Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rəsul Rza-nın həyatı və yaradıcılığı
Rəsul Rza-nın həyatı və yaradıcılığı
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 1375
Səs ver:
Həyatı
Rəsul Rza 1910-cu il may ayının 19-da Azərbaycanda anadan olmuşdur. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumuşdur.
Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri (1939), Azərbaycan Kinematoqrafiya naziri (1945-48), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-75), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-81), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-75), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964 ildən), olmuşdur.
1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır.

Yaradıcılığı
Rəsul Rzanın "Bu gün" adlı ilk şeri 1927-ci ildə "Qığılcım" almanaxında (Tiflis) dərc olunmuşdur. İlk şerlərindən Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb etmişdir.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratdı ("Vətən" (1942), "İntiqam! İntiqam…" (1943) şer kitabları, "Ölməz qəhrəmanlar" (1942), "Qəzəb və məhəbbət" (1943) hekayə və oçerk topluları, "Vəfa" (1943) pyesi və s).
Bədii cəhətdən ən güclü əsərlərindən biri "Lenin" poemasıdır.
60-cı illərdə Rəsul Rza, yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri gücləndi ("Şerlər" (1959), "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965) şer kitabları). "Qızıl gül olmayaydı" (1958-61), "Bir gün də insan ömrüdür", "Xalq həkimi" (1961) poemalarında insanpərvərlik ideyaları əks olunmuşdur. "Rənglər" (1962) silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsi ilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da ("Dünən, bu gün, sabah" (1973), "Güneylər, quzeylər" (1977), "Üzü küləyə" (1979) kitabları) əsas mövzusudur.

Uşaqlar üçün də yazmışdır ("Balacaların şəkilli təbiət ensiklopediyası" seriyasından kitabçalar). Ədəbi-tənqidi və publisistik məqalələri oçerkləri var ("Mənim fikrimcə" kitabı, 1967).
Nizami Gəncəvinin "Xosrov və Şirin", Esxilin "Zəncirlənmiş Prometey" əsərlərini, V.Mayakovskinin şer və poemalarını, Nekrasovun "Rus elində kimin günü xoş keçir" poemasını, H.Lonqfellonun "Hayavata haqqında mahnı" poemasını, C.Q.Bayron, A.S,Puşkin, H.Heyne, M.Y.Lermontov, T.Q.Şevçenko, Ş.Petöfi, A.Blok, Nazim Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə müasir Asiya və Afrika şairlərinin əsərlərini Azərbaycan dilinə çevirmişdir. Əsərləri bir sıra xarici dilə tərcümə edilmişdir. Bir çox şerlərinə musiqi bəstələnmişdir

R.Rzanın "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Poemanın əsas mövzusu Müşfiqin həyatı və taleyidir. Bununla belə,R.Rza öz qəhrəmanının nümunəsində ümumiyyətlə 30-cu illər cəmiyyətinin faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb göstərmişdir. Poema lirik-epik səpkidə yazılmışdır. Əsər müəllifin nakam şairimiz Müşfiqin həyat yoldaşı Dilbər xanımla söhbəti şəklində başlanır. R.Rza təhkiyənin bu formasını əsərin sonuna qədər davam etdirir.
Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir


Şərhlər: 10
Baxılıb: 1375
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aysel Tatli
RESUL RZA HAQQINDA BILIRDIM YAZICI ANARIN ATASIDIR
8 mart 2015 22:35
# 10
vipbetul
biliklerimizi yenilemek lazimdi
8 mart 2015 21:45
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
leyla_258
resul rizannin ne qeder seirlerini oxumusam....
7 mart 2015 23:44
# 8
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ece uslu
bu haqda edebiyyat dersinden melumatim vardi
7 mart 2015 23:11
# 7
ayshen
Resul Rzanin heyat ve yaradiciligi haqqinda melumatim vardi.. Telebe vaxti Anarin( p.s.. Resul Rzanin oglu Anar Rzayev : Anam Nigar, atam Resul- Anar=)) )"Sizsiz"adli xatire- romanini oxumushdum.. Orda yazici hem atasi, hem de anasi Nigar xanim haqda xatirelerini qeleme alib, olduqca maraqli xatirlerdi.. Resul Rza xanimini coooox boyuk mehebbetle sevib.. Hetta onlar dunyalarini deyishende de bir birinin ardinca dunyadan kocubler...
1981- ci ilde aprelin 1 - de Resul Rza , iyulun 10- da Nigar Refibeyli dunyalarini deyishibler...
Teshekkurler xeber ucun...
6 mart 2015 13:08
# 6

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....
Tomris Müslümova
oeta mektebde kecmisdik heyat ve yaradiciligini...tekrar olmagi yaxsi oldu
6 mart 2015 12:27
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Xəbərin başlığında Rza sözü səhv yazılıb...birdə Rəsul Rza Göyçayda anadan olub,sərbəst vəzndə ardıcıl yazıb-yaradan şair və ictima xadim olubdur.Yazıçı Anarın atasıdır..
6 mart 2015 11:38
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Rəsul Rza haqqında məlumatım var, yaradıcılığını bəyənirəm, Allah rəhmət eləsin
6 mart 2015 10:15
# 3
lili)
bilirdim cox sevdiyim sairlerdendi
6 mart 2015 08:14
# 2
BARBI
Edebiyyat dersinde haqqinda cox oxumusam cox sevirem resul rzani
6 mart 2015 08:08
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz