Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pianonun tarixi
Pianonun tarixi
Göndərən: tek umidim sen
Şərhlər: 10
Baxılıb: 709
Səs ver:
Piano dəstəkli bir çalğı alətidir. Onun adı italyan dilindən keçmişdir, mənası piano — «sakit» deməkdir.

Pianoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər.

Piano iki formada mövcuddur:
* Royal
* Piano

Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eyndiir.

Piano aşağıdakı komponentlərdən ibarətdir:
— Gövdə və dayaqlar (ağacdan): gövdə konstruksiyası, titrəyidici və səsboğucu
— Akustik qurğu
— Tellər (metaldan)
— Titrəyidici (ağacdan): tellərin titrəməsi ilə gücləndirilir
— Səsboğucu (ağacdan),
— Gövdə (metaldan): onun üzərində tellər və onların gərilməsini qəbul edilir (16–25t arasında yük)

Fortepianonun dizaynı royal və pianinonun birləşməsindən götürülüb. İtalyanca mənası isə «forte» — möhkəm, piano isə«səssiz» deməkdir.
Fortepiano bizim eradan əvvəl XVIII əsrdə yaranıb, Avropa mədəniyyətini təmsil edib. O, simli alətlər sırasına orta əsrlərdə daxil olub.

Yaranan ilk simli alət isə klavikord idi. Klavikord quruluşuna görə fortepianoya bənzəyir. Fərq ölçüdə və səsdə idi. Onun səsi yumşaq və bəm idi. Ona görə də bu alətdə bir neçə insan ifa edə bilərdi. Daha sonra musiqi aləminə klavesin daxil oldu. O, XV əsrdə, İtaliyada icad olunub. Onun səsi qu səsi kimi aram-aram və zəifdir. Ona görə də bu alətlə böyük zallarda konsert vermək mümkün deyil.

Klavesinin simləri royalda olduğu kimi dillərə paralel yerləşib. Simli-dilli alətin üçüncü variantı spinetdir. O, 4 oktavalı, 2 klavialı kiçik klavesini xatırladır. Onun dizaynı o qədər gözəldir ki, evdə bəzək əşyası kimi istifadə edilir. XVIII əsrdə bəstəkar və musiqiçilər yeni alətə tələbat duymağa başladılar. Çünki kiçik alətlərin səs diapozonu onları qane etmirdi. Bu arzu italyan musiqi alətləri ustası Bartolomeo Kristofori tərəfindən 1709-cu ildə reallaşdı. O, kiçik alətləri birləşdirib, ilk fortepianonu yaratdı. İlk fortepiano çox sadə dizaynda idi. Onun nə dempferi, nə də pedalları vardı.


Alət dəbə gəldiyi zaman onunla ilk musiqi — rokoko (1752-1775) ifa olundu. Daha sonra Klementi və Motsartın sonatası meydana gəldi. Klassikanın populyar olduğu dövrdə fortepiano ansambl və orkestrlərdə də dəyişiklik yaratdı və fortepiano solo ifa edən alətlər sirasına daxil oldu. Fortepiano klassikaya romantizm və hisslərin emosiyasını gətirdi. Bu alət Bethovenin, Listanın, Sumanın və Şopenin yaradıcılığında əvəzsiz rol oynadı. Lakin fortepianonun gəlişi ilə klavesin dəbdən düşmədi. Onun incə səsini böyük konsertlərdə eşitmək olar.

Fortepianoya qulluq
Alətin mexanizmi və hamar korpusu tez korlandığından onun xüsusi qulluğa ehtiyacı var. Fortepianonun materialı hidroskopik olduğundan o, nəmi özünə tez çəkir və alət şişir. Ona görə də onu +18 – +25 dərəcədə saxlamaq lazımdır. Nəmlik isə 42% — 50% olmalıdır. Aləti pəncərə və qapı kənarında yerləşdirmək olmaz. Onu küləkdən qorumaq lazımdır. Fortepianonu qışda, küçədən evə gətirərkən o, temperatur dəyişikliyinə məruz qalır. Ona görə də aləti 1 sutka ərzində, taxta quruyana kimi silib və ya qapağını açmaq olmaz. Dəmir simləri isə quru, məxmər əski ilə silmək lazımdır. Fortepianoya düzgün qulluq etmədikdə, onun səs tembri dəyişir.


Şərhlər: 10
Baxılıb: 709
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
OYY piano menim yarali yerimdi hemise pianina mellimesi olmaq istemisem . ancaq evdekiler ali tehsil teleb edir..en sevdiyim musiqi aletidi evdede vaxt olduqca sopenden mozartdan eserler çalıramm..xebere görede tşk
19
8 aprel 2015 19:36
# 10
Don't trust anyone ∆
emis
pianino haqqinda bilirdim cunki 7 il ders almisam bu il bitirirem calada bilirem eserler mahnilar ve s. ona gorede haqqinda az cox melumatim var tesekkurlr
8 aprel 2015 15:26
# 9
Qlamurr
Piano haqda bu qədər məlumatım yoxuydu,maraqlı oldu))kaş ki,çala da bilərdim.
təşəkkür
7 aprel 2015 18:26
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
vipbetul
musiqi tehsili aldiqimdan bunlari bilirdim
7 aprel 2015 16:48
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Piano da gozel aiddi. Skripkamdaan sonra amma)))amma o hem de musiqiden aslidir. Ele musiqi var ki orda piano cooxx gozel seslenilir insana zovq verir
7 aprel 2015 15:53
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
hec bir melumatim yox idi indi bildim
7 aprel 2015 14:28
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Zeynep_Fatih
Men ifa ede bilirem))
7 aprel 2015 12:52
# 4
meni_gozle
Piano sevdiyim aletdi heyf ki ifa ede bilmirem ama cox oyrenmek isteyirem
7 aprel 2015 10:15
# 3
BARBI
men de pianonu cox sevirem onla calinmis ifalar sanki insani basqa aleme aparir
7 aprel 2015 09:05
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Piano ən sevdiyim musiqi alətlərindən biridir, haqqında isə bu qədər məlumatlı deyildim yəni sözün mənası, kim tərəfindən kəşf edilməsi və s. maraqlı oldu.
7 aprel 2015 05:25
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz