Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kübrabəyim Әliyeva haqqında
Kübrabəyim Әliyeva haqqında
Göndərən: Nazlı_qız
Şərhlər:
Baxılıb: 526
Səs ver:
Azәrbaycan Respublikasının Əməkdar artisti Kübra Әliyeva 1949-cü il yanvar ayının 5-dә Gәncә şәhәrindә anadan olmuşdur. M.A.Әliyev adına Azәrbaycan Dövlәt İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirmişdir. Bir müddәt Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi fәaliyyәt göstәrmişdir. Kübra Әliyeva Musiqili Komediya Teatrında "Qızıl toy" tamaşasında Ballı, "Sevgilimin anası"nda Gülbadam, "Mәşәdi İbad"da Sənəm vә.s. yadda qalan obrazlar yaratmışdır.

Kubra Әliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Akademik teatrda Ponsiya ("Dişi canavar "), Nazilə ("Dəlilər və ağıllılar") , Hayqanuş ("Hökmdar və qızı") , Qaraqoyunlu ana ("Ağqounlular və Qaraqoyunlular") , Firəngiz ("Ah,Paris… Paris!..") , Ana ("Eloğlu") vә.s. obrazları özünəməxsus peşəkarlıqla ifa etmişdir. Aktrisa televeziya tamaşalarından o dövrdә böyükdәn kiçiyә hamı tanıyıb, sevib. Mәn Kübra xanımı "Evləri köndələn yar" televiziya tamaşasındakı obrazı ilә tanımışam. Fikirlәşirәm ki, bazarkom Nadirin xanımı rolu elә bil Kübra xanım üçün yazılıbmış. Başqa heç kim onun kimi gözәl ifa edә bilmәzdi.

Bundan әlavә Kübra xanım "Analar" tamaşasında Zәrbuta qaynana obrazını, "İtkin gəlin" Xәdicә, "Sabiqlər" Nazirin arvadı, "Sonuncu məhəbbət" Ümbülnisə teletamaşalarında iştirak edib. Kübra xanımı hәr oynadığı obrazı gözәl ifa edib.  Kübra Әliyeva Azәrbaycan kinosunda da öz sözünü demiş aktrisalarımızdandır. Onun "Axırıncı aşırım", Güllәlәnmә tәxirә salınır", "Canavar balası"," Sonuncu mәhәbbәt", " Şahid qız", "Şirbalanın mәhәbbәti", " Tam mәxfi", " Mәhәllә" vә.s. filmlərdə ifa etdiyi rollar tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanmışdır. Aktrisa 2006-cı ildən Prezident təqaüdçüsüdür. Kübra xanım bir neçә ildi xәstәlikdәn müalicә alır. Teatrdan çıxdığını vә çox yorulduğunu yazıb. Şair demiş, insanlara saglığında qiymәt verməliyik .Mən saytımız adından Kübra xanıma cansağlığı, uzun ömür arzulayıram. Azәrbaycan tamaşaçıları üçün yaratdığı, bir birindәn gözәl obrazlara görә ona ürəkdən tәşәkkür edirik.


Şərhlər:
Baxılıb: 526
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz