Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ay işığından yaranan tilsimli daş
Ay işığından yaranan tilsimli daş
Göndərən: Fialka
Şərhlər: 21
Baxılıb: 1208
Səs ver:
Yarıqiymətli daşlardan bəlkə də ən qədimi Ay daşıdır. Bu daş qədim zamanlardan bəri həm gözəlliyinə, həm də şəfalı xüsusiyyətlərinə görə, çox sevilib.

Bu dəfə "Mücrü” layihəsində tilsimli olduğuna inanılan Ay daşı haqqında oxuyacaqsınız.

Niyə Ay daşı adlandırıldı?
Bu daş yarışəffaf, narıncı, boz, süd və ağ rənglərdə olur. Açıq çəhrayı, yaşıl Ay daşlarına da rast gəlinir. Göyqurşağı adı verilən növü isə işıqda maviyə çalır.
Ay daşı yataqları daha çox Braziliya, Şri-lanka, Madaqaskar, ABŞ və Türkiyədə aşkarlanıb. Bu daşdan keyfiyyətli  şüşə istehsalında istifadə edilir.  Ay daşı çox erkən mədəniyyətlərdə ləl-cavahiratların hazırlanmasında istifadə edilib.
Romalılar bu daşın Ayın şüalarından yarandığına inanıblar.  Daşa "Ay daşı” deyilməsinin əsas səbəbi onun ağımtıl rəngi və Ayı xatırladan görünüşüdür. Daşa məhz bu adın verilməsinin digər bir səbəbi isə Ayın insanın əhval-ruhiyyəsinə etdiyi təsiri artırdığına inanılmasıdır. Ay gecələr göründüyü üçün eşqin, romantikanın simvolu hesab edilir. Elə buna görə də, Ay daşı eşqi təmsil edir.


Roma və Yunanıstanda Ay tanrısının barmağında məhz  Ay daşından hazırlanan üzük təsvir edilib.

Müqəddəs olduğuna inanılıb
Qədim zamanlarda bu daşın səyahətçiləri  mühafizə etdiyinə inanılıb.  Sehrli və tilsimli olduğu düşünülən Ay daşı ilə bağlı ən çox əfsanə Hindistanda yayılıb. Bu ölkədə Ay daşı müqəddəs hesab edilib. Onun  sevgililəri daha ehtiraslı etdiyini düşünüblər.
Ərəblər üçün də Ay daşı xüsusi əhəmiyyət kəsb edib. Ərəb qadınları bu daşın ana olmaq qabiliyyətini artırdığına inanıblar. Hindlilər isə yuxuların çin çıxması üçün hələ də Ay daşından istifadə edirlər. Sevgini qüvvətləndirdiyi üçün o, ailə daşı hesab edilib. Hindistanda, Ərəb ölkələrində və Şri-Lankada qadınlar hamilə qalmaq üçün gecə paltarlarına və ya yastıqlarına Ay daşı ilişdiriblər.
Tarix boyu Ay daşından ən çox qadınlar istifadə ediblər. Ancaq onun şəfalı xüsusiyyətlərindən yararlanmaq istəyən kişilər də bu daşa müraciət ediblər.


İndiki dövrdə də Ay daşı öz populyarlığını qoruyub saxlayıb. Belə ki, ən cazibədar Hollivud ulduzları, müğənnilər Ay daşının tilsiminə inanırlar. Ona görə də, onlar mücrülərində Ay daşından hazırlanan heç olmasa bir neçə boyunbağı, üzük saxlayırlar. Qırmızı xalıda göz qamaşdırmaq istəyən ulduzlar tez-tez Ay daşının sehrli qüvvəsindən istifadə edirlər.

Kristin Stüartın onu məşhurlaşdıran "Alatoranlıq” filmində istifadə etdiyi üzük xüsusilə diqqət çəkmişdi. Pop ulduz Rihanna isə dəvətlərdən birində iri Ay daşlı üzükləri ilə stilini vurğulamışdı. Naomi Uats, Adriana Lima, Ledi Qaqa da daxil olmaqla onlarla ulduz bahalı almaz və ya brilyant əvəzinə məhz Ay daşından hazırlanan zinət əşyalarına üstünlük verirlər.


Hansı bürcə şans gətirir?
Ay daşı astrologiyada ruhu təmsil edən Ay planetinin daşıdır. Ay xərçəng bürcünün planeti olduğu üçün Ay daşı bu bürcün insanlarına uğur gətirir. Oxatan bürcünün yaradıcı ruhunu zirvəyə qaldırır, Balıq bürcünün isə həssaslığını artırır.
Ruh və bədən sağlamlığı üçün əsl şəfa mənbəyi
Ay daşı insana şəfa vermək baxımından ən güclü daşlardan biridir. Ay daşının faydaları elm adamlarının da diqqətini çəkib. Araşdırmalar nəticəsində məlum olub ki, bu daşla bağlı xalq arasında yayılan şayiələrin çoxu doğrudur. Ay daşı həqiqətən də insanı bir çox təhlükələrdən mühafizə etməyə qadirdir.

1.Ay daşı mənfi enerjə qarşı qalxan funksiyasını yerinə yetirir.
2. İnsana həyat sevgisi aşılayır.
3.Yuxuların yaddaşda daha aydın qalmasını təmin edir. Yuxuları çin etdiyinə inanılır
4.İmunitet  sistemini qüvvətləndirir.
5.Böyrək xəstəliklərinə qarşı təsirlidir.
6. Toxluq hissi verir. Buna görə də arıqlamağa kömək edir. Pəhriz saxlayanlar bu daşdan hazırlanan boyunbağı taxa bilərlər.
7.Qadınların menstruasiya zamanı üzləşdikləri problemləri aradan qaldırır. Menstruasiya tsiklinin nizamlı olmasını təmin edir. Aybaşı zamanı yaranan ağrı və şişkinliyin qarşısını alır
8. Əzələ, qıç, kürək ağrılarını aradan qaldırır.
9. Doğuş sancısını yüngülləşdirir.
10.Hüceyrələrin yenilənməsini təmin edir, yaşlanmağa qoymur.
11.Bəd nəzərdən qoruyur.
12. Eqodan və özünü bəyənmişlikdən qaynaqlanan əsəbi, kini-küdurəti aradan qaldırır.
13. İnsanın daha tez ünsiyyət qura bilməsini təmin edir. Altıncı hissi qüvvətləndirir.
14. Cütlüklərin bir-birlərinə bağlanmasını təmin edir. Ehtirası artırır.
15.İnsanın stressdən və gərginlikdən xilas olmasına kömək edir.
16.Sakitləşdirici xüsusiyyətə malikdir.
17. Qadın sonsuzluğuna qarşı təsirlidir. Ana olmaq ehtimalını artırır. Cinsiyyət orqanlarının xəstəliklərindən qoruyur.
18.Hormonları tarazlayır. Süd vəzilərinin daha çox işləməsini təmin edərək südü artırır. Ona görə də körpəsini əmizdirən qadınlara tövsiyə edilir.
19.Zoba faydalıdır.
20. Maddələr mübadiləsini sürətləndirir, həzmi asanlaşdırır.
21. Hissiyatı gücləndirdiyi üçün meditasiya ilə məşğul olanlar onu çox sevirlər.
22.Həkimlər və tibb bacıları yanlarında Ay daşı gəzdirsələr, xəstələrini daha tez sağlada bilərlər.
23.Ay daşını bitkilərin yanına qoyanda onların daha sağlam və uzunömürlü olduğuna inanılır.
24.Bəzi ölkələrdə Ay daşının qisməti açdığına inanılır. Bu daşı taxan şəxs qarşı cinsi maqnit kimi cəlb edir.
25. Ay daşı insana şans gətirir.

Daşın təsirini artırmaq üçün nə etməli?
O, çox fərdi bir daşdır. Bu daşa sadəcə sahibi toxunmalıdır. Başqa bir adam toxunduğu təqdirdə mütləq daşı təmizləmək lazımdır. Ay daşından hazırlanan zinət əşyalarını təmizləməyin ən yaxşı üsulu onları hematit daşlarının olduğu qabın içərisində saxlamaqdır. İri Ay daşları isə hər istifadədən sonra axar suyun altında yuyulmalıdır. Daşın təsirini artırmaq üçün bütöv Ay olan gecələrdə  onu Ay işığının altında saxlamaq lazımdır. Onu da qeyd edək ki, Ay daşını ancaq gümüşlə haşiyəyə almaq olar. Yəni, bu daşla bəzədilən qolbaqlar, sırğalar, üzüklər  gümüşdən hazırlanmalıdır. Əks təqdirdə daş öz təsirini itirər. Daşın təsirini hiss etmək üçün onun bədəninizə toxunması şərtdir. Daşın bədəninizə təmas etməsi üçün boyunbağı və qolbağa üstünlük verə bilərsiniz.
Ay daşı digər qiymətli daşlarla müqayisədə daha kövrəkdir. Ona görə də onu diqqətli şəkildə mühafizə etmək lazımdır.

 

 

 

 

 

 

 

 

 



Şərhlər: 21
Baxılıb: 1208
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gaye
Sitat: Minnow
Çox gözəldir

suuupeeer
5 iyul 2015 03:06
# 21
C+G=∞♥
Leylican
ferqlidiler
her birini coxxx beyendimm elaa
3 iyul 2015 15:18
# 20
SEBR....
Mrs.Pianist
Gozeldirler
2 iyul 2015 19:43
# 19
Acısı çox olan qizların guluşu gozel olur.!
Catwoman666
aaaa ne maraqlidiirrrr. kas ki mende de bu ay dasindan olardi. ferqli daslari cox sevirem
2 iyul 2015 17:11
# 18
"All men must die, but we are not men"

Daenerys Targaryen
Baharim ol
Gozel goruntusu var.Onun eslini tapmaq lazimdir.ama hardan?
2 iyul 2015 12:10
# 17
Ama yenede
WiRiN BaLaM
İsdifadə etmirəm bu daşdan... ama gözəldir.
2 iyul 2015 01:59
# 16
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
wenikmurik
heyifki bu dawdan hecneyim yoxdu
1 iyul 2015 23:49
# 15
Bugunume wukr!
FISTIK
Ne gozeldi goruntusu var. Adida qəşəngdir amma indirici gelmedi.)
1 iyul 2015 20:17
# 14
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
aLoNe AnGeL
mende isteyireemm 18
1 iyul 2015 20:04
# 13
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
BARBI
Haqqinda oxumaq maraqli oldu. Bu dasdan uzuyum var
1 iyul 2015 19:34
# 12
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aliceWOnDer
Bu dasi gormusdum, amma melumatim yox idi..
1 iyul 2015 18:30
# 11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
teri meri
eçitməmişdim məlumatım oldu təşəkkür görünüşü də gözəldir
1 iyul 2015 18:24
# 10
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
qanadli melek
Maraqli melumatdi dawin gornuwude gozeldi
1 iyul 2015 18:16
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
GünƏşimƏ_AiD_
Bu dashdan Mende Bar atam kerbaladan getirmisdi mene.klon idi.coc beyendim
1 iyul 2015 18:15
# 8
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
ALESSANDRA
vayy bee
çox qesengiler
21
maraxli melumatdi tsk
1 iyul 2015 17:58
# 7
Don't trust anyone ∆
ell.nell
Aksesuarlardada gozeldi faydası kimi.....
1 iyul 2015 17:57
# 6
sadecə mən
Olduğca maraqlı məlumat idi.Ay daşı haqqında eşitmişdim, ancaq bu qədər məlumatlı deyildim.Təşəkkürlər.
1 iyul 2015 17:47
# 5
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Aydan Habili
Cox gözəldir bilmirdim amma çox gözəl gorsenir
1 iyul 2015 17:43
# 4
vipbetul
maraqli melumat oldu
1 iyul 2015 17:42
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
cinqosh
Aksesuarlarda qaş çox gözəl görünür.sevdim.Təşəkkür məlumatlar üçün.
1 iyul 2015 17:40
# 2
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Tomris Müslümova
Çox maraqlıdır adının mənası aksessuarlara isə söz ola bilməz əladı
1 iyul 2015 17:31
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz