Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dior yaradıcılığının 6 şah əsəri
Dior yaradıcılığının 6 şah əsəri
Göndərən: Fialka
Şərhlər: 2
Baxılıb: 348
Səs ver:
Kristian Dior 1940 - 1950-ci illərin ən qüdrətli və nüfuzlu modelyeri, adını tarixə modanın tacsız şahı kimi yazdıran şəxsiyyətdir.
 
New Look cərəyanı
I və II Dünya müharibə dövrlərində yaşanan kasıbçılığa, qıtlığa görə paltarlar sadələşmiş və get-gedə kobudlaşmışdı. Ancaq müharibə bitdikdən sonra onun modaya təsiri də azaldı, beləcə, nazlı-qəmzəli görünməyə can atan qadınlar üçün incə geyimlər istehsal olunmağa başladı.
5 illik Dünya müharibəsindən sonra 1947-ci ildə Kristian Dior dəb tarixinə qızıl hərflərlə yazılan "New Look” silueti yaradır.  Şübhəsiz, dizayner öz ixtirası ilə dünya dəbinə böyük töhfə verib. Qadını qum saatına bənzədən bu cərəyanın adını Dior özü fikirləşməyib. Bu ad tanınmış amerikalı jurnalist və redaktor Kermel Snouya aiddir. O, Diorun ilk kolleksiyası barədə yazdığı resenziyada dizaynerin yeni kəşfini "New Look” adlandırmışdı.
 
Kristian Diorun yeni dəb cərəyanı ilk dəfə 1947-ci il fevralın 12-də "Carolle Line" dəfiləsində nümayiş olunub. Onun 1947-ci ildə ilk dəfə nümayiş olunan kolleksiyası Diora böyük uğur qazandırmışdı. Müharibədən sonra hamının əsgər obrazında görməyə alışdığı qadınların enli ətəklərdən istifadə etməsi cəmiyyətdə əsl rezonans doğurmuşdu. Onun ilk kolleksiyasına daxil olan ətəklərdə əsas diqqətçəkən məqam büzülmüş incə bel, kiçik çiyinlər, düz və həddindən artıq enli ətəklər idi. Yoxsulluq və qadağalar içərisində yaşamaqdan bezən cazibədar parisli xanımlar bu kolleksiyanı böyük məmnuniyyətlə qəbul edirdilər.
Əslində, onun inqilab etmək fikri yox idi, sadəcə, müharibədən sonra qadınları yenidən gözəl görmək arzusu ilə alışıb-yanırdı. İkinci Dünya müharibəsi dövründə dəb aləmində vəziyyət qənaətbəxş deyildi: iri çiyinlər, torba kimi ətəklər  və nəhəng platforma ayaqqabılar. Dizayner bu geyimlərin qadının bədən quruluşunu layiqli şəkildə vurğulamadığını hesab edirdi.
Modelyerin uşaq illəri Fransanın şimal-qərb sahillərində anası və onun rəfiqələrinin əhatəsində keçmişdi. Ona görə də, Dior hələ uşaqlıqdan qadını nəyin zərif göstərdiyini yaxşı bilir və o dövrün təmtəraqlı yubkalarını, beli sıxan korsetləri, enli şlyapaları yenidən dəbə gətirmək istəyirdi. "New Look” cərəyanı sayəsində qadınlar əvvəlki zərifliyinə qovuşmuşdu.
 
Bu cərəyanın davamçıları bizi indi də darıxmağa qoymur. Onlar mütəmadi olaraq, təkrar-təkrar podiumlarda nümayiş olunur.  Vivyen Vestvud, Con Qalyono, Mark Jakobs kimi sadiq davamçılarla yanaşı, "Prada", "Louis Vuitton" kimi davamçıları da "New Look" cərəyanını ölməyə qoymur.
 
Bar pencəkləri
Kristian Diorun əsas ixtiralarından biri də belə qədər qısalmış, bel xəttinə volan əlavə edilmiş, ən nəhayət, əyinə kip oturan məşhur peplum pencəklərdir.  Diorun fikrincə, belə bir əşya hər bir xanımın qarderobunda olmalıdır. Bu pencək  otel barlarında təşkil olunmuş kokteyllər, o cümlədən, axşam ziyafətləri üçün ideal seçimdir. Bu səbəbdən, dizayner pencəyə buar adı vermişdi. "Dior”dan olan bar pencəyi bir qayda olaraq, atlas və ya ipək parçadan tikilir, onun önünü girdə atlas düymələr tamamlayır. Bu pencəyi nazik parçadan tikilmiş şalvar ya dəbli qələm ətəklərlə geyinmək təklif edilir.

Qələm ətək
Uzunluğu dizdən bir qədər aşağı olan qələm ətəklər "Christian Dior”  moda evinin şah əsərlərindən biridir. Diorun bu fasonu qadın bədəninin incəliyini vurğulayır və yaranan gündən etibarən qadın zərifliyinin etalonu sayılır. Kuturye onu bar pencəkləri və ya əyində yaxşı oturan topla geyinməyi təklif edib.
 
Qabarıq ətəklər
Yerə qədər uzanmış, krinolin sayəsində qabarıq görünən ətəklər indi də Dior yaradıcılığının bənzərsiz ştrixi sayılır. Kuturye bu cür ətəyə bəzən 40 metrə yaxın parça sərf edirdi, onların çəkisi də olduqca ağır idi. Buna görə, həmkarları Dior tərəfindən şiddətli tənqidə məruz qalırdı.
 
Koko Şanel onun yaradıcılığını belə xarakterizə edirdi: "Dior qadınları geyindirmir, onlara əzab verir". Buna baxmayaraq, belə ətək geymək qadınların ürəyincə idi, üstəlik, onlara çox böyük tələbat vardı. Səbəb qadınların onda özünü şahzadə kimi hiss etmələri idi. Maraqlıdır ki, ətəklər hətta asılqanda da öz unikal formasını qoruyub saxlayırdı.
Çoxları onu həyatın hələ tam bərpa olunmadığı, hakimiyyətin bir-birinin ardınca dəyişdiyi bir vaxtda ölkəni belə bərbəzəyə qərq etməkdə qınayırdı. Lakin o, bütün bu ittihamlara fikir vermədən öz işini davam edirdi.
Uzun illərdən sonra Diorun adı eleqantlığın və gözəlliyin sinonimi sayılır.
 
Qızılı büstqalter
1947-ci ildə öz zəfər debütündən sonra Kristian Dior bir-birinin ardınca çoxsaylı müştərilərini sevindirməyə davam edirdi. Məsələn, 1957-ci ilin avqustunda öz ölümündən bir neçə ay əvvəl qızılı saplarla işlənmiş büstqalter buraxmışdı. Qurşağa doğru büstqalter elastik lent vasitəsilə bərkidilirdi. Bu, Diorun daha bir ixtirası idi.
 
Dior ətri
Kristian Dior özünü ancaq  moda ustası kimi deyil, həm də uğurlu iş adamı kimi təsdiq edib. Dior modanı biznes sahəsi kimi inkişaf etdirmək üçün onun yeni modelini yaradıb. Belə ki, bir neçə məhsulu bir brend altında birləşdirərək tarixdə ilk moda imperiyasının əsasını məhz Dior qoyub. O, geyim dizaynı ilə yanaşı, biznesin digər aspektləri, o cümlədən, qadın ətir istehsalı ilə maraqlanıb. Dəbdəbə və romantizmi təbliğ edən fransız moda evinin ilk ətirləri 1947-ci ildə yaradılıb və "Miss Dior" adını alıb. Dior hesab edirdi ki, ətir hər bir şəxsi tamamlayan və onun geyiminin son akkordunu vuran vasitədir:
 
İki məşhur parisli ətriyyatçı Jan Karl və Pol Vaş tərəfindən yaradılan bu ətir tariximizə əbədi daxil olmuş və bu günə qədər dünyada ən çox satılan məhsullardan biri sayılır.


Şərhlər: 2
Baxılıb: 348
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
tarix maraqli oldu sevdiyim brenddir
15 mart 2016 15:07
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Dior tarixde ornak goturulecek sexsiyetlerdendir. Onun parfumleri cantalari mukemmel olur. En sevdiyim brendler arasindadir. Bezi nuanslar var yalnis qeyd edilib dior insana ezab yox gozellik verir
15 mart 2016 08:44
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz