyası ilə uzlaşmır. Biz heç bir ayrı-seçkilik qoymadan qadınların öz zərifliyini, həssaslığını, qlamurluğunu vurğulamağın tərəfdarıyıq”.
 
Heç nəyə baxmayaraq, modapərəstlər istənilən kişini valeh edən bandaj donlardan imtina etmək fikrində deyil. Hillari Daff, Haydi Klum, Mişel Uilyams, Keti Perri, Cennifer Lopez, Kristina Aqilera, İrina Şeyk, Bleyk Layvli, Alessandra Ambrosio, Rouz Makqouen, Bar Rafael, Şarliz Teron, Beyons, Cessika Alba, Paris Hilton, Miranda Kerr, Viktoriya Bekhem, Yeva Lonqoriya, Nikol Şerzinger, Mila Kunis və başqa məşhurlar qırmızı xalı mərasimləri üçün bandaj donları sevə-sevə geyinirlər. Bir sözlə, moda evi beynəlxalq dərəcəli brend olması, eləcə də, böyük müştəriləri cəlb etməsi, nəhayət, xüsusi tikiş texnikası və bənzərsiz üslubu ilə, sözün əsl mənasında, öyünə bilər.


Şərhlər: 4
Baxılıb: 486
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqsiz yazidir
19 aprel 2016 23:01
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
Cox maraqli oldu oxumaq. Bezen geyunerken ozumuzu gozel hesab edirik amma xetalarimiz varsa bunu sene en gozel kisi deye biler.
19 aprel 2016 08:51
# 3
BARBI
En sevdiyim movzulardir. Bir kisinin qadin bedenine bu qeder agah olmasi cox goseldir. Onlarin gozu terezidir bizden daha yaxsi gorur. Bele sexsiyyet haqqinda oxumaq maraqliydi
19 aprel 2016 08:33
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Miss_Oxatan
Maraqla oxudum,dunyaca mewhur markalarin yaradicilari ve tarixi haqqinda oxumaq maraqlidir.bu haqda bilmirdim.her ne qeder de kiwiler qadin bedenini qadinin ozu kimi anlamasa da ancaq geyimlerde pik kewfleri kiwiler eder mence.cunki kiwiler qadin bedenini xeyal eden kimi,gormek istediyi kimi bir qadin gore bilmez.kiwiler qadin bedenine baxir ve xeyal edir esasen de bele yaradici insanlar.netice de ise xeyallarindan bele qlobal mehsullar erseye gelir.eyni ile bu markanin yaradicisi kimi.rezin lentleri manikeni dolayarken bu ideyani kewf edib.
19 aprel 2016 08:10
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz