Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müasir dəbdə seksuallıq
Müasir dəbdə seksuallıq
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 847
Səs ver:
"Celine” - lüks qadın və kişi geyim istehsalı ilə məşhurlaşan fransız brendidir.  Moda evi yarandığı gündən bu günə qədər geyim, çanta, ayaqqabı və aksessuarlarının dəyişməz keyfiyyəti və orijinal dizaynı ilə bütün xanımların qəlbini fəth edib. Markanın məhsulları keyfiyyətinə görə "əlçatan Paris cah-cəlalı” adlandırılır.

Beləliklə, 1945-ci ildə yaradılan şirkət fəaliyyətə uşaq ayaqqabılarının satışı ilə başlayıb. Fransız modapərəstlərinin rəğbətini qazandıqca istehsal xəttini də genişləndirib. 60-ci illərin sonunda isə "Celine” markası müxtəlif aksessuarlar, əsasən, dəri məhsulları, lüks geyim, həmçinin ətriyyat istehsalı ilə məşğul olmağa başlayıb.

Tikməyi bacarmayan dizayner dəb imperiyasını necə qurdu?
Yaranması Parisin faşist işğalından azad edildiyi illərə təsadüf edan brendin adı dizaynerlik təhsili olmayan, hətta tikməyi belə bacarmayan Selin Vipiananın adı ilə bağlıdır. O, 1945-ci ildə xüsusi olaraq uşaqlar üçün hazırlanmış ayaqqabı satışı ilə məşğul olan kiçik mağaza açıb. Əri ilə birlikdə Parisin ən məşhur küçəsində açdığı həmin mağaza tezliklə məşhurlaşıb. Halbuki nə Selin özü, nə də onun həyat yoldaşı dizayner olub. Hətta ticarət sahəsində də iş təcrübəsi olmayan cütlük dəbli anaların diqqətini çəkir. Belə ki dəb dalınca qaçan analar öz uşaqlarının ayaqlarını bantlı, gözəl və rahat ayaqqabılarla bəzəmək üçün bu kiçik mağazaya gəlirdilər. Kübar cəmiyyətində də sürətlə müvəffəqiyyət əldə edən mağazanın hətta kral ailəsindən olan alıcıları da vardı. Məsələn, Monako şahzadəsi Albert və şahzadə Karolina məhz bu mağazadan alış-veriş edirdi.

Uğurlu satışın sirri
Uğuru satdığı məhsulların yüksək keyfiyyəti və orijinal dizaynından qaynaqlanan mağazanın şöhrət qazanmasında 2-ci Dünya müharibəsindən sonra yaranmasının da böyük payı var. Məsələ ondadır ki, müharibə dövründə uşaqlar da, böyüklər də dəbdəbəli geyimlərdən məhrum idi. Yeni açılmış mağaza isə müştərilərinin geyim sənayesinə, dəbə olan tələbatını yüksək səviyyədə ödəyirdi.
Selin Vipiana tələbatı düzgün qiymətləndirirdi. Məsələn, qış üçün ayağı isti saxlayan tərzli çəkmələr istehsal edirdi. O başa düşürdü ki, uşaq ayaqqabıları rahat, uzunömürlü, möhkəm və gözəl olmalıdır. Məsələn, mağazada azyaşlı qızlar üçün hazırlanmış bər-bəzəkli tuflilər çox sürətlə satılırdı. İri qızılı toqqalı oğlan ayaqqabılarına, o cümlədən qapalı səndəllərə də böyük alıcı tələbatı vardı.

Şirkətin yaranmasından on il sonra moda evi opera sarayında moda nümayişi təşkil edərək ilk böyük reklam kampaniyasını həyata keçirdi. Daha sonra nəbatat bağında başında qırmızı fil balası olan reklam qatarı yerləşdirildi. Bu personaj sonralar markanın rəmzinə çevrildi. Belə ki mağazanın önündə qoyulmuş əlində tufli saxlayan qırmızı fil balası yoldan ötən balaca modapərəstləri və onların valideynlərini dostcasına mağazaya dəvət edirdi.

Butikin sahibləri müştəri cəlb etmək üçün alternativ yollar fikirləşir, hətta qablaşdırmada da seçilmək istəyirdilər. Təsadüfi deyil ki, müştərilərə xoş gəlsin deyə qablaşdırmada rəngli kağızlardan istifadə etmək ənənəsini də onlar qoydular. Elə bir alana bir hədiyyə ənənəsinin də əsasını onlar qoyublar. Belə ki mağazanı bir cüt uşaq ayaqqabısı ilə tərk edən hər müştəriyə fil balası suveniri hədiyyə verilirdi.

Mağazanın müştəriləri artdıqca Selin məhsulların çeşidini artıraraq qadın və kişilər üçün ayaqqabı istehsalına da başlayır.

Beləliklə, məlum oldu ki, madam Vipiana, əslində bacarıqlı administratordur və məhz onun məharətli idarəçiliyi sayəsində şirkətin inkişafı ilbəil vüsət aldı. Bu xüsusiyyətinə görə onu hətta madam Şanel ilə müqayisə edirdilər. Yeri gəlmişkən, Selinin geyim tərzi və davranışlarında da Koko Şanelə bənzərlik açıq-aydın hiss olunurdu.

Qadın ayaqqabıları
Şirkətin ilk qadın ayaqqabıları 1959-ci ildə satışa çıxarıldı. "Sancaq” adlanan mokasin ayaqqabılar mağazanın debütü oldu. Müştərilərin alıcılıq qabiliyyətini yoxlamaq məqsədi ilə buraxılan ayaqqabılar bazarda uğur qazandı və bununla da şirkət bu sınaqdan da üzüağ çıxdı. Bundan sonra  modapərəstlər buraya yalnız uşaqları üçün deyil, həm də özlərinə görə gəlirdirlər. Bu uğurdan stimul alan brend 1962-ci ildə kütləvi satış məqsədi ilə yeni mokasin modelini satışa çıxardı.

Yeni loqo
1966-ci il brendin yeni firma loqosunun meydana çıxması ilə əlamətdar oldu. Selin Vipiana qərara gəldi ki, bu, ikitəkərli araba olsun. Üstəlik, loqotip alıcı zövqünə də uyğun idi. Bundan sonra həmin elementdən geyim, çanta və ayaqqabılarda da istifadə olunurdu. Araba loqotipi indiyədək "Celine” şirkətinin dəyişməz atributudur.

Fransız markasının növbəti addımı idman geyimləri bazarının mənimsənilməsi oldu. Bu kolleksiya "Sportswear Couture” adlanırdı və o vaxtlar qeyri-adi dərəcədə populyar idi. İdman geyimlərinin debütündən sonra moda evinin pret-a-porter kolleksiyası işıq üzü gördü və o da maraqla qarşılandı.

Dəb imperiyasına çevrilməyi qarşısına məqsəd qoyan şirkət növbəti dəfə öz alıcılarını dəri məhsulları ilə sevindirdi. Madam Vipiana burada aktiv həyat tərzi sürən, lakin zərif və gözəl görünməyi sevən qadınların istəklərini üstün tutmuşdu.

Ümumiyyətlə, "Celine” moda evinin əsas fəlsəfəsi yığcamlıq və zəriflik üzərində qurulub. Selin Vipiano trendləri daim izləyir və öz yeniliklərini diktə edirdi. Məsələn, cins parçalar dəbdə olanda Vipiano onu özünəməxsus şəkildə şərh etmişdi. Cins parçalar üzərində işləyərək onu daha elastik və zərif hala salmışdı. Vipiano inanırdı ki, müasir qadının şıltaq deyil, dəbdəbəli paltarlara daha çox ehtiyacı var.

1973-ci ildə "Celine” şirkəti aksessuar xətti üçün nəzərdə tutulan daha bir firma loqotipini yaradıb. Brendin yeni simvolu dekorativ zəncir simvolu olub. Madam Vipiano yeni simvolu Parisin Zəfər Tağı abidəsindən ruhlanaraq hazırlamışdı. Bu simvoldan istifadə etmək üçün Selin Fransa prezidenti Corc Pompidumdan şəxsən xahiş etməli olmuşdu.

Beynəlxalq dərəcəli brend
70-ci illərdə "Celine” artıq beynəlxalq dərəcəli lüks brend kimi özünü təsdiq etdi. Yeri gəlmişkən, qeyd edək ki,  "Celine” Yaponiya bazarında fəaliyyət göstərən ilk şirkətdir. Hazırda isə dünyanın bir çox ölkələrində butikləri fəaliyyət göstərir.

Köhnə ənənələr, yeni əməkdaşlıqlar
1996-ci ildə şirkətin istehsal həcmi artmışdı. Buna səbəb şirkətin zinət məmulatlarının istehsalı ilə məşğul olan "LVMH Group”, (Louis Vuitton Hennessy Mot) holdinqi ilə birləşməsi idi. Həmin vaxtdan etibarən brendin tarixində yeni dövrün əsası qoyuldu. Böyük istehsal güclərinin birləşməsi şirkətin yüksək qiymət kateqoriyalı elit məhsullarının başlanğıcı oldu.

"Celine” kişiləri də cəlb edir
1997-ci ildə amerikalı gənc modelyer Maykl Korsun brendin art-direktoru təyin olunması ilə "Celine” kişilər üçün də ayaqqabı istehsalına başladı. Bu da fransız markasının populyarlığını xeyli artırdı.

2004-ci ildə Maykl Korsu Roberto Meniçetti, onu isə Xorvatiyadan olan İvana Omajiç əvəz etdi. Lakin həmin 4 ildə brendin fəaliyyətində hər hansı inkişaf qeydə alınmadı. 2008-ci ildə britaniyalı modelyer Fibi Filonun gəlişi ilə "Celine” yenidən dəbsevərlərin pərəstiş etdiyi moda evinə çevrildi. Fibinin fransız moda evinə təyinatı şirkət üçün, sözün əsl mənasında, "qızıl bilet” idi. Çünki onun rəhbərliyi altında brend həm əvvəlki populyarlığını qaytardı, həm də yeni intibah mərhələsinə qədəm qoydu. Belə ki sadə və yığcam üslubu ilə Fibi qadın paltarına baxışı dəyişdirdi. Londonun sərt soyuğunu məharətlə şıq fransız moda evinə gətirdi. O həm də gündəlik geyim kolleksiyalarının yaradılması ənənəsini qoydu.

Modapərəstlərin öyündüyü çantalar
Bu gün "Celine” çantaları ilə bazarda liderlik edir. "Celine" moda evinin bütün çanta kolleksiyaları istisnasız olaraq Fibi Filo yaradıcılığının məhsuludur. Kreativ dizaynerin müəllifliyi əsasında yaradılmış çanta kolleksiyası minimalist tərzi ilə diqqət çəkir.

Son vaxtlar isə at tematikası üstünlük təşkil edir. Bu da təsadüfi deyil. Şirkətin banisi madam Vipianona da atlara böyük sevgisi ilə tanınırdı. Elə bu səbəbdən Fibi Filo məhz Selin Vipianonun xatirəsini yad edərək yeni çanta kolleksiyasını at adları ilə buraxıb. "Celine Orlov”, "Merens Celine” və "Celine Lipizzan” çantaları hazırda çox məşhurdur. Həmin aksessuarlar bütün Avropa modapərəstlərinin də favoritidir.

Modapərəstlərin sevimli aksessuarı ilk dəfə 2010-ci ildə təkrəngli formada debüt edib. Hazırda isə 3 rəngli kombinasiyalarla zəngin modellər dəbdədir. Kimin ağlına gələrdi ki, açıq-çəhrayı, zəngin göy-qara və xaki bir-biri ilə uyğunlaşa bilər. Fibi Filo bir neçə rəngi ustalıqla birləşdirərək cəzbedici çanta modeli yaratmağın mümkün olduğunu göstərib.

"Celine” markasının hazırkı siyasəti
Bu gün "Celine” şirkətinin illik dövriyyəsi bir milyard avrodan çoxdur. Brendin məhsullarının reklam şəkilləri ən nüfuzlu jurnallarda dərc edilir. 2013-cü ilin fevral ayından etibarən marka Parisin Yüksək moda Sindikatının tərkibinə daxil olub.

Hazırda tanınmış dəb markaları arasında qadın bədəninin cazibədarlığını vurğulayanlar çoxdur. "Celine” markası isə əksinə həmişə sakit atmosferdə olmağa üstünlük verib. Moda evinin əsas fəlsəfəsini sahibinin qüsurlarını gizlətmək və onun təbii gözəlliyini vurğulamaq təşkil edir. "Celine” öz üslubunu bu devizlə ifadə edir: "Gözəllik və intellekt”.


Şərhlər:
Baxılıb: 847
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz