Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tarixin utancverici sınağı - 7 yaşlı körpə öldü
Tarixin utancverici sınağı - 7 yaşlı körpə öldü
Göndərən: cinqosh
Şərhlər: 22
Baxılıb: 1342
Səs ver:
İnsanın qorxularının anadangəlmə yoxsa sonradan qazanıldığını araşdıran psixoloq John B. Watsonun sınaq obyekti olaraq seçdiyi balaca Albert 7 yaşında həyata gözlərini yumdu.

John Watson və asistantı Rosalie Rayner tamamilə sağlam olan 8 aylıq Albert üzərində anasının razılığını alaraq mərhəmətdən uzaq bir sınaq keçirirlər. Albertin anası xəstəxanaya gələrək hər dəfə ana südünü sataraq körpəsini saxlıyırmış və imkansızlıq ucbatından belə bir sınaq keçirilməsinə razılıq verir.

Əvvəlcə uşağa kiçik duyğusal testlər edilir. 8 aylıq körpəyə ağ siçan, dovşan, yanan kağız parçaları, yumşaq tüklü oyuncaqlar göstərilir. Körpə heç bir qorxu hissi yaşamadan gördüyü hər şeyə gülümsəyir.

Sonra Alberti boş bir otağa salıb yataqdan başqa heç bir şey qoymurlar. Otağa ağ siçan buraxılır. Uşaq heç bir qorxu hissi olmadan siçanla oynamağa başlayır.

Bundan sonra sınağın ən qorxuducu anları başlayır. Otağa yenidən ağ siçan buraxılır. Lakin bu dəfə körpə hər əlini siçana vuranda kənardan iki dəmir çəkici bir-birinə vuraraq rahatsız edici və qorxuducu səslər çıxarırlar. Təbii ki, Albert qorxur və ağlamağa başlayır. Səslər kəsilən kimi Albert də sakitləşir və yenə siçanla oynamağa davam edir. Yenə həmin səslər çıxarılır və uşaq qorxudan ağlayır. Bu işgəncə uzun müddət davam etdirilir.

Bu sınaq bir neçə gündən sonra yenə də təkrarlanır. Artıq bu qorxu körpənin hafizəsinə yeridilir. Bir-birinin ardınca körpəyə siçan, dovşan, tüklü oyuncaqlar, tüklü maskalar göstərilir. Və bununla da Albert tüklü bir şey görən kimi qorxudan ağlamağa başlayır.

Elmin böyük bir uğuru sayılan bu sınaq qorxunun insanlarda anadangəlmə deyil, sonradan qazanıldığını sübut etsə də, balaca Albertin psixi vəziyyətini ağırlaşdırır. Ən dəhşətlisi isə odur ki, sınağı keçirən bu elm adamları uşağa heç bir psixoloji kömək etmədən onu xəstəxanada qoyub gedirlər.

İllər sonra psixoloq  Hall P. Beck tərəfindən uşaq üzərində araşdırma aparılmış və məlum olmuşdur ki, bu keçən illər ərzində Albert ağ və tüklü şeylərə fobiyalı insan olaraq sağlıqsız bir həyat sürmüş və 7 yaşını qeyd edə bilmədən beynində su toplanmasına görə həyatını itirmişdir.

 

 

 

 



Şərhlər: 22
Baxılıb: 1342
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sucan
bu kecmisde olub dehset idi
15 iyul 2015 20:48
# 22
VIP
Allahım necə ürəyləri gəlirmiş belə bir sınaga Allah cəzanızı versin yazıg körpə aglamagım gəldi
15 iyul 2015 20:20
# 21
Başımın üstündə Allah,yanımda ailəm olsun.
NeL
Anayada baxe
15 iyul 2015 14:07
# 20
Denizimm
vayyy dehwet
14 iyul 2015 20:19
# 19

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Fialka
Heç bir səbəb övladın sınaq obyektinə çevrilməsinə bəhanə sayılmamalıdır. Elm adamları hansısa nəyisə öyrənmək üçün insanın canını heçə sayırsa əsl qatil elə onlardır..
14 iyul 2015 19:48
# 18
lelos
daş tepenize yaziq uşaq necede qorxub
14 iyul 2015 15:31
# 17
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
ulduz
das dussun tepenize ha belesi ..olan usaqa olub .pis qansiz vicdansiz insanlar,,korpe gor nece qorxub e ,,menim oglum ses esidende goyerene bkimi agliyir qucaqda sakitlesir gor usaq ne cekib orda ..ananin da qansizligina bax ey az sen
14 iyul 2015 14:45
# 16
Luna-90
Bu haqda melumatim varr baxmisam
14 iyul 2015 14:36
# 15
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Aysun2014
Ne bilm vallah heyatda nece insan adi dasyan mexluqlar var
14 iyul 2015 14:31
# 14
Leylican
ncnnccn dehsetdi eyy Allah belalarini versin! bir dene sinaga gore....anasi gerek icaze vermezdi
14 iyul 2015 14:15
# 13
SEBR....
WiRiN BaLaM
ay Allah dehsetdi oxuduqca üreyim ağrıdı insanlar nece qeddar olar hələ ana deyilən məxluqa bax özü kef cekmekden ötrü yazıq günahsız korpeni güdaza verib.Allah cezalarını versin.
14 iyul 2015 14:11
# 12
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Nergizz
dehwetdi,bele elm adami olar? cox pis oldum ,,
14 iyul 2015 14:08
# 11
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
vipbetul
Allah cezalarin versun bu cur ozlerini elm adami adlandiran cahillerin
14 iyul 2015 14:00
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
neri
oxuduqca dehsete geldim anaya bax sen kul basina usagina ziyen veritler sen dur bax mc nc

oxuduqca dehsete geldim anaya bax sen kul basina usagina ziyen veritler sen dur bax mc nc
14 iyul 2015 12:51
# 9
Sert
ell.nell
Gunah anasındadı ki icazeni verib...
14 iyul 2015 11:49
# 8
qanadli melek
Insanliqdan uzaq hereketdi,neteri urekleri gelib o korpeye onu ede bilibler
14 iyul 2015 11:17
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
...AdaDunyam``
Sitat: Dosta_inam
Allah belanizi versin, Vallah qeribe oldum oxuduqca, o usagin ahi sizi ele tutar ki, hec bir care tapilmaz derdinize, anayada baxee nece gore gore razi olub bu cur qorxunc sinaga, Allah korpelerimizi pis insanlarin emellerinden qorusun Amin.


Amin
14 iyul 2015 11:08
# 6
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
efsane..
edenlere elm adamlari yox cinayetkar demek lazimdi vehsilikdi
14 iyul 2015 09:57
# 5
BARBI
Off oxuduqca deli oldum. Bu qeder qeddarliq olarmi ilahi . Anasi gerek sikayet ederdi elm adamlarini
14 iyul 2015 09:32
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
guler19
Of çox pis oldum belə sınaqlardan heyvanlardan qurtarıblar düşüblər kasıbların uşaqlarına hələ axırıncı şəklə baxe mən qorxaram ondan qalmış uşaq qorxmaya. ALLAH bəlanızı versin Görüm sizin cəzanızı ALLAH cəhənnəmə saxlamasın elə bu dünyadada versin amin.Balaca Albertədə ALLAH rəhmət eləsin.
14 iyul 2015 09:03
# 3
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Dosta_inam
Allah belanizi versin, Vallah qeribe oldum oxuduqca, o usagin ahi sizi ele tutar ki, hec bir care tapilmaz derdinize, anayada baxee nece gore gore razi olub bu cur qorxunc sinaga, Allah korpelerimizi pis insanlarin emellerinden qorusun Amin.
14 iyul 2015 08:43
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aziz a
Oxuduqca, etim urpendi, Allah basiniza das salsin, bu qeleti elediz, elediz, hec olmasa sonda komekde ederdiz.....
14 iyul 2015 05:19
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz