Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölümündən sonra doğulan yazıçı
Ölümündən sonra doğulan yazıçı
Göndərən: ALESSANDRA
Şərhlər: 10
Baxılıb: 492
Səs ver:
Rus ədəbiyyatının görkəmli nümayəndəsi Andrey Platonovu Azərbaycan oxucusu elə də yaxşı tanımır. Şəxsiyyəti, özünəməxsus yazı tərzi ilə yadda qalan Platonov ədəbiyyatdan, sözdən heç vaxt uzaq qalmadı. "Gizli adam”, "Jan”, "Ehtiyat”, "Şübhəli Makar”, "Çevenqur”  kimi əsərlərin müəllifi iddiasız böyük yazıçı idi.

Bu yazı dahi yazıçının həyatının qısa görüntüsüdür

Qısa arayış
Andrey Platonov Voronej qəsəbəsində anadan olub. Doğum tarixi haqqında dəqiq məlumat yoxdur.
Atası Platon Firsoviç Zadonsk adlı meşşan şəhərindən idi. İnqilabi hərəkatda, vətəndaş müharibəsində iştirak edib və Voronej dəmir yolunda çilingər  kimi işləyib.
Anası Mariya Vasilyevna da Zadonskda saatsaz ailəsində dünyaya göz açıb. On uşaq anası olan dindar və evdar qadın çox səxavətli və dözümlü insan idi.
Ata-anasının unudulmaz cizgiləri Platonovun yaddaşında daim yaşayıb gözəl əsərlərdə ortaya çıxacaqdı...

Əzablı yollar
1906-cı ildə valideynləri balaca Andreyi kilsənin ixtiyarındakı məktəbə tapşırırlar. Buranı qurtardıqdan sonra o, şəhər məktəbinə göndərilir. Andrey daim çalışqanlığı, möhkəm yaddaşı ilə irəliyə doğru qəti addımlar atır, lazımlı fənləri dəqiq mənimsəyirdi. Məktəbi bitirdikdən sonra Andrey maşinist köməkçisi olur və ilk dəfə şəkillərini gördüyü mexanizmlə yaxından tanış olur. Daha sonra mexanizm kimi işləyən Andreyin texnikaya marağı daha da artır. Yazıçını hələ irəlidə başqa işlər gözləyirdi: zavodda işçi, kontor qulluqçusu... Bu işlərin hamısı Andreyi həyatın içinə atıb yoğurur, əzir, bərkidirdi... Böyük yazıçının yolu böyük həyatdan keçirdi...

1917-ci il inqilabi hərəkatın və sosial dəyişikliklərin nəticəsində A.Platonov özündə ruh yüksəkliyi tapdı, yaranan ideyalara səmimi qəlbdən inandı.

Texnikaya olan marağı Andreyi ədəbiyyata və tarixə olan həvəsini ortaya çıxardı. 1918-ci ildə Voronej Universitetinin tarixi-filoloji fakültəsinə daxil olan Platonov orda yalnız bir kurs oxuyur və sənədlərini elektrotexnika fakültəsinə təhvil verir. Aradan iki il keçəndən sonra Andrey dəmir yolunda kursant-elektrik kimi işləyir...

 

Vətəndaş müharibəsi illərində dəmir yolunda böyük xidmətlər göstərən Platonov daha sonra yaşadığı bu anları "Gizli adam” povestində yazacaq...

Tanınmış Platonov
Texniki peşəni seçməsinə baxmayaraq, Platonov ədəbiyyat adamı idi. O, heç vaxt yazmağı unutmurdu. Onu həmişə poeziya cəlb edirdi. Andrey artıq Platonov imzası ilə ilk şeirlərini dövri mətbuatda çap etdirirdi. Platonov daha sonra "Dəmir yol” qəzetində katib köməkçisi kimi işləməyə başladı. Qəzetdə işləməyi Platonova məşhurluq gətirdi. Yazıçı dünyagörüşünə yaxın olan insanlarla tanış oldu, onlarla fikir mübadiləsi apardı. Publisistik yazıları böyük diskussiyalara yol açdı. Bu aralar Platonov nəsr əsərləri də yazırdı...

Evlilik
1922-ci ildə Platonov Mariya Kaşinçeva ilə evlənir. Voronejə gələn yazıçı gözəl xəbər gözləyir: Mariya hamilədir. Oğlan uşağını qucağına alanda Platonov çoxdan fikirləşdiyi adı balacaya qoyur: Platon

Texniki işləri davam etdirən Platonov böyük uğurlar əldə edir, eyni zamanda əsərləri ilə ədəbiyyatda öz imzasını təsdiqləyirdi.

Gərgin günlər
İyunda, 1926-cı ildə A.Platonov arvadı Mariya və üç yaşlı oğlu Platonla birlikdə Moskvaya gedir, orda mütəxəssislər evinə köçür. İşlərini bir kənara buraxıb özünü novator mühəndis kimi təsdiq etməyə çalışan Platonov ailəsini Moskvada qoyub Tambora gedir. Amma daxilindəki istedad onu ədəbiyyata sürükləyirdi. Çünki o, ədəbiyyat adamı idi. Tamam yeni üslub, yeni dillə yazan Platonov məşhur əsərlərini çap etdirməkdə idi.

1929-cu ildə ölkədəki siyasi dəyişikliklər nəticəsində mədəniyyət sahəsinə nəzarət gücləndi. Yazıçıların təqibi və həbsi başlandı. "Ehtiyat”, "Şübhəli Makar” hekayələrinin çapından sonra Platonov kəskin tənqidə tuş gəldi. Platonovu fərdi anarxiyaçılıqda günahlandırdılar. Yazıçı məşhur əsəri "Çevenqur”u tamamlamaq üzrə idi. Yeni dünyanın qurulmağı ideyası ilə çıxış edən əsər 1972-ci ildə Parisdə çap olundu. Rus dilində "Çevenqur” yalnız 1989-cu ildə işıq üzü gördü.

1934-cü ilin martında yazıçı böyük bir qrupla Türkmənistana yola düşür. Bu ölkədə keçirdiyi günlər Platonova təsir edir, yazıçını ruhlandırır. "Jan” povesti, "Takır” hekayəsi məhz Türkmənistanda olan yolçuluqda yazılan əsərlərdəndir. Geri dönən yazıçı Sovet Yazıçılar Birliyinə daxil olur. Ancaq əsərlərinə olan təzyiqlər və tənqidlər səngimək bilmir, eyni sürətlə davam edirdi. Bütün bunlarla bərabər, yazıçı daha böyük bir çətinliklə qarşı-qarşıya gəlir: on beş yaşlı oğlu həbs olunur.

Müharibə illəri
Böyük Vətən Müharibəsi başlayanda yazıçını ailəsi ilə birlikdə Ufaya köçürürlər. 1942-ci ilin iyulunda yazıçı "Qırmızı ulduz” qəzetinin savaş müxbiri kimi cəbhəyə göndərilir. Daha sonra müharibə illəri onun əsərlərində təsvir olunur: "İlahiləşdirilmiş insanlar”, "Doğma vətənin sakini” və üç kitab məhz müharibədən bəhs edirdi.

Müharibədən sonra, 1946-cı ildə Platonovun məşhur hekayəsi işıq üzü görür: "Qayıdış”. Hekayə tənqidçilərin kəskin etirazına səbəb olur.

Rusiyanın ən böyük yazıçısı
Yazıçı Konstantin Paustovski Rusiyanın Ədəbiyyat Universitetində müasir ədəbiyyatdan mühazirə oxuyan vaxt tələbələrdən biri əlini qaldırıb bu sualı verir:
- Müəllim, Rusiyanın ən böyük yazıçısı kimdir?
Sual Paustovskini çaşdırır. O, qol saatına baxıb:
- Mən sizə on dəqiqədən sonra Rusiyanın ən böyük yazıçısını göstərərəm... - deyir.
Vaxt amam olanda Paustovski tələbələri pəncərənin qarşısına gətirir.  Soyuq, qarlı bir havada kimsə əlində bellə buzları qırırmış.
Uşaqlar heç nə başa düşmürlər.
- Kimdir bu adam? - Onlardan biri soruşur.
Paustovski həmin adamı işarə ilə göstərərək deyir:
- Baxın, Rusiyanın ən böyük yazıçısı odur: - Platonov.

Son
Son illərdə vərəm olmağına baxmayaraq, yazıçı yazmağa davam edirdi. "Nuhun gəmisi” onun yazdığı son pyes olaraq yaddaşlarda qalır. Pyesin səhnəyə qoyulması uğrunda dəridən-qabıqdan çıxan Platonov buna müvəffəq olmur. Pyes yalnız yazıçının ölümündən sonra tanınır.

Platonov 1951-ci ildə vəfat etdi. Yazıçı heç nəyə önəm verməyərək həyatını ədəbiyyata qurban verdi. Ölümündən sonra dünyaya yeni bir yazıçı gəldi...


Şərhlər: 10
Baxılıb: 492
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sima
maragliydi tşk
4 dekabr 2015 02:42
# 10
23.09 25.09 melek melek melek
Angela7
Bu yazıçı haqqında ilk dəfədir ki, məlumat aldım.
26 noyabr 2015 04:38
# 9
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
vipbetul
maraqli oldu Platonov haqqinda melumat
24 noyabr 2015 18:22
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
guler19
Həmişə belə olur. Öləndən sonra həmin insanın hörməti qalxır. Hər zaman sevdiklerimize sağlığında qiymet vermək lazımdır ki olduklerinnen sonra peşman olmayaq.
24 noyabr 2015 16:41
# 7
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
arzum-aysum
Hec vaxt bu yazıçı barədə məlumatım olmayıb. Xəber üçün təşəkkürlər
24 noyabr 2015 15:56
# 6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Dosta_inam
Sağlığında qiymət vermək lazımdır insanlara, nəinki öldükdən sonra, təşəkkür.
24 noyabr 2015 12:35
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Her zaman bele olub. Boyuk senetkarlarin eserleri olumunnen sonra deyer tapib. Bu bir daha gosterir . Sagliginda insanlara qiymet vermek lazimdir
24 noyabr 2015 10:03
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Roza
Tanimiram bu yazicini.

Tanimiram bu yazicini.
24 noyabr 2015 07:52
# 3
....
evli.mutlu.cocuklu
tanimiram bu yazicini
24 noyabr 2015 07:48
# 2
Grsu
Men rus sektorunu bitirmisem,gozel yazicidir
24 noyabr 2015 07:45
# 1
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz