Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nigar Rəfibəyli və Rəsul Rza
Nigar Rəfibəyli və Rəsul Rza
Göndərən: Qlamurr
Şərhlər: 13
Baxılıb: 767
Səs ver:
Nigar Rəsula, Rəsul Nigara çoxlu şeirlər həsr ediblər. Amma Rəsul
Rzanın Nigara 1957-ci ildə, toy axşamlarından 20 il keçərkən
səfərdən- Moskvadan yolladığı bir teleqram da qalır və o teleqram elə
bil ki, şeir kimi şeydir.
«Nigar, əzizim!
İyirmi il əvvəl, boranlı bir fevral günü biz səninlə əl-ələ verib həyatın mürəkkəb, çətin yollarına çıxdıq. Bu iyirmi il boyunda bütün sınaqlardan keçib mətanəti sarsılmayan ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti soyumayan mərd əllərin üçün sağ ol! Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən ömrümü səninlə bağlayar, həyatın daha çətin yollarında, tərəddüdsüz səninlə əl-ələ verib gedərdim. Qoy üç sevimli balamızın sevinc və səadəti gələcək günlərimizi bəzəsin. Qoy məhəbbətimizin hərarəti onları hər cür fırtanalardan qorusun. Vəfa və sədaqətin qarşısanda baş əyirəm».

 Nigar Rəfibəyli- Neyləyim (Həyat yoldaşı Rəsul Rzaya)
Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır vaxtsız solur neyləyim?
 
Nərgizlərin gözü yaşla dolanda
Bənövşələr baxıb qəmgin olanda
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur neyləyim?
 
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır neyləyim?
 
Tez gələsən, bəlkə əlac verəsən
Sünbüllərin saçın yığıb hörəsən
Çiçəkləri gəlib özün dərəsən
Yolda qalib baxışları neyləyim?
 
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır neyləyim?


Şərhlər: 13
Baxılıb: 767
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Canavar sevgisi
"Ala gozlum " Akif islamzade mu weire bestelenmiw mahnini oxuyub . En cox sevdiyim mahnidir:)
21 iyun 2015 22:36
# 13
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Catwoman666
taniyiram bunlari yeni edebiyyatdan kecmisik. Anar da ogullaridi
21 iyun 2015 20:49
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
Yasəmənlər saçın yolur neyləyim?

Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır neyləyim?

Tez gələsən, bəlkə əlac verəsən
Sünbüllərin saçın yığıb hörəsən
Çiçəkləri gəlib özün dərəsən
Yolda qalib baxışları neyləyim?


qeşeng şeirde kaş hamımız bele sevib sevilek 128
21 iyun 2015 16:29
# 11
Don't trust anyone ∆
vipbetul
yaxsidi
21 iyun 2015 16:22
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Təsirlidir çünki insana xoş təsir edir ki, illər sonrasında da yenə xoşbəxtsən və peşman deyilsən ..Şeir isə sevdiyim mahnının sözləridir..neyləyək ayrılıqda ölüm qədər acı verə bilər ancaq alınan nəfəs təsəlli ola bilər yalnız..
21 iyun 2015 15:13
# 9
yarpaq33
Hatdadi indi bele sevenler sevib wer yazanlar
21 iyun 2015 14:30
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Bele gozel sevgilere hesed apariram. Her kese qismet olsun insallah
21 iyun 2015 13:53
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
WiRiN BaLaM
çox gözəl seirdi

mektubda menali setirlerden ibaretdi bele sevgi indi hardaydi
21 iyun 2015 13:06
# 6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Baharim ol
Her qadin erinin her erde qadinini bele sevsin.Seir cox tesir eledi
21 iyun 2015 12:51
# 5
Ama yenede
Tomris Müslümova
resul rzani cox beyenirem hele orta mekteb dovrunnen seiri cox beyendim
21 iyun 2015 10:54
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Qeweng weirdi,Resul Rzanin yazdiqi mektubda cox menalidi
21 iyun 2015 09:41
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
aziz a
Bu seire musiqide var ,cox gozel mahnidi.Ela xeber idi tesekkur.
21 iyun 2015 09:02
# 2
Qelbim doludu !!!!
Happy
Sheir lap indi ki halimi gorsedir. Chox gozel sheir idi.
21 iyun 2015 07:47
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz