Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bütün əmlakını satıb sevgilisinə gül aldı
Bütün əmlakını satıb sevgilisinə gül aldı
Göndərən: ALESSANDRA
Şərhlər: 9
Baxılıb: 522
Səs ver:
Məşhur rus müğənnisi, SSRİ xalq artisti Alla Puqaçovanın dünyaca məşhur "Million alıx roz” mahnısının mövzusunun real həyatdan götürüldüyü məlum olub. Üstəlik, öz yoxsul evini satıb sevgilisinə milyon qızıl gül alan şəxsin kimliyi də açıqlanıb.

Gürcü rəssamı Niko Pirosmani (Niko Pirosmanaşvili) dövrünün populyar sənətkarı olsa da, kasıb yaşayırmış. O, rəssamlığı özü öyrənib və qısa müddət ərzində fitri istedadını ortaya qoyub.  Lakin rəssamın bütün dünyada tanınması onun ölümündən sonra baş verib. Hətta onun özünü tanımayanlar belə, Niko Pirosmaninin hansısa qadını dəli kimi sevməsi haqda eşidiblər.   
 
Bugünlərdə məlum olub ki, Niko bir dəfə bütün əmlakını sataraq, Tbilisi mağazalarından sevdiyi qadına qızıl güllər alıb. Pirosmaninin ilham aldığı qadın isə öz dövründə heç onun qədər belə tanınmayıb.
 
Bununla bağlı bir sənədli fakt da var: - qadın Tbilisiyə 1905-ci ildə gəlib. Elə həmin ərəfədə qəzetlərdə Paris miniatür teatrı "Bel Vyu”nun müğənni, rəqqasə və aktrisası Marqarita de Sevrin Gürcüstanın paytaxtında konsert verəcəyi haqda anonslar dərc olunub.
 
Habelə şəhər küçələrində də "Yenilik! Marqarita de Sevr” Tbilisidə...” mətnli afişalar peyda olub. Qadının fotosunu ilk dəfə afişada görən Niko Pirosmani ona ilk baxışdan aşiq olub. Onun məşhur "Aktrisa Marqarita” portreti də elə həmin günlərə təsadüf edir.  
Niko bütün əmlakını sataraq, onu pula çevirib və həmin pulları Tbilisinin mağazalarında satılan bütün güllərə, çiçəklərə xərcləyib. Bundan sonra isə gülləri 9 arabaya dolduraraq Marqarita de Sevrə göndərib. 
 
Belə rəvayət edilir ki, sonsuz gül-çiçək "dənizini” görən qadın sevincindən rəssamın yanına gəlib və onu öpüb. Lakin tarixçilər onların nə vaxtsa görüşdüklərini təsdiqləmirlər. Araşdırmaçılar da deyir ki, Niko ilə Marqarita heç zaman yaxın təmasda olmayıb. Rəssam şəhərin bütün güllərini sevgilisinə göndərdikdən sonra dostları ilə əylənməyə gedib.
 
Bütün bunlar onu göstərir ki, "Million alıx roz” mahnısı həmin sevgi hekayəsinin bir hissəsidir. Lakin real sevgi hekayəsi ilə mahnının məzmunu arasında fərqlər də var.
 
Əlbəttə ki, gülləri heç kim saymayıb. Bu səbəbdən də onların sayının milyonlarla olduğunu heç kim bilmir.
Üstəlik, arabaların hamısındakı güllər heç də qızılgül olmayıb. Onların arasında digər gül növləri də olub.
 
Aktrisa da sevgisi uğrunda hər şeyə hazır olan bu fədakar rəssama biganə qalmayıb. O, Nikoya dəvətnamə göndərib. Lakin rəssam bunu vaxtında dəyərləndirməyib.
 
Rəssam Marqaritanın qaldığı yerə gələndə aktrisa artıq şəhərdə deyildi. Deyilənə görə Marqarita varlı bir insana ərə gedib.
 
Araşdırmaçı Paustovski sonralar yazırdı: "Marqarita röya kimi idi. Onun ürəyi hər kəsə bağlı idi. Onun gözəlliyi insanlara lazım idi.
 
Lakin insanlar qadının gözılliyindən istifadə edirdilər. O, bunu çox sonralar başa düşdü”.   
 
Rəssamın ölümündən 50 il sonra - 1968-ci ildə, Luvrda Niko Pirosmaninin şəkillərindən ibarət sərgi açıldı. Sərgidə iştirak edənlərin sözlərinə görə, rəssamın yaratdığı "Aktrisa Marqarita” portretinin qarşısında qoca bir qadın dayanaraq gözlərini bir neçə dəqiqə portretə zilləyib.
 
O, xeyli fikrə dalıb. Şahidlər bildirirlər ki, bu qadın  rəssamın bir zamanlar vurulduğu Marqarita de Sevr olub.

 

 

 

 

 

 



Şərhlər: 9
Baxılıb: 522
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Cox maraqli olub ancaq heyif ki sonu yaxsi bitmeyib
10 mart 2016 08:35
# 9
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Fi-Ra
Bilmirdim mahnının tarixini. Maraqlı oldu. Mahnı xoşuma gəlir
8 mart 2016 19:52
# 8
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Azəri_Ledi
Mahnı cox gozəl mahnıdır tarixcəsini bilmirdim tşk
8 mart 2016 18:37
# 7
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
Fialka
Bu haqda məlumatım var keçən il saytda bu haqda xəbər hazırlamışdım. Mövzusuna gəlincə təəssüf ki, acı sonluqla bitib bu cür rəssamın həyatı...
8 mart 2016 16:36
# 6
vipbetul
negede maraqli hekaye yasanib
8 mart 2016 15:39
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
Maraqli məlumatdı. Qadın qədr bilməz cıxıb heyif
8 mart 2016 12:49
# 4
qanadli melek
Mence bele seven tapilmaz indi
8 mart 2016 10:09
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Çox gözəl fotolardı, bu cür sevgi çətin olar indi.
8 mart 2016 09:56
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Qadin bele sevginin qedrini bilmeyib. Heyf ki gercek seveni qoyub varliya ere gedib. Kisinin esqinin gucune bax. Indi bele sevgiler yoxdur
8 mart 2016 07:52
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz