Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Leonardo da Vinci haqqında məlumat
Leonardo da Vinci haqqında məlumat
Göndərən: Pianist lady
Şərhlər: 7
Baxılıb: 1487
Səs ver:
Verokkionun emalatxanasında (1466-1472)
1466-cı ildə, 14 yaşında ikən Leonardo Verokkio adı ilə yanınan rəssam Andrea di Çionenin "Florensiyada ən yaxşı sayılan" emalatxanasında şagirdliyə başlamışdır. Emalatxananın İtaliyanın həmin dövrdəki intellektual mərkəzi Florensiyada yerləşməsi Leonardonun inkişafında böyük rol oynamışdır: o, təkcə humanitar biliklərə yiyələnməmiş, həmçinin rəsmxət, kimya, metallurgiya, metalla, gipslə və dəri ilə işləmə, müxanika və dülgərlik kimi bəzi texniki bacarıqlar əldə etmiş, rəsm və heykəltəraşlıqla məşğul olmuşdur. Emalatxanada Leonardodan başqa Perucino, Lorenso di Kredi, Anyolo di Polo da təhsil alır, Bottiçelli işləyir, oraya tez-tez Girlandayo kimi məşhurlar gəlirdi.

1472-cü ildə 20 yaşlı Leonardo da Vinçi rəssam və həkimlərin gildiyası sayılan Müqəddəs Luka gildiyasında usta təsnifatını əldə etmişdir. Atasının Leonardo üçün emalatxana açmasına baxmayaraq, onun Verokkio ilə bağlılığı bitməmiş və öz müəllimi ilə əməkdaşlığa davam etmişdir.

Leonardonun məlum olan ən erkən işi Arno vadisinin qələm və mürəkkəblə yaradılmış təsviridir. İş 5 avqust 1473-cü ilə aiddir.

Məğlub olmuş müəllim
Verokkionun emalatxanasındakı rəsm işlərinin bir çoxu onun tələbələri tərəfindən görülürdü. Vazarinin yazdığına görə, Verokkionun "Məsihin vəftizi" rəsminin yaradılmasında Leonardo da iştirak etmişdir: gənc rəssama İsa peyğəmbərin geyimini saxlayan mələyi çəkmək tapşırılmışdı. Beləliklə, rəsmdəki 2 mələkdən birini Verokkio, digərini Leonardo yaratmışdı. Vazarinin iddiasına görə, şagirdinin özündən daha güclü olduğunu görən Verokkio fırçasını yerə qoymuş və bir daha rəssamlıqla məşğul olmamışdır.
Təəsüflər olsun ki, müasir günümüzə qədər dahi rəssamın yalnız 15 rəsm əsəri gəlib çıxmışdır. Lakin bu azsaylı rəsm əsərləri onun elmi diaqramlar, cizgilər və rəssamlığın nəzəri əsaslarına aid fikrilərinin əks olunduğu şəxsi əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu oynamışdır.

Qəribəlikləri
İnsan kimi qəribəlikləri də çox idi. O, bazarı gəzir, qazancı çox olmasa da, quş satılan yerlərdə quşları qəfəsdən çıxarar, pulunu ödəyib azad edərdi. Gündə hər saatda on beş dəqiqə olmaqla yatarmış. Yazı tərzi də fərqli imiş. Solaxay olan Leonardo sağdan sola, çox vaxt tərsinə yazırmış və yazdıqlarını yalnız güzgüdə oxumaq mümkün imiş. Bəziləri bunu mürtədlikdə ittiham olunmaqdan qorunmaq, bəziləri ixtiralarının sirrini saxlamaq üçün etdiyini yazır. Sonralar bu manuskriptləri oxumağa müxtəlif alimlər on illər sərf ediblər.

Sfumato
Leonado sənətdə sfumato (italyanca tüstü kimi yox olan) prinsipinin yaradıcısıdır. Bu üsulla çəkilən şəkillərdə rənglər sanki bir-birində həll olunur, dəqiq sərhəd yaranmır. Həyatda olduğu kimi hər şey yayılır, biri digərinə nüfuz edir. Eyni zamanda nəfəs alır, yaşayır, fantaziyaları hərəkətə təhrik edir. O, şəkil çəkərkən qəsdən işlədiyi otağı tüstü ilə doldurardı ki, tüstü burumlarında, topalarda obrazlar tapsın. Məhz sfumato prinsipi nəticəsində Cokondanın parlaq təbəssümü öz təcəssümünü tapdı. O, elə çəkilib ki, şəklə baxanda fokus nöqtəsindən asılı olaraq, Mona Liza bəzən nəvaziş və şəfqətlə gülür, bəzənsə qəzəblə dişlərini qıcırdadır. Əsərin ikinci möcüzəsi odur ki, Mona Liza sanki diridir. Əsrlər keçdikcə onun təbəssümü dəyişir – dodaqlarının qıraqları yuxarı qalxır.

Gülümsə bir az
Nədənsə da Vinçinin bütün rəsmlərində, freskalarında qadınlar sirli bir tərzdə gülümsəyirlər. Bu təbəssüm və yarımtəbəssümləri kişi rəsmlərində də görmək olar. «İsa peyğəmbərin xaç suyuna çəkilməsi» rəsmində Yəhya peyğəmbər xaçı – gələcək çarmıxın simvolunu göstərərək gülür. Madonna Lita qıvrımsaçlı, gələcəyin peyğəmbəri olacaq körpənin üzərinə əyilib gülümsəyir. Mona («madonna» sözünün qısaldılmış variantı) Liza gülür. Onun gülüşü haqqında cildlərlə kitablar yazılıb. Araşdırıcılar bir məsələdə həmrəydirlər: bunlar adi gülüş deyil. Böyük sirləri bilənlərin gülüşüdür.

İxtiraları
Aşağıdakıların Leonardo da Vinçi tərəfindən ixtira edildiyi hesab edilir:
Paraşüt
Velosiped
Tank
Ordu üçün tez qurulan körüpü
Projektor
Katapult
Robot
İkilinzalı teleskop


Şərhlər: 7
Baxılıb: 1487
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
leanorda da vinçini taniyiram resm derslerinden)
kifayet qeder melumatim var idi zaten)
tsklar
5 avqust 2015 18:31
# 7
Don't trust anyone ∆
Catwoman666
Ən məşhur əsərinin Mona Liza olduğunu bilirəm. Bir də çox məşhur bir rəssam olduğu haqqında məlumatım var sadecə. tarixi şəxsiyyətlərin həyatı haqqında maraqlanmaq xoşuma gəlir, amma hal-hazırda nə vaxtım, nə də həvəsim var bu barədə araşdırma eləməyə.

...666...
4 avqust 2015 20:01
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Leonardo da Vinçi ən məhşur rəssamlardan olub və yaratdığı əsərlərdə dünyaca populyarlığını qorumaqdadır. Ən məhşur əsəridə Mona Lizadır. Bu əsər haqqında bir çox fərziyələr var , və hətta hər bir əsərdə hansısa sirrlərin olduğuda iddia edilir.
4 avqust 2015 15:23
# 5
vipbetul
Maraqlı melumat oldu
4 avqust 2015 14:59
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Velosipedi yaratdığınız üçün təşəkkür edirəm hosgeldin yoxsa mən nə sürərdim?
4 avqust 2015 09:49
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Bir ressam olaraq cox beyenirem. Resm eserleri valehedicidir. Sanki onun eserleri resm edilmeyib canili yasalir
4 avqust 2015 09:31
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Ayselina
Mona Liza cox meshur eseridir..haqqinda eser de yazilib "Da vincinin sifresi" sifresi..kitabda Mona liza rəsminin riyazi usullarla ifadesi eks olunub. .Ama her kes kimi mene de Mona Lizanin sifresi muemmali olaraq qalir..cunki kitabda yazilanlar sadece ehtimal olunur..maraqli.oldu menimcn..tesekkurler.
4 avqust 2015 09:29
# 1
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz