Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
2015-ci ilin mühüm dəb hadisələri
2015-ci ilin mühüm dəb hadisələri
Göndərən: ALESSANDRA
Şərhlər: 3
Baxılıb: 427
Səs ver:
2015-ci il dəb dünyasında baş verən dəyişikliklərlə də yadda qaldı. Məsələn, ən nüfuzlu moda evlərinin dizaynerləri, praktiki olaraq, bir-birinin ardınca istefa verdilər.
 
İlin istefaları
Aleksandr Venq
Bir neçə moda brendlərinin daxil olduğu "Kering” şirkəti "Balenciaga” moda evinin  kreativ direktoru vəzifəsini tutmuş Aleksandr Venqlə 3 illik əməkdaşlıqdan sonra müqavilənin müddətini uzatmaq istəmədi. Bu xəbər bir çoxlarını kədərləndirsə də, gözlənilən qərar idi. Aleksandr Venq Kristobal Balensiaqanın zəngin arxivləri ilə həddindən artıq maraqlanmaqda ittiham edilirdi. Venqin hər bir kolleksiyası xüsusi qayğı ilə yaradılsa da, moda təndiqçiləri onu heç bir yenilik edə bilmədiyinə görə, kəskin tənqid edirdilər. Nəticədə, "Kering” şirkəti dizaynerlə müqaviləni yeniləmədi. Gənc dizayner bu qərardan üzülmədiyini, əksinə, bundan sonra şəxsi markasına vaxt ayıra bildiyi üçün sevindiyi açıqlamışdı.
 
Donna Karan
Donna Karan yaz aylarından moda dünyasından kənar gəzirdi. Bu səbəbdən, "Donna Karan” moda evinin təsisçisi Donna Karanının baş dizayner vəzifəsindən istefa verməsi heç kimdə təəccüb doğurmadı. "Donna Karan” moda evinin təsisçisi də baş dizayner vəzifəsindən yay aylarında istefa vermişdi. Dizayner bu addımını  özünü bütünlüklə "Urban Zen” fondunun inkişafına həsr etməyi planlaşdırması ilə əlaqəndirmişdi. Xatırladaq ki, sözügedən fond inkişafda olan ölkələrdə, həmçinin, ABŞ-da səhiyyə və təhsil məsələləri üzrə ixtisaslaşıb. O, hesab edir ki, təhsil, səhiyyə, mədəniyyətin inkişafı və xeyriyyəçilikdən vacib heç nə yoxdur: "Əminəm ki, "DKNY” komandası bütün çətinliklərin öhdəsindən gələcək. Mən onların uğur qazanacağına şübhə etmirəm!"
 
Raf Simons
"Christian Dior” moda evinin kreativ dizayneri Raf Simons isə bir neçə ay əvvəl 3 illik əməkdaşlıqdan sonra vəzifəsindən istefa verib. Onun bu addımı  moda dünyası üçün gözlənilməz qərar olmuşdu. Moda evinin məxsus olduğu "LVMH” holdinqin nümayəndəsi bildirib ki, belçikalı dizayneri bu qərarı qəbul etməyə şəxsi səbəblər sövq edib. Simons özü də mətbuata verdiyi açıqlamada, şəxsi brendini qurmaq niyyətində olduğunu açıqlamışdı. Belə çıxır ki, oktyabrın əvvəllərində Parisin Luvr Muzeyində nümayiş olunan kolleksiya modelyerin moda evi ilə əməkdaşlıq çərçivəsində sonuncu işi oldu. Raf Simonsu kimin əvəzləyəcəyi hələlik məlum deyil.
 
Alber Elbaz
Eyni aqibəti Alber Elbaz da yaşadı. Belə ki, Raf Simons "Dior” moda evini tərk etdikdən sonra daha bir dizayner analoji addım atıb. "Lanvin” fransız moda evinin yaradıcı direktoru Alber Elbaz 14 illik fəaliyyətdən sonra vəzifəsindən istefa verdi. "WWD” portalının məlumatına görə, modelyerin istefasına səbəb kimi onun "Lanvin”-nin icraçı direktoru Mişel Yiban və moda evinin indiki sahibi Şou-Lan Vonq arasında fikir ayrılığının yaranması göstərilib. Onun yerini kimin tutacağı hələlik bəlli deyil.
Bununla yanaşı, moda aləmində söz-söhbət gəzir ki, "Dior” evinin yaradıcı direktoru vəzifəsinə ən çox ehtimal olunan namizədlərdən biri məhz Elbazdır. Xatırladaq ki, Raf Simonsun "Dior”dan qəfil gedişindən sonra kreativ dizayner postu boş qalıb.
 
İlin təyinatı
Demna Qvasaliya
"Kreing” şirkəti Aleksandr Venqlə müqaviləni uzatmaqdan imtina etdiyini elan etdikdən sonra yeni kreativ direktorunun adını sirr saxlayırdılar. İki aylıq sükutdan sonra məlum oldu ki, Demna Qvasaliya "Balenciaga” moda evinin yeni kreativ dizayneri təyin olunub. Yeri gəlmişkən, qeyd edək ki, gürcü dizayner "Vetements” markasının təsisçilərindən biridir. Dəb təndiqçiləri onun brendini son iki mövsümün əsas kəşfi adlandırır. Gənc olmasına baxmayaraq, gürcüəsilli dizayner moda dünyasında kifayət qədər uğur əldə edib. Qvasaliyanın debüt kolleksiyası gələn ilin martında baş tutacaq. Məhz o zaman "Balenciaga” –nın  yeni kolleksiya tamaşaçıların mühakiməsinə təqdim olunacaq.
 
Alessandro Mikele
"Gucci” moda evinin kreativ direktoru Frida Cannini vəzifəsindən gedəndən sonra şirkətin rəhbərliyi tanınmayan dizayner Alessandro Mikeleyə şans vermək qərarına gəldi. Bu qərarın düzgün olub-olmadığı barədə dəqiq heç nə demək olmaz. Lakin kişi moda həftəsində özünün ilk kolleksiyasını təqdim etdikdən cəmi bir neçə həftə sonra dizaynerin işləri dəb jurnallarının əsas müzakirə mövzusu oldu. Alessandro Mikele ilk növbədə "Gucci”-nin ənənəvi üslubunu dəyişərək, satışı yüksəltməyə nail oldu. Payız və qış aylarında hökm sürən romantizm dəb tendensiyasını da məhz ona borcluyuq.
O, sanki əsl sehrbaz kimi sandığından bir-birinin ardınca müxtəlif əcaib dəb nümunələri çıxarır: üzün yarısını tutan eynəklər, köynək və donların yaxasını bəzəyən romantik bantlar, məxmər kamzollar, bəbir naxışlı və qırçınlı yubkalar, pencəklərin qoluna əlavə olunmuş qorjetlər və.s hamısı onun əsərləridir. Ümumilikdə onun kolleksiyalarına zəriflik hakimdir.
 
İlin tapıntısı
Vita Kin
Vita Kin milli Ukrayna naxışları və ornamentlərini 2015-ci ildə dünyanın hər yerində məşhurlaşdıra bildi. Onun Ukrayna milli naxışları ilə zəngin olan, o cümlədən, 70-ci illərin bohem havasında hazırladığı kolleksiyaları  Hollivud ulduzlarının diqqətindən yayınmadı.
 
Ukraynalıların etnik naxışları dəb gündəminin də əsas mövzusu oldu. Belə ki, Amerikanın "Vogue” jurnalı ukraynalı dizaynerin naxışlarla işləməli kostyumlarını "mövsümün ən isti trendi" adlandırmışdı. Bu naxışlar hələ heç vaxt bu ilki qədər populyar olmayıb. Əldə etdiyi nailiyyətlərə görə, dizayner Ukraynada xüsusi mükafata layiq görülüb.


Şərhlər: 3
Baxılıb: 427
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
moda heyatindan maraqli melumatlar oldu
29 mart 2016 15:03
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Maraqli hadiselerdir. Deb alemini yaxinnan teqib edirem
29 mart 2016 09:24
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
deble geyinmirem mene ne yarawirsa
29 mart 2016 08:21
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz