Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kristian Dior: Əsl qadın zərərverici və şıltaq olmalıdır
Kristian Dior: Əsl qadın zərərverici və şıltaq olmalıdır
Göndərən: Fialka
Şərhlər: 6
Baxılıb: 406
Səs ver:
Kristian Dior moda dünyasında inqilab edən böyük fransız kuturyesiətirlərinin satış həcminə görə dünyada 4-cü yeri tutur.
 
Hər yeyilən bir tikə iki dəqiqə ağızda, iki saat qarında və 2 ay ombalarda qalır.
Əgər sizin ayaqlarınız əyridirsə, onda dərin sinə dekoltesi geyinin.
Qadınların cazibəsi və zərifliyi 35 və 40 yaşında zirvədə olur.
 
Çox az qadın 40 yaşını keçir, lakin cəlbediciliyinin zirvəsi əbədi davam edə bilər.
Əsl qadın zərərverici və şıltaq olmalıdır.
Arzum qadınları vəhşi təbiətdən xilas etməkdir.
Ətir qadın barədə onun üslubundan daha çox danışır.
 
Mənim donlarım qadın bədəninin proporsiyalarına həsr olunmuş memarlıq nümunələridir. Onlar mənim həyatımdır, mənim yeganə hərisliyimdir. Onlar haqqında düşünməkdən, təsvir etməkdən və yenidən düşünməkdən zövq alıram. Cəsarətlə deyə bilərəm ki, mənim coşqun ehtirasım geyimlərlə bağlı olub. Onlar məni cənnət və cəhənnəmin ən dərin qatlarına aparıb, düzgün yol göstərirlər.
 
Eskizlərimi istənilən yerdə və vaxtda çəkə bilərəm. Fərqi yoxdur, bu, qeyd kitabçası, salfet, yaxud restoranlarda verilən hesab vərəqləri də ola bilər. Bunun üçün şirin yuxuma da haram qata bilərəm. İlham pərisi həmişə gözlənilməz şəkildə peyda olur. Ona görə də, bu imkanı heç bir halda əldən vermək olmaz.
 
Ətirlər qadına fərdliyini nümayiş etdirməyə imkan verən obrazın sonuncu ştrixidir.
 
Qadınlar, adətən, öz ayaqqabılarına çox diqqət ayıra bilmir, hətta onların ümumi yekun görünüşdə heç bir payı olmadığını düşünürlər. Lakin unutmaq lazım deyil ki, ayaqqabılar qadının mötəbərliyini, sanballığını vurğulayan əsas detaldır.
 
Kuturye qeyri-adilik yaratmağa qadir olan nadir insanlardır. Nağıl qəhrəmanı Zoluşkanın itən sehrli ayaqqabısını da ancaq onlar reallaşdıra bilər. Dizaynerlərin bir növ sehrbaz olduğunu düşünürəm. Arzuları reallaşdıran, insana özünün görmək istədiyini bəxş edən sehrbazlar.
Sanballı görünmək üçün ilk növbədə sadə və səliqəli olmalısan.
Mən işıq saçan parlaq və rəngli mənzərələrə saatlarla tamaşa edə bilərəm.
 
Qısaca deyim: SSRİ-yə səfərim zamanı (1931) çoxlu gözlənilməz sürprizlərlə qarşılaşdım. Mən bu ölkənin tarixinə və mədəniyyətinə heyran oldum. Lakin dəhşətli dərəcədə dilxor oldum. Bu həyata dözən, buna baxmayaraq, öz gələcəyinə böyük ümidlər bəsləyən xalq sarsılmaz iradəsi ilə məni heyran etdi.
 
"New look” cərəyanı mənim təbii və səmimi arzularımın nəticəsi idi. Dəbin hər zaman belə olmasını istərdim.
Etiraf etməliyəm ki, gördüyüm və eşitdiyim hər şey sonradan paltara çevrilir.
Dəb heç nəyə tabe olmadan öz qanunlarını yaşayır.
 
Paltarlarımın  dünyaya gəlməsi üçün onların nəyə ehtiyac duyduqlarını yaxşı bilirəm. Onlar məndən qayğı, diqqət və həyəcan tələb edir.
Hər paltarım hər günümü necə yaşadığımı göstərir. Onlardan sevinc, zəriflik və yaxud da həssaslıq qoxusu gələ bilər.
 
Qeyd etməliyəm ki, digər kolleksiyalarla müqayisədə ilk kolleksiyam məndən ən az səy, zəhmət və gərginlik tələb etmişdi. Hər şeydən əvvəl qüsursuz işlər təqdim etmək istəyirdim. Onda mən inqilab etmək niyyətində deyildim, sadəcə, öz yaradıcılıq qabiliyyətimi nümayiş etdirmək arzusunda idim. Məqsədim öz işimi vicdanla həyata keçirmək idi.
 
Karyeram barədə danışmağa başlamazdan əvvəl böyük hərflərlə "UĞUR” sözünü yazmasam, naşükür olaram.
Yaxşı cəhətləri həmişə vurğulamaq lazımdır. Əslində, moda elə bununla məşğuldur. O, qadın gözəlliyini vurğulayır və onu daha effektli göstərir.


Şərhlər: 6
Baxılıb: 406
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli yazidi dior beyendiyim brenderdendir
13 aprel 2016 01:25
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
sizin 1205
Cox sag olun.............
12 aprel 2016 15:51
# 5
L
Barbaris
twkler xebere gore
12 aprel 2016 11:43
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Nemka Matata
ishte muhteshem senetkardan muhteshem tovsiyeler hosgeldin
12 aprel 2016 09:31
# 3
ülü16
Doğrusu moda ilə geyinmirəm. Amma bu cür sənətkarların xəbərlərini oxumaq gözəldir. Təşəkkürlər xəbərə görə
12 aprel 2016 08:49
# 2
BARBI
Moda qadinin cazibesini ve gozelliyini ortaya cixarir. Qadin her zaman baximli ve ozune inamli olmalidir
12 aprel 2016 08:34
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz