Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tarixdə iz qoyan 10 əfsanəvi qadın casus
Tarixdə iz qoyan 10 əfsanəvi qadın casus
Şərhlər: 11
Baxılıb: 861
Səs ver:
10) Mata Hari - Almaniya
Əsl adı Marqarita Zelle olan Mata Harini I dünya müharibəsi dövründə almanlar öz sıralarına alıblar. Fransa kəşfiyyatı onun almanlar üçün çalışdığını öyrənəndən sonra ona Almaniya əleyhinə işləməyi təklif edib. Zelle bu təklifi qəbul edibmiş kimi görünürmüş. Lakin fransızlar ona güvənmədiklərindən sınamaq üçün onu Belçikadakı 6 fransız casusun yanına göndəriblər. Bir müddət sonra həmin 6 nəfərlik qrup almanlar tərəfindən aşkarlanıb və güllələnib.
 
9) Stefani Culianna Hohenloh - Almaniya
Hitlerin ən önəmli casuslarından olan Hohenloh təhsili və kübarlığı ilə ingilis elitasında yer qazanaraq, siyasi kabinetdən olan önəmli şəxslərlə dostluq edib. Seksual cazibəsindən, gözəlliyindən istifadə edərək nasistlərə önəmli bilgilər verməyə nail ola bilib. II dünya müharibəsi bitəndən sonra Londonda artıq lazımsız birinə çevrilən Stefani Culianna ABŞ-a köçüb. Burada isə Hitlerin psixoloji portretini təsvir edən bir kitabın yazılışında iştirak edib.
 
8) Elizabet Bentli - SSRİ
II dünya müharibəsi dövründə ABŞ-dakı ən uğurlu sovet casuslarından biridir. Nasistlər haqqında ABŞ-ın əldə etdiyi bilgiləri SSRİ-yə göndərib. Lakin sonradan sevgilisi öldükdən və SSRİ-dəki bütün kontaktlarını itirdikdən sonra ABŞ-da olan 150-yə yaxın sovet casusunu satıb.
 
7) Lona Kohen - SSRİ
Kommunist partiyasının üzvü olan Kohen müharibədən sonra İngiltərəyə köçüb. Daha sonra isə ingilis ordusunun hərbi sirlərini SSRİ-yə göndərən casus komandasının bir üzvünə çevrilib. Lakin casusluğu ifşa olunduqdan sonra 20 il həbs cəzasına məhkum edilib. 1969-cu ildə iki ölkə arasındakı casus mübadiləsində SSRİ-yə verilib və burada "Qızıl bayraq” mükafatına layiq görülüb.
 
6) Violette Szabo - İngiltərə
Violettenin gözəlliyi, zəkası və qısa ömrü onu əfsanəyə çevirib. Parisdə doğulan amma İngiltərəyə köçən Violette ərinin ölümündən sonra ingilis xüsusi xidmət orqanlarına işləməyə başlayıb. Burada təlim aldıqdan sonra fransızların II dünya müharibəsi sırasında yaratdıqları dirəniş hərəkatına qoşulub. Almanlar tərəfindən əsir alınan Violette 1945-ci ildə güllələnib.
 
5) Virciniya Hal - İngiltərə
İngiltərə casusu olan Virciniya fransız dirəniş hərəkatında alman faşistlərinə qarşı önəmli əməliyyatları yerinə yetirib. Hətta iki il polis mühasirəsində yaxasını ələ verməyib. 1930-cu ildə bir ayağını itirdiyindən təkayaq casus kimi tanınıb.
 
4) Kristina Skarbek - İngiltərə
Polşalı Starbek II dünya müharibəsinin ən uğurlu casusu sayılır. Bir çox gizli qaynaqlara yol tapan Skarbek Polşa, Fransa, Misir və Macarıstanda xeyli uğura imza atıb. Əsas şöhrətini isə iki ingilis casusunu alman gestaposundan xilas edəndən sonra qazanıb. Lakin müharibədən sonra həm öz ölkəsi, həm də İngiltərə tərəfindən unudulub, 1952-ci ildə öldürülüb.
 
3) Nansi Veyk -Yeni Zellandiya
II dünya müharibəsi başlayanda Nansi Fransada jurnalist işləyirdi. Fransız dirəniş hərəkatında könüllü kuryerlik edən Nansinin başı üçün gestapo milyonlar vəd etmişdi. Bir əməliyyat zamanı alman əsgərini əlləriylə boğub öldürüb. Müharibədən sonra 5 ölkə onu müharibənin ən güclü casusu elan edib.
 
2) Brita Tot - Danimarka
Əzilzadə bir ailədən olan Tot 1442-ci ildə İsveç kral ailəsinin bir üzvü ilə evlənib. 10 il sonra Danimarka ilə İsveç müharibəyə başlayınca Tot ölkəsi üçün casusluq edib. İsveç ordusunun hər addımını ölkəsinə ötürüb. İfşa olunduqdan sonra Tot İsveç kralı tərəfindən ağır bir cəzaya məhkum edilib, öldürülmədən uzun bir müddət xüsusi hazırlanmış divara asılıb. Daha sonra əfv edilən Tot Danimarkaya verilib.
 
1) Melia Norvud -SSRİ
Melita Norvud İngiltərədə bir dövlət məmuru olub. Nüvə araşdırmaları mərkəzindən bir sıra önəmli sənədləri ələ keçirdiyini öyrənən sovet KQB-si 1940-ci ildə Norvudu casusluğa cəlb edib. Soyuq müharibənin önəmli illərində Norvud İngiltərənin bir çox sirlərini SSRİ-yə çatdırıb. Lakin qəribə də olsa onun heç bir əməli ingilis xüsusi xidmət orqanları tərəfindən aşkara çıxarılmayıb.


Şərhlər: 11
Baxılıb: 861
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aysu Tagızadə
Qadınlar həm zərif,həm güclü,ağıllı varlıqlar..Nansi Veyk ən bəyəndiyim oldu..Əlləriylə əsgər boğub öldürüb...Vau...
17 noyabr 2015 12:39
# 11
Mrs.Pianist
Qadınlara bax sen
22 avqust 2015 15:44
# 10
Acısı çox olan qizların guluşu gozel olur.!
VIP
Qadınlarda fərasətə bax.
21 avqust 2015 20:26
# 9
Başımın üstündə Allah,yanımda ailəm olsun.
sadecə mən
Qadınların casus olması daha əlverişli olar,kişilərə nisbətən.Çünki onlar daha inandırıcı olur.
21 avqust 2015 20:13
# 8
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Dosta_inam
Bu cur qadinlar da var tarixe adin yazdiran.
21 avqust 2015 17:40
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
xeyalperest
Heri qadinlarr yene biz
21 avqust 2015 16:10
# 6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Catwoman666
Casus qadınları sevirəm)) tək kişilər yox, qadınlar da casusluq edə bilər.

...666...
21 avqust 2015 15:58
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
evveli isdi olsada sonlari soyuq olub taninmiyib qiymetlendirilimeyibler
21 avqust 2015 14:56
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Maraqlı məlumatlardır , casusluq görünür qadınlarda daha yaxşı alınıb beləcə tarixə öz adlarını yazıblar.
21 avqust 2015 14:12
# 3
BARBI
Bele qadinlarimizda var. qadinlar casusluqda hiylegerlikde cox gucludur. Heqiqeten qurur menbeleridir
21 avqust 2015 09:26
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Bele xanimlarda var imiw heyatda
21 avqust 2015 09:17
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz