Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şah İsmayıl Xətainin ailəsi
Şah İsmayıl Xətainin ailəsi
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 473
Səs ver:
Ailəsi
Şah İsmayılın 5 həyat yoldaşı, 6 oğlu və 8 qızı olmuşdur.
Evlilikləri:
Taclı bəyim Şamlı (ö.1540) - Abdi bəy Şamlının qızı
Şahbəyim xanım Mosullu (ö. 1541, Şiraz) - Mahmud Bektaş bəy Mosullunun qızı
Xanbəyim xanım Mosullu (ö. 1547)
Behruzə xanım - Bağdad valisi Xüləfanın qızı
Şirvanşah II İbrahim Şeyxşahın qızı
Oğulları:
Təhmasib Mirzə - Şahbəyim xanımdan olan oğlu.
Əlqas Mirzə - Xanbəyim xanımdan olan oğlu.
Rüstəm Mirzə - 13 sentyabr 1517-ci ildə Marağada doğulmuşdur. Gənc yaşda vəfat etdi.
Sam Mirzə - Xanbəyim xanımdan olan oğlu.
Bəhram Mirzə - Şahbəyim xanımdan olan oğlu.
Hüseyn Mirzə - 11 dekabr 1520-ci ildə doğulmuşdur. Gənc yaşda vəfat etdi.
Qızları:
Fülanə bəyim - II Bəyazidin nəvəsi Şahzadə Murad ilə evlənmişdir.
Canış xanım (26 fevral 1507 - 2 mart 1533) - 1518-ci ildə Əmire Dibac Sultan Müzəffər ilə evlənmişdir.
Pərixan xanım (ö. 1536) - Şahbəyim xanımın qızı. 4 oktyabr 1524-cü ildə II Xəlilullahla evlənmiş, 1539-cu ildə Dərvişməhəmməd xanla evlənmişdir.
Xeyrunnisa Xanış xanım (ö. 12 mart 1564) - 1537-ci ildə Seyyid Nurəddin Nemətullah Baqi Yəzdi ilə evlənmiş, övladları olmuşdur.
Şahzeynəb xanım (1519-1556) - Məhəmməd Şərəf xan Təkəli ilə evlənmişdir.
Firəngiz xanım (d. 1519).
Banui Dövran Bilqüszamani Mehinbanu xanım (1519 - 20 yanvar 1562) - Şahbəyim xanımın qızı. Ailə qurmamışdır.
 ? - Abdulla xan Ustaclı ilə evlənmişdir.
Şah İsmayıl şəxsiyyəti
Xətai divanı


Şah İsmayıl hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan həm öz ölkəsinin əhalisi və alimləri, həm də qonşu ölkələrin alimləri istifadə edirdilər.
Şah İsmayıl Xətai


Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əskərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əskərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq."
Şah İsmayıl həm də gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa başlamışdı.
Rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.
O, Azərbaycan türkcəsini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün bölük işlər görmüşdür.
Xalq arasında indiyə qədər dildən-dilə gəzən əfsanədə də şah İsmayılın qeyri-adi fiziki qüvvəsindən danışılır. Əfsanədə deyilir ki, şah İsmayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması xəbəri türk sultanına çatır. Maraqlanan sultan şah İsmayıla ismarış göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu xahişinə əməl olunur. Lakin Sultan həmin qılıncla topun lüləsini yarıb keçə bilmir və İsmayılı günahlandırır ki, guya o, həqiqi qılıncı göndərməyibmiş. Şah İsmayıl məcburiyyət qarşısında yazdığı məktubda məsələnin nə yerdə olduğunu anladığına işarə edir və yazır ki, qılınc həmin qılıncdır, vuran əl isə həminki olmayıb.


Şərhlər:
Baxılıb: 473
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz