Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şöhrətini qüsursuz əndamına borclu olan sarışın
Şöhrətini qüsursuz əndamına borclu olan sarışın
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 748
Səs ver:
Kara Delevini unutduran sarışın gözəl indi dünyada ən çox xəbəri hazırlanan məşhurlardandır.

Gözəlliyi və stili ilə bütün rəqiblərini kölgədə qoyan gənc modeldən ilham almaq istəyirsinizsə, diqqətiniz bizdə olsun!

Qısa tanışlıq
Əsl adı Elen Nuradır. 1995-ci ildə, aprelin 23-də Los-Ancelesdə dünyaya gəlib. Fələstinli Məhəmməd Hadid ilə hollandiyalı model İolanda Fosterin qızıdır. Anası onun da özü kimi model olmasını arzulayıb. Odur ki, Cici Hadid hələ 2 yaşında ikən "Guess baby” brendinin reklamlarında yer alıb. 2013-cü ildə "Malibu high school”dan məzun olub.

Qüsursuz fiquranın bəxş etdiyi uğurlu karyera
18 yaşında professional modellik karyerasına başlayan Hadid bu günə kimi "VMAN”, "Elle”, "Grazia”, "Cleo”, "Vogue”, "Sports”, "Illustrated”, "Paper magazine” və "Schön!” kimi bir-birindən məşhur jurnalların manşetini bəzəyib, məşhur "Pirelli” təqvimində yer alıb. O, "Guess”, "Maybelline” kimi brendlərin siması olub. Dünyanın ən məşhur brendləri arasında göstərilən "Dsquared”, "Anna Sui”, "Dolce & Gabbana”, "Jeremy Scott”, "Moschino”, "Michael Kors”, "Tom Ford” kimi nəhənglərin dəfilələrində yer alan Cicinin dizayner Tom Fordla əlaqələri, xüsusilə, möhkəmdir. Hətta dizaynerin gənc modeli öz himayəsinə aldığını desək, yanılmarıq. Çünki Cici bu günə kimi adı çəkilən brendin düz üç reklam kampaniyasında iştirak edib. Modelin "Tom Ford” üçün etdirdiyi fotosessiyalar açıq-saçıqlığı ilə diqqət çəkir. Belə görünür ki, Cici Hadid də bir çox gənc və gözəl qız kimi şöhrətə qovuşmağın ən asan yolunu seçib.

Qüsursuz fiqurasını voleybol oynamağa və at çapmağa borclu olan Hadid bir anda şöhrət pillələrini sürətlə qalxıb. Cici modellik karyerasında yeni olsa da, heç bir mərasim onsuz keçmir. Sosial şəbəkələrdə milyonlarla təqibçisi olan gənc model hazırda ən çox xəbəri hazırlanan modeldir. Onun ən yaxın dostu model Kendal Cennerlə atdıqları hər addım xəbərə çevrilir.

Kara Delevini unutduran sarışın
Cici öz şöhrəti ilə ötən illərin ən populyar modeli Kara Delevini belə kölgədə qoyub. Bütün bunlarda onun fiqurasının, sarı dalğalı saçlarının, hamar, ağappaq dərisinin və boz-mavi çalardakı gözlərinin rolu danılmazdır. Ancaq deyilənlərə görə, Cicinin bu qədər asan məşhurlaşmasının altında yatan səbəb elə Kara Delevindir. Kara ötən il verdiyi açıqlamada "Dizaynerlər mütəmadi olaraq arıqlamağımı istəyirlər. Bu işgəncəyə çevrilib. Onsuz da kifayət qədər arığam. Belə getsə, karyerama nöqtə qoyacağam. Bundan sonra özümü aktrisa kimi sınamaq istəyirəm”, deyərək gündəmə gəlmişdi. Kara daha sonra yazar Con Qrinin əsəri əsasında çəkilən "Kağız şəhərlər” adlı filmdə rol alaraq aktrisa olmaq arzusuna qovuşdu. Dizaynerlər isə Karanın əvəzinə daha bir sarışın gözəl tapmaq məcburiyyətində qaldılar. Təbii ki, ən güclü namizəd gözəlliyi ilə göz qamaşdıran Cidi Hadiddən başqası ola bilməzdi. Beləliklə, moda dünyası öz yeni ikonasını yaratmaq üçün işə başladı. Cici Hadidi ən populyar modelə çevirmək planı layihələşdirildi. Gördüyümüz kimi, istədiyinə şöhrət və pul bəxş etmək qüdrətinə sahib olan moda aləminin layihəsi artıq uğurla həyata keçib.

Ən sevimliləri
Cici Hadid sadəcə, gözəlliyi ilə deyil, özünəməxsus sadə və şıq stili ilə də diqqət çəkir. Ağ, qara, krem, qırmızı və sarı rəngdə geyinməyi çox xoşlayır. Ən çox bəyəndiyi brendlər "The Fifth Label”, "Finders Keepers”, "Cameo”, "Diesel”, "Pucci”, "Chanel”, "Prada” və "Yves Saint Laurent”dir. Ən sevimli aksessuarları isə iri günəş eynəkləri və şallardır.

Makiyajsız, sadə gündəlik stil
Gündəlik həyatda nadir hallarda makiyaj edir. Adətən, makiyajsız olur və iri günəş eynəkləri taxaraq üzünü gizləməyə çalışır. Saçlarını ya düz saxlayır, ya da at quyruğu yığır.

Olduqca sadə geyinir. İdman ayaqqabılarını çox xoşlayır. Cins, dar şalvarlar, qısa koftalar geyinir. Şort, iri çanta, qara rəngli dəri pencəklər, hündürbel şalvarlar vazkeçilməzləri arasındadır.

Gündəlik həyatda ağ və qara rəngə üstünlük verir.

Qırmızı xalıda sinə və ayaq şousu
Cici Hadidi qırmızı xalıda olduqca şıq libaslarda görmək olar. Ancaq yenə öz sadəliyini qoruyur və həddən artıq bər-bəzəkli, iddialı geyimlərdən, aksessuarlardan uzaq durur. Onun ən gözəl aksessuarı dərin sinə və ya kürək dekoltesidir. Yarıqlı libasları xoşlayır. Maksi libaslar geyindikdə ayaqlarının gözəlliyini vurğulayan yarıqların olmasına diqqət edir. Bəzən də qısa sort və ya donla uzun ayaqlarını nümayiş etdirir. Hündürbel şalvar və ətəklər də xüsusi gecələr üçün seçim üstünlüyü verdiyi geyimlər arasındadır. Gündəlik həyatda idman ayaqqabısından əl çəkməyən Cici qırmızı xalı üçün ən şıq ayaqqabı moldellərinə müraciət edir. Xüsusilə, stilettoları xoşlayır.

Gözəllik və makiyaj sirləri
Gənc model makiyajda, əsasən gözlərini vurğulamağı sevir. Kölgəli göz makiyajına tez-tez müraciət edir. "Pişik gözü" makiyaj stili üçün ürəyi gedir. Ancaq çox vaxt sadəcə, layner çəkərək gözlərini ön plana çıxarır. Dodaqlarını isə dəbə uyğun olaraq bej, açıq qəhvəyi, açıq şaftalı çalarlarına boyayır. Haylayterdən həddən artıq istifadə edir.

Cici gözəl görünmək üçün ucuz brendlərin də  effektli olduğuna inanır:
 "Makiyaj etməyə başladığım gündən bəri eyni korrektordan və tuşdan istifadə edirəm. Makiyaj vasitələrinin möhtəşəm olması üçün bahalı olması vacib deyil. "Maybelline” kimi brendlər də kifayət qədər yaxşı məhsullar istehsal edirlər”.

Cazibədar model gözəllik üçün xüsusi qulluq qaydalarının olmadığını deyir:
"Səhər oyanan kimi üzümü yuyub daha sonra kremlə nəmləndirirəm. Gündəlik həyatda BB krem, tuş və bir az da qaraldıcı kirşan çəkirəm. Gecə yenə üzümü yuyub nəmləndirirəm. Xüsusi qulluq etmirəm”.

Hamının arzuladığı gözəlin iki eşq macərası
Hamının heyranlıqla baxdığı bu xanımın cəmi iki eşq macərası məlumdur. Onlardan ilki avstraliyalı müğənni Kodi Simpson olub. Düz 3 dəfə küsüb-barışan sevgililər, nəhayət, bu ilin mayında qəti şəkildə münasibətlərinə son qoyublar. Cici iyun ayından bəri musiqiçi Co Conas ilə birlikdədir.

Cici Hadidin stilindən ilham ala biıməyiniz üçün onun fotolarını toplamışıq. Fotolara nəzər salmağı unutmayın!
Ləman Sultan


Şərhlər:
Baxılıb: 748
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz