Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Otto fon Bismark
Otto fon Bismark
Göndərən: -__MOONLIGHT__-
Şərhlər: 9
Baxılıb: 431
Səs ver:
Şenhauzenli «vəhşi» mülkədar.

Knyaz Otto Eduard Leonald fon Bismark – Şenhauzen Avropa Napaleon hakimiyyətinə son qoyduğu ildə anadan olmuşdur. Gənc yaşlarından siyasi və diplomatik vəzifələr arzulayırdı. Qarşıdakı maneələr isə çox vaxt əcnəbilər olurdular. Həm də Bismarklər nəsillikcə hərbçi idilər. O da hərbçi olmadığına görə peşman idi və bu işdə professor ailəsindən olan anasını təqsirləndirirdi.

Əvvəl Gettingen , sonra Berlin universitetlərində hüquq elmini öyrəndikdən sonra diplomatik idarələrə müraciət etdi. Lakin «dayağı» olmadığına görə qəbul edilmədi. 1839-cu ildə Pomeraniyadakı mülklərini idarə etməyə başladı və bu sahədə böyük müvəffəqiyyətlər əldə etdi. Artıq 40-cı illərdə Bismarkın formalaşmış siyasi baxışları var idi. O, tələbə dövründəki yarım-respublika baxışları ilə xudahafizləşmiş və möhkəm əqidəli monarxist olmuşdu. Möhkəm xarakteri, kəskin və bəzən kobud hərəkəti ilə fərqlənirdi. Tez-tez duelə çıxırdı. Həm də möhkəm ov həvəskarı idi. Əhatəsi onu «vəhşi mülkədar» adlandırırdı. Heç nə onun diplomat olduğundan xəbər vermirdi. Lakin, onda buna lazım olan xarakterlər: insan xülyasına nifrət, böyük iradə, məqsədə çatmaq üçün vasitələrin fərqinə varmamaq və fiziki dözümlülük var idi. 1847-ci ildə Landstaqda «ehtiyat» vəkil kimi iştirak edən Bismark kralı ən kəskin şəkildə müdafiə edən şəxs oldu. 1848-ci il inqilabi zamanı kral hakimiyyətini elə ciddi- cəhdlə müdafiə etməyə başladı ki, kral özü onunla rastlaşmaqdan çəkinirdi. Artıq, inqilab zamanı onun öz qüvvəsinə inam, demokratik hərəkata nifrət, parlament «boşboğazlığına» nifrət, rəqibin qüvvəsini dəqiq hesablamaq kimi xarakterlər meydana gəldi. Hələ ilk Birləşmiş Landstaqda hay-küy salan müxalifətin üzünə sakit halda demişdi: «Mən anlaşılmaz çıxışlar içərisində arqumentlər görmürəm».

1851-ci ildə Frankfurt - Maynda yerləşən Birləşmiş Seymdə Prussiyanın nümayəndəsi təyin ediləndə o bir həqiqəti dərk etdi, Almaniyanın birləşməsi qaçılmazdır. Bu həm iri torpaq sahiblərinin, həm alman burjuaziyasının, həm də ümumiyyətlə, alman xalqının mənafeyinə uyğun gəlirdi. Alman dövlətləri üzərində hegemonluğa nail olmaq məsələsində onun qarşısında ən böyük maneə Avstriya idi. Diplomat kimi o yaxşı məktəb keçdi. Özü demişkən 8 il Frankfurtda, bu «Birləşmiş Seymin tülkü yuvasında» o bütün diplomatik hiyləgərliklərə yiyələnmişdi. Rəqibləri Metternix məktəbini keçmiş Avstriya diplomatlarından çox şey öyrəndi. Əvvəl Rusiyada, sonra Fransada Prussiyanın nümayəndəsi olan Bismark bu ölkələrin xarici siyasətini dərindən öyrənmək imkanı əldə etdi.

Onu çox vaxt Taleyranla müqayisə edirdilər. Ancaq bu düzgün deyildir. Taleyran satqın idi. Şəxsi müvəffəqiyyəti onun üçün əsas idi. Bismark isə satılmaz idi. Avropa ölkələri nə qədər onu ələ almaq istədilərsə, bacarmadılar. Taleyranın əsas silahı mahir diplomatik intriqa idi. Bismark da bundan istifadə edirdi, amma yeri gələndə möhkəm iradəsi ilə rəqiblərini iflic edirdi. Taleyran hiyləgər idi, Bismarkda da  bu keyfiyyət var idi, lakin bəzən sadə və açıq da danışırdı.

Elə anlar olurdu ki, hirslənib özündən çıxırdı. Özünün dediyinə görə kralla mübahisə edəndə əsəbiləşmiş, qapının əlcəyini qopararaq əl-üz yuyana elə çırpmışdı ki, o qəlpələnib yerə tökülmüşdü.

Bismarkın ən böyük siması onun tükənməz iradəsi idi. O, öz iradəsini həm müttəfiqlərinə, həm də rəqiblərinə eyni dərəcədə qəbul etdirə bilirdi. Vəzifədə olduğu müddətdə dəfələrlə monarxla  münaqişəyə girmişdi. O, əksər hallarda imperatoru fakt qarşısında qoyurdu. Əgər imperator onun dediyini qəbul etmirdisə istefa ərizəsi yazırdı. Vilhelm axırı güzəştə getməyə məcbur olurdu. Bismark siyasi fəaliyyətində mətbuata arxalanırdı. O, mətbuatı sevmir, hətta ona nifrət edirdi. Bir dəfə o, qəzeti nəşriyyat rəngi ilə korlanmış «kağız vərəqi» adlandırmışdı. Buna baxmayaraq qəzetin nüfuzunu başa düşür və ondan daima bir silah kimi istifadə edirdi.

 1.  «Zamanın böyük məsələləri dəmir və qanla həll olunur
Almaniyanın birləşmə zərurətini Bismark gənc yaşlarından başa düşmüşdü. Onu da dərk edirdi ki, Avropada əlverişli beynəlxalq şərait olmasa bunu həyata keçirmək mümkün olmayacaq. Qərb dövlətləri Prussiyadan öz məqsədləri üçün istifadə etməyə çalışır, ona Avropada ikinci dərəcəli dövlət kimi baxırdı. Bismark Prussiyanın qərbpərəst siyasətinin əleyhinə idi. O, belə hesab edirdi ki, Fransa, İngiltərə,Avstriya ilə ittifaqda Rusiyaya qarşı çıxış etməklə Prussiyanın güclü dövlətə çevrilməsi xəyaldır. O, Rusiya ilə hətta qalibiyyətli müharibənin əleyhinə idi. Deyirdi ki, Prussiyanın torpaqlarının Rusiyanın hesabına genişləndirilməsi ölkəyə böyük siyasi zərbə vura bilər. Bismark deyirdi ki, Prussiya 2 dəfə Almaniyanı birləşdirmək imkanını əldən vermişdi. Birincisi, 1848-ci ildə Pruss ordusu inqilabı yatırarkən bunu edə bilərdi, ikincisi isə Krım müharibəsindən sonra İtaliya uğrunda mübarizədə Avstriyanı yox Fransanı müdafiə edib Avstriyanı zəiflədə bilərdi və təbii ki, Almaniyanın birləşməsi qarşısında olan bu maneə aradan qalxa bilərdi. Beləliklə, 1859-cu ildə Bismarkın Avstriya ilə qəti mübarizə aparmaqla, Rusiya ilə münasibətləri yaxşılaşdırmaq imkanı qəbul edilmədi. Hökumət xarici işlər naziri vəzifəsinə Bismarkın namizədliyini rədd etdi.

1861-ci ilin əvvəlində I Vilhelm Prussiya taxtına çıxdı. O, köhnə qayda ilə təbəqələrinin ona and içməsini tələb etdi. Konstitusiyaya əsaslanaraq nazirliklər buna etiraz etdi. Prussiyanın hərbi naziri general Roon onu təcili Peterburqdan çağırdı. Prus hərbiçiləri onu baş nazir vəzifəsinə ən yaxşı nümayəndə hesab edirdilər. Kral ilə nazirlər arasında razılıq əldə edilmişdi. Bir az keçdikdən sonra onun vaxtı gəlib çatdı. 1862-ci ilin payızında Prussiyada siyasi böhran baş verdi. Hakim dairələr krala Konstitusiyanı ləğv etməyi məsləhət gördülər. Vəziyyət elə çətinləşmişdi ki, Kral taxt-tacdan imtina etmək qərarına gəlmişdi. Onda hərbçilər «vəhşi yunkeri» Prezident-nazir vəzifəsinə irəli sürdülər. Onlar deyirdilər ki, yalnız o, «güclü əl» ilə landstaqı susdura bilər. 1862-ci il sentyabrın 23-də onu əvvəl Prussiya Nazirlər Kabinəsinin tərkibinə daxil etdilər, iki həftədən sonra isə Prezident-nazir vəzifəsinə təyin edildi. Vəzifəyə təyin ediləndə o çıxış edərək bildirdi: «Almaniya Prussiyanın liberalizminə yox, onun gücünə baxır. Zamanın böyük məsələləri parlament çıxışları və qətnamələri ilə deyil, dəmir və qanla həll olunur.». Bununla o, gələcək siyasi fəaliyyətində gücə arxalanacağını bəyan etdi. O, siyasi və diplomatik müvəffəqiyyətin əsasını bunda görürdü.

 2. Almaniyanın taleyini həll edən böyük «üçlük»
Bismark 28 il Prussiyanın, sonra isə Almaniya imperiyasının siyasətinə rəhbərlik etdi. Onu hakimiyyətə hərbiçilər gətirmişdilər və o, landstaqa, siyasi partiyalara deyil, krala və hərbi müşavirələrə arxalanırdı. Prussiyanın hərbi naziri Albrext fon Roon, baş qərargahın rəisi Helmut Moltke və Bismark,  Prus kralının əli altındı yaradılmış bu «üçlük» Prussiyanın, Almaniyanın siyasi həyatında mühim rol oynamağa başladılar. Bismark başa düşürdü ki, bu şəxslər olmadan onun siyasəti müvəffəqiyyət qazanmayacaq.

Bismark hansı vəzifədə olduğundan aslı olmayaraq Almaniyanın birləşdirilməsi planından əl çəkmirdi. Bu məsələdə Rusiyanın bitərəfliyini əldə etdikdən sonra o, Şlezviq və Qoldşteynin Danimarkadan ayrılaraq Alman İttifaqına daxil edilməsi planını həyata keçirməyə başladı. İngiltərə çığır-bağırdan savayı bir şey edə bilmədi. Fransanın başı Meksikadakı müharibəyə qarışmışdı. Avstriya isə Prussiya ilə birgə çıxış etməyə məcbur oldu. Az vaxtda Danimarka məğlub edildi. Lakin Bismark başa düşürdü ki, Avstriyanı birləşmə hərakatından sıxışdırıb çıxarmalıdır. Rusiya Avstriyanın zəifləməsini istəyirdi. Fransaya isə ərazi güzəşti vəd edən Bismark onun bitərəfliyinə nail oldu. 1866-cı ildə Sadovo yaxınlığında Avstriya ordusu darmadağın edildi. Müvəffəqiyyətdən başı gicəllənən Moltke Vyanaya hücum etmək istəyirdi. Kral da onun tərəfində idi. Bismark başa düşürdü ki, hücumu genişləndirsə, bu iri dövlətləri qıcıqlandıracaq və əldə etdikləri də puça çıxacaq. Ona görə müşavirə zamanı həm krala, həm də hərbçilərin planına qarşı çıxdı. Böyük müqavimətlə rastlaşan Bismark dəlicəsinə çığıraraq, öz istefasını tələb etdi. Onun bu hərəkətindən qorxuya düşən kral və müşahidəçilər ona güzəştə getməyə məcbur oldular.  

Fransa Şərqdə güclü, birləşmiş Almaniyanın yaranmasını  istəmirdi. Prussiyanın başçılığı altında Şimali Alman İttifaqı yarananda bu təhlükə reallığa çevrildi. Fransa Avstriya ilə danışıqlara başladı və müvəffəqiyyətsizliyə uğradı. Baş qərargah səbrsizlik göstərirdi. Bismark hərbiçilərə başa salırdı ki, hazırlıqsız müharibə məğlubiyyətə gətirib çıxarar.

1870-ci ilin yayında Prussiya hərbi cəhətdən müharibəyə hazır idi. İndi bəhanə lazım idi. Bəhanə boşalmış İspan taxt-tacına namizəd üstündə Fransa ilə Prussiya arasında mübahisə oldu. Kral Vilhelm Bismarkın irəli sürdüyü namizədə qəti etiraz etdi. Lakin «üçlük» kralı inandırdı ki, Prussiyanın mənafeyi bunu tələb edir. Buna baxmayaraq kral  Fransa nümayəndələri ilə danışığa başladı. Bismark qəzəbləndi.  Danışıqların hesabatı ona gəlib çatanda «üçlüyün» razılığı ilə mətndə dəyişiklik edildi. Hesabatın «ruhundan» əsəbiləşən III Napaleon Prussiyaya müharibə elan etdi. Bismark istədiyinə nail oldu. Hərbi əməliyyatlar nəticəsində nəinki Fransız ordusu məğlub oldu, hətta Fransa imperatoru Sedanda əsir düşdü. Moltkenin bir gözü Bismarkda idi. Qorxurdu ki, 1866-cı ildəki kimi, qələbədən sonra sülh danışıqlarına başlasın. Bu səfər isə Bismark hərbiçilərin ləng hərəkət etməsindən narazı idi. O, başa düşürdü ki, sürətlə Parisə hərəkət etməsələr, bitərəf ölkələr işə qarışa bilərlər. İndiyədək Bismarka adi zabit kimi baxan hərbçilər müşavirədə qərara gəldilər ki, «belə müharibədə hərbi və diplomatik rəhbərlik əl-ələ verib fəaliyyət göstərməlidirlər». Məhz, Bismark da hərbi maraqla, siyasi marağı birləşdirmək istəyirdi.

Fransada genişlənən partizan hərakatı Bismarkın planını pozdu. O, Fransa üzərində böyük qələbə qazanmaq istəyirdi, amma qorxurdu ki, bu qələbə «Pirr qələbəsi» nə çevrilə. Ona görə Pyer hökuməti ilə sülh danışıqlarına başladı.

1871-ci il yanvarın 18-də Versalda, XIV Lüdovikin güzgülü zalında, məğlub edilmiş rəqibin gözü qarşısında Alman imperiyası yarandı. Prussiya kralı Almaniya imperatoru elan edildi. Bismark arzusuna çatdı. 1871-ci il fevralın 26-da Fransa sülh müqaviləsini imzalamağa məcbur oldu. Müqaviləyə görə Fransanın Elzas və Lotaringiya əyalətləri Almaniyaya keçdi. Bismark Fransa əyalətlərinin Almaniyaya keçməsinin siyasi nəticəsini də dərk edirdi. Bu gündən etibarən Fransa Almaniyaya düşmən kəsiləcək. Gələcəkdə bununla hesablaşmaq lazım gələcəkdi.

3.     «Siyasət – mümkün olan haqda elmdir»
Pyer hökumətinə Frankfurt sülh müqaviləsini qəbul etdirdikdən sonra Bismark millətçi və hakim qüvvələrin sevimlisinə çevrildi. Alman burjuaziyası öz keçmiş liberallığından çox yüngülcə əl çəkərək «sevimli» sinin ardınca getməyə başladı. Hələ dünənə qədər Pomeraniyalı «vəhşi» mülkədarın üsullarının əleyhinə çıxan burjuaziya indi Almaniyanın «dəmir qapıları» ilə fəxr edirdi. Çünki, o alman burjuaziyasının milli tələbini yerinə yetirmişdi.

Alman imperiyasının daxili və xarici vəziyyəti, onun gənc kanslerinin əhvalı əla idi. Bu dövrdə Bismark deyirdi: «Mən darıxıram. Böyük işlər başa çatmışdı, imperiya yaranmışdı. O, bütün xalqlar tərəfindən tanınmış, ona hörmət göstərilir». Əlbəttə, bu zarafat idi. Vəziyyət heç də kanslerin təsvir etdiyi kimi deyildi. Almaniyanın böyük imperiyaya və güclü sənaye dövlətinə çevrilməsi, onun rəqiblərinin, düşmənlərinin sayını artırmışdı. «Dəmir kanslerin» ömrünün qalan hissəsi bu münasibətləri Almaniya üçün təhlükəsiz vəziyyətə gətirməyə sərf olundu.

Fransa ilə münasibətləri gərgin olan Almaniya Rusiya ilə yaxınlaşmaq istəyirdi. Bismark eyni zamanda Avstriya ilə Fransanın ümumi dil tapmasına maneçilik törətmək istəyirdi. O deyirdi: «Siyasət – mümkün olan haqda elmdir». Söyləyirdi ki, «nə qədər ki, İngiltərə dərk etməyib ki, Avropada onun yeganə müttəfiqi Almaniya ola bilər, Rusiya ilə mehriban münasibətlər bizim üçün çox qiymətlidir». O, eyni zamanda İngiltərə ilə Rusiyanın arasını vurmaq istəyirdi. Rusiya Türkiyə ilə müharibədə Balkan keçidini keçəndə, çara inadkarlıqla məsləhət görürdü ki, İstanbulu ələ keçirsin. Eyni «məsləhəti» o İngiltərəyə də etmişdi. Belə hesab edirdi ki, İngiltərə ilə Rusiyanın münasibətləri gərginləşsə o, Almaniyadan möhkəm yapışacaq. Bir dəfə o, Alman imperiyası üçün ideal beynəlxalq vəziyyəti belə təsvir etmişdir : «Beynəlxalq vəziyyət elə olmalıdır ki, Fransadan başqa bütün iri dövlətlərə Almaniya vacib lazım olsun, belə ki, Almaniyaya qarşı ittifaq yaratmaq mümkün olmasın. Məhz, iri dövlətlər arasında olan ziddiyyətlər üzərində Almaniya Avropadakı siyasət binasını ucalda bilər». Alman diplomatiyası bu ziddiyyətləri gerçəkləşdirmək üçün az iş görmədi.

Almaniya  imperiya olduqdan sonra hakim dairələr, xüsusilə  iri burjuaziya müstəmləkə işğalı ilə maraqlanmağa başladı. Bismark beynəlxalq siyasi vəziyyəti bəhanə edərək bunun əleyhinə çıxırdı. Müstəmləkə işğalının tərəfdarlarına o deyirdi: «Sizin Afrika xəritəniz yaxşıdır, lakin mənim Afrika xəritəm Avropada yerləşir. Burda Rusiyadır, Burda Fransa, ortada isə biz yerləşirik» . Yalnız 1884-cü ildən etibarən Bismark işğal siyasətini müdafiə etməyə başladı. Onu, beynəlxalq aləmdə İngiltərənin qarşısını almaq cəhdi, bir də Alman kapitalının maraqları bu işə vadar etdi. İri kapital hər şeydən çox öz mənafeyinqi güdürdü. Məhz bu, sonralar Bismarkın onlara ehtiyatla yanaşmasına səbəb oldu.

Ömrü boyu  İngiltərəni ittifaqa cəlb etmək istəyən Bismark, 1889-cu ildə bunu bacarmadığını etiraf etdi. Həmişə özgə əli ilə vuruşmağa öyrəşmiş İngiltərə buna getmədi. Artıq Bismark nəinki Avropa dövlətləri ilə çəkişirdi, o, həm də 1888-ci ildə hakimiyyətə gəlmiş imperator II Vilhelm ilə mübarizə aparırdı. Bismarkın gənc kayzeri görməyə gözü yox idi. Haqlı olaraq onu lovğa, özündən razı, siyasətdən başı çıxmayan adam hesab edirdi. Əvvəlki imperator ölmüşdü. Moltkeni getməyə məcbur etmişdilər, indi növbə onun idi. Sakit getmək onun xarakterinə uyğun gəlmirdi. Axıra qədər mübarizə apardı. Müqavimət göstərmək mümkün olmayanda 1890-cı ilin martında istefa verdi. İstefaya getdikdən sonra da dinc oturmurdu. Yerinə gələnlərə xəbərdarlıq edirdi: Rusiya ilə münasibətləri yaxşılaşdırın, İngiltərə ilə ilə işgüzar münasibətlərə getməyin.

Bismark öz siyasi vəsiyyətində Almaniya üçün təhlükənin olduğunu bildirirdi: Almaniya heç vaxt Rusiya ilə hərbi münaqişəyə getməməlidir. Almaniyanın mənafeyi bunu tələb edirdi.

O, ömrünün axırına kimi təmsil etdiyi siniflərin, alman xalqının mənafeyinə xidmət etdi. Ona görə də alman millətinin daimi sevimlisinə çevrildi.


Şərhlər: 9
Baxılıb: 431
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
heç tanımırdım bu insanı
tşk Adaşım)
17 iyun 2015 20:25
# 9
Don't trust anyone ∆
aLoNe AnGeL
zehmet cekmisize bu qeder yazmisiz tewekkurler heart
17 iyun 2015 13:10
# 8
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Catwoman666
hec tarixden bu adam haqqinda bir melumat oyrenmemisem
16 iyun 2015 19:36
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
tarixi bilmek yaxsidir tarixde iz qoyanlarin baresinde bilmek daha yaxsidir
16 iyun 2015 16:50
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
He oxumusam bu haqda tekrar oxumaq maraqli oldu,cox sagol...
16 iyun 2015 14:53
# 5
Kadın derin ama adam yüzme bilmiyor...
ell.nell
Dəmir və Qanla Almaniyanı-Prussiyanı birləşdirəcəm deyən Bismark.Tarix muəlliməsi kimi xəbərim var bu şəxsiyyətdən
16 iyun 2015 10:51
# 4
Fialka
Oxumaq maraqlı oldu öz bacarığıyla tarixdə iz qoyan şəxsiyyətlərdən olub , təşəkkür.
16 iyun 2015 09:51
# 3
BARBI
Bu sexsiyet haqda oxumusdum. Tarixde iz qoyanlardandir
16 iyun 2015 09:33
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Bunu tarixden bilirem
16 iyun 2015 06:31
# 1
SVETA
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz