Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qreys Kelli: Uğurlu aktrisa, stil ikonası və əsl şahzadə
Qreys Kelli: Uğurlu aktrisa, stil ikonası və əsl şahzadə
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 489
Səs ver:
Qreys Kelli 1929-cu ilin 12 noyabrında Filadelfiyada dünyaya gəlib. Nüfuzlu ailənin övladı olan Qreys Ravenhill Akademiyasında təhsil alıb. Aktrisa olmaq arzusu ilə o, 17 yaşında Nyu-Yorka yollanır, müxtəlif müsabiqələrdən keçir. Lakin yeni başlayan aktrisa əsasən, müxtəlif reklamlara çəkilirdi.

Qreys Kelli: Uğurlu aktrisa, stil ikonası və əsl şahzadə

Nyu-Yorkda Amerika Dramatik İncəsənət Akademiyasında öyrəndiklərini o, Broadway teatrında praktikadan keçirir. Hollivudun ona diqqət yetirməsi çox zaman almır və 22 yaşında Qreys Kelli məşhur amerikalı aktyoru Qari Kuperlə yanaşı o zaman olduqca çox sevilən "High Noon" adlı vestern janrlı filmdə rol alır.

Qreys Kelli: Uğurlu aktrisa, stil ikonası və əsl şahzadə
Akademiyada təhsil aldığı vaxtlar aktrisa Herbi Miller, Aleks d'Arsi kimi yaraşıqlı kişilərlə qısamüddətli eşq macərası yaşayır. Aktrisanın növbəti aşiqi onun müəllimi əslən yəhudi olan gənc rejissor Don Riçardson olur. Aktrisanın iki dəfə evli olub boşanmış Klodius Şarl Filiplə münasibətləri isə atasının narazılığı ucbatından baş tutmur. İran şahı Rza Pəhləvi ilə Qreys "Uoldorf Astoriya" otelində tanış olur. Yaraşıqlı şah Qreysin zərifliyinə, gözəlliyinə məftun olur. Qayıtmazdan öncə şah aktrisaya evlilik təklif etsə də, Qreys imtina edir.

Qreys Kelli: Uğurlu aktrisa, stil ikonası və əsl şahzadə
Qreysin ən böyük uğuru tanınmış rejissor Alfred Hiçkokla tanışlıq olur. Hiçkok gözəl aktrisanı bir neçə filmində baş rola çəkir. Bunlar "Moqambo" (1953-cü il) melodramı və dedektiv janrlı "Qətl üçün M-i yığın", "Arxa pəncərə", "Oğrunu tutmalı" (1955-ci il) filmləridir. Sonralar Qreysin Monakoya köçməsi rejissor üçün böyük itki olur.

Qreys Kelli: Uğurlu aktrisa, stil ikonası və əsl şahzadə
Qreysin çəkildiyi sonuncu, "Kübar Cəmiyyət" filmi "Filadelfiya Hekayəsi" filminin musiqili variant idi. Bu filmdə o, füsünkar amma amiranə "Buz Kraliçası" Treysi Lord rolunun öhdəsindən məharətlə gəlir. Qreys cəmi 11 filmdə çəkilsə də, "Oskar", "Qızıl Qlobus" mükafatlarını almağa nail olur.


Monako knyazı III Rene ilə Qreys Kelli 1955-ci ildə Kann festivalı zamanı tanış olur. Knyaz ilk gördüyü andan aktrisaya aşiq olur, sevgi məktublar yazmağa başlayır. Onların toyu tanışlıqlarından 1 il sonra - 1956-cı ilin 18 aprelində knyazla aktrisa evlənir.

Qreys Kelli: Uğurlu aktrisa, stil ikonası və əsl şahzadə
Toy mərasimi iki hissədən ibarət olur. Əvvəl 40 dəqiqəlik təntənəli mərasim keçirilir, növbəti gün isə Nikolas Kafedralında nikah bağlanır. Qreysin gəlinliyini "Oskar" mükafatı laureatı, dizayner Helen Roz hazırlayır.

Qreys Kelli: Uğurlu aktrisa, stil ikonası və əsl şahzadə

Qreys Kelli: Uğurlu aktrisa, stil ikonası və əsl şahzadə
Maraqlıdır ki, "Metro Goldwyn Mayer" studiosunun istehsal etdiyi və kral ailəsində məhəbbət ilişkilərindən bəhs edən "Qu quşu" filmində əslində Qreys şahzadə III Renye ilə münasibətlərinə işarə edirdi. Lakin o zaman onlar arasındakı münasibət hələ ictimailəşməmişdi.
Cütlük toydan sonra Birləşmiş Ştatlara səfər edir və 1957-ci ilin yanvar ayında onların ilk övladları - şahzadə Karolin dünyaya gəlir. Bundan sonra 1958-ci ilin martında onların növbəti övladları, Monako krallığının hazırkı şahzadəsi Albert anadan olur. 1965-ci ilin fevralında isə ailənin sonuncu usağı, şahzədə Stefani doğulur.

Qreys Kelli: Uğurlu aktrisa, stil ikonası və əsl şahzadə

Qreys Kelli: Uğurlu aktrisa, stil ikonası və əsl şahzadə
Qreys asanlıqla kral ailəsinin üzvü olur. Mavi ekrana qayıtmağı bir neçə dəfə nəzərdən keçirməsinə baxmayaraq, şahzadə Renye bu ideyanın əleyhinə çıxır və hətta onun filmlərinin Monakoda nümayiş etdirilməsinə qadağa qoyur.
Monako şahzadəsi olduğu ilk gündən Qreys xeyriyyəçiliklə məşğul olmağa başlayır. Xəstəxanalar, uşaq bağçaları, qocalar evi açır. Rene ilə evlilikdən aktrisanın Karolina, Alber və Stefaniyə adlı övladları dünyaya gəlir. Lakin gərgin evlilik həyatında Qreys təskinliyi şeir deməkdə tapır, 6 il ərzində şeir gecələrində şeir söyləyir.

Qreys Kelli: Uğurlu aktrisa, stil ikonası və əsl şahzadə

Qreys Kelli: Uğurlu aktrisa, stil ikonası və əsl şahzadə
Qreys Kelli bütün zamanların ən parlaq stil ikonalarından biri olub. Onun geyim tərzi, eynəkləri, çantaları, əlcəkləri və stilini tamamlamaq üçün istifadə etdiyi digər aksessuarlar bu gün də ilham mənbəyi hesab edilir. Onlardan biri "Hermes Kelly" çantasıdır. 1890-cı ildə yaradılsa da, bu aksesuar öz adını 60 il sonra alıb. 1956-cı ildə paparatsilərdən hamiləliyini gizlətmək üçün Qreys Hermes-in klassin çantasından istifadə edib və foto populyar Life jurnalında dərc olunub. Elə həmin il Hermes çantası öz əfsanəvi Kelly adını alıb. Müxtəlif ölkələrdə şahzadənin geyimlərindən ibarət sərgilər keçirilib, bir çoxları isə Monako sarayında qorunub saxlanılır.

Qreys Kelli: Uğurlu aktrisa, stil ikonası və əsl şahzadə
1982-ci il 13 sentyabr tarixində aktrisa qızı Stefaniya ilə olduğu maşında qəza törədir. Stefaniyə yüngül zədələrlə canını qurtarsa da, aktrisa ölümdən yaxasını qurtara bilmir. Knyazın razılığı ilə Qreysi süni nəfəs aparatından ayırırlar.
Şahzadənin ölümü bütün Monako üçün ağır xəbər idi. Vəfat edərkən onun cəmi 52 yaşı vardı. Həyat yoldaşının ölümündən sonra knyaz daha evlənmir. Qreys Müqəddəs Nikolas Kafedralının ailə qəbirstanlığında dəfn edilir.


Şərhlər:
Baxılıb: 489
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz