Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lüdviq van Beethoven haqqında
Lüdviq van Beethoven haqqında
Göndərən: Pianist lady
Şərhlər: 5
Baxılıb: 1317
Səs ver:
Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biri, Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır. Adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu da olmuşdur. Almaniyanın Bonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir. Bethoven abunəli konsertlər təşkil etməklə, yazdığı əsərləri naşirlərə satmışdır. Bir sıra zəngin insanlardan maliyyə dəstəyi almaqla tam asudə bir şəkildə yazıb yaratmış, heç vaxt saray və ya kilsədə işləməli olmamışdır.

Bethovenin ilk müəllimi atası, Bonn hakiminin saray tenoru Yohan van Bethoven olmuşdur. Sonralar atası Tobias Pifer adlı dostundan oğluna musiqi dərsləri verməsini xahiş etmişdir. Deyilənə görə, atası və müəllimi evə gecə yarı içkili vəziyyətdə dönər və balaca Bethoveni yataqdan durğuzaraq səhər sübhə qədər məşq etməyə məcbur edirdilər.

Bethovenin musiqi istedadı özünü çox erkən yaşlarından göstərməyə başlayır. Bethoven artıq səkkiz yaşında piano ilə yanaşı, orqan və skripka dərsləri də alır. Bonnda Bethovenin formalaşmasında ən böyük rol oynamış şəxs, saray orqan ifaçısı Kristian Gotleb Nife olmuşdur. Nifenin köməkliyi ilə Bethoven özünün ilk əsərini – pianoda variyasiyalarını nəşr etdirir. 1787-ci ildə gənc Bethoven ilk dəfə olaraq dahi Volfqanq Amadey Motsartdan dərs almaq ümidi ilə Vyanaya yollanır. Lakin Bethovenin Motsartla görüşüb-görüşməməsi dəqiq məlum deyildir. Vyanaya gəlişindən cəmi iki həftə sonra anasının xəstələnməsi onu vətənə dönməyə məcbur edir, Bethovenin anası 1787-ci ilin 17 iyulunda vərəm xəstəliyindən vəfat edir. Belə ki, atasının getdikcə içkiyə aludəçiliyi səbəbindən o iki körpə qardaşının qayğılarını öz üzərinə götürür.

1792-ci ildə Bethoven yenidən Vyanaya qayıdır və burada bir müddət Yozef Haydndan musiqi dərsləri alır. Bethoven Motsartla görüşmək, ondan musiqi dərsləri almaq istəsə də, Motsartın bir il öncə vəfatı Bethovenə bu arzusunu həyata keçirməyə imkan vermir. Bu müddətdə Bethoven Yohan Georg Albrextsbergerden (Vyananın tanınmış kontrapunkt ifaçısı və pedaqoqu) və Antonio Salyeridən musiqi dərsləri alır. 1793-cu ildə Bethoven Vyanada mahir pianoçu kimi ad qazanır. Bethoven tədricən o vaxtlar hamının üz tutduğu kilsə və kral saraylarından tamamilə uzaqlaşıb müstəqil fəaliyyətə başlayır. Yaşayışını isə illik təqaüd və ayrı-ayrı əyanların təltif etdiyi mükafatlar, konsert və verdiyi dərslərdən gələn gəlirlə təmin edə bilir.

Bethovenin hamiləri onun musiqisinin vurğunları olsalar da, dahi bəstəkarın qayğılarına çox vaxt etinasızlıq göstərirdilər. Bethoven daha çox qraf Franz Jozef Kinski, Şahzadə Jozef Franz Maksimilian Lobkovits və Karl Aloiz Yohann-Nepomuk Vinsenzlərin himayəsinə bel bağlayırdı. Hamiləri həyatdan köçdükcə və ya sözlərinə dönük çıxdıqca Bethoven borclara düşürdü.

1807-ci ildə şahzadə Lobkovits Bethovenə Kral Teatrında yenicə açılmış bəstəkar postuna müraciət etməsini məsləhət görür, lakin teatr rəhbərliyi dahi bəstəkara cavab məktubu belə yazmır. Bu vaxtlarda Bethoven Vyananı tərk etmək barədə düşünür. 1808-ci ilin payızında ona Vestfaliya kralı Jerom Bonapartın sarayında xor kapellasına rəhbər vəzifə təklif olunur və o bu təklifi qəbul edir.

Dahi bəstəkarın Vyanadan gedişinin qarşısını almaq üçün bəstəkarın dostları Hersoq Rudolfu, Qraf Kinskini və Şahzadə Lobkovitsi bəstəkarı 4000 florin illik təqaüdlə təmin etməyə razı sala bilirlər. Lakin bəstəkara vəd edilmiş təqaüd lazımınca ödənilmir, yalnız Hersoq Rudolf öhdəsinə düşən məbləği sona qədər ödəyir. Qraf Kinski sonralar orduya çağrılır və təqaüdün ödənişini dayandırır və bir qədər sonra həlak olur. Lobkovits isə təqaüdü yalnız 1811-ci ilin sentyabrına qədər ödəyir, bu əyanların xələfləri isə təqaüdün ödənilməsindən tamamilə imtina edirlər. Bethoven əsərlərinin müəlliflik hüquqlarını satmaq və 1815-ci ildən onun üçün ayrılmış cüzi təqaüdlə dolanmalı olur.

Təxminən 1796-ci ildən etibarən Bethoven eşitmə qabiliyyətini yavaş-yavaş itirməyə başlayır. Qulaqlarındakı kəskin cingilti səsləri ona musiqi səslərini ayırd etməkdə maneçilik törətməyə başlayır. Bethoven tədricən insanlardan ünsiyyətdən də yayınmağa başlayır. O bir müddət Vyananı tərk edib Heylingestad adlı şəhərcikdə yaşayır və burada eyniadlı əsərini – "Heylingestad vəsiyyəti" əsərini yazır. O tezliklə bütün çətinliklərə baxmayaraq sənəti üçün yaşamağa qərar verir. Bəstəkarın eşitmə qabiliyəti vaxtaşırı kəskin pisləşir, hətta bununla bağlı mötəbər bir məlumatda bir qeydə də rast gəlmək olar. Doqquzuncu simfoniyasının premyerasının sonunda Bethoven tamaşaçıların atəşli alqışlarını görmək üçün geriyə dönür. Lakin heç nə eşitmədiyini anlayıb hönkür-hönkür ağlamağa başlayır. Eşitmə qabilliyəti onun istedadına heç cür təsir edə bilməsə də, əsas gəlir mənbəyi olan konsertlərinin təşkilini həddən artıq mürrəkkəbləşdirir.

Bethoven konsertləri zamanı səsləri ayırmaq üçün pianosunun səs lövhəsindən asdığı xüsusi çubuqdan istifadə edirdi. Bəstəkarın konsertlərində istifadə etdiyi bu cür köməkçi vasitələr onun Bonn şəhərindəki ev muzeyində nümayiş olunmaqdadır. 1814-cü ildə Bethoven eşitmə qabiliyyətini tamamilə itirir. Tamaşaçılar bəstəkarın uca səslə ifa etdiyi arpesiosunu eşidib biri birlərinə "Ist es nicht schön?" ("Gözəl deyilmi?") deyə heyrətlərini və dahi Bethovenə dərin məhəbbətlərini ifadə edir, onun cəsarət və yumor hissinə heyran qalırdılar.

Bethovenin eşitmə qabiliyyətinin itməsi günümüzə olduqca qiymətli tarixi yazıların gəlib çıxmasına səbəb olmuşdur. Bu danışıq kitablarında bəstəkarın dostları ilə musiqi və başqa mövzularda apardığı müzakirələr əks olunmaqla bəstəkarın düşüncələrini duymaq baxımından olduqca qiymətli mənbə hesab olunur. Müasir günümüzdə belə, bu danışıq kitabları bəstəkarın musiqini necə ifadə etmək və onun sənətə münasibətini öyrənmək baxımından baza-material rolunu oynayır. Bu kitablardan bəziləri sonralar Anton Sindler adlı şəxs tərəfindən ya təhrif edilmiş, ya da tamamilə məhv edilmişdir.


Şərhlər: 5
Baxılıb: 1317
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Bethoven haqqında bir az məluamtım var idi. Uşaqlıdan kar olduğunu bilirdim. Ən məşhur bəstələrindən biri olan "For elise" bəstəsini çox sevirəm.

...666...
11 avqust 2015 17:52
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Beethoven haqqında təbii olaraq məlumatım vardı ancaq onun sonda kar olmasını bilmirdim. Çox gözəl əsərlərin müəllifi olan əsl sənətkardır hansı ki, adını tarixə yazıb..
11 avqust 2015 15:02
# 4
vipbetul
tebiki booyyuukkk senetkar olub Bethoven onun eserleri u gunde sabahda hele gelegey nesillerde isdifade edegey tarixde her zaman yashiyagey
11 avqust 2015 13:09
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
♥ KaMa ♥
hamısını oxumadım haqqında çox məlumat bilirəm əsərlərini ifa etmişəm 1 neçə dəfə utanop
11 avqust 2015 09:52
# 2
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
BARBI
Sevdiyim insanlardandir. Musiqi duyumu cox guclu olub. Bir melumat oxumusdum bethoven anadan gelme otoskleroz olub. Maraqlidir ki o kar olub bu qeder gozel musiqileri necebesteleyib.
11 avqust 2015 07:10
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz