Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xalq artistimiz Aygün Bayramovanın həyatı haqqında
Xalq artistimiz Aygün Bayramovanın həyatı haqqında
Göndərən: ruzgargulum
Şərhlər: 12
Baxılıb: 4521
Səs ver:
Xalq artistimiz Aygün Bayramovanı yaxından tanıyaq görəyin nələrdən keçib gəlib həyatında nələr olub gəlib səhnəyə.
1970-80-ci illərdə Ağdam rayon pioner və məktəblilər evinin fəaliyəti hamını heyrətdə qoya biləcək yüksək səviyədə idi.Respubilka,ümumittifaq və Beynaxalq səviyyəli müsabiqə və festivallardan ali mükafatlarla qayıdan kollektiv üzvləri hamının sevimlisinə çevrildi.1970-ci illərin əvəllərində yaranan ""Qarabağ bülübülləri""ansambılı az bir zaman ərzində dünyaya səs saldı.Bu ansambılın yaradıcısı və rəhbəri olan Murad Rzayev tez-tez rayondaxili festival və baxışlar təşkil edərək istedadlı uşaqları kollektivə cəlb edirdi.1977-ci ildə ansambılın tərkibinə daxil edilən 10 yaşlı Aygün adlı bir qız elə ilk ifası ilə hamını valeh etdi.Səsindəki məlahət,yanğı adamın ürəyini titrədirdi.Kövrək ifa tərzi Şövkət Ələkbərovanı,Rübabə Muradovanı,Fatma Mehralıyevanı xatırladırdı.Elə ilk ifadan sənətsevərlərin hamısının ürəyində bu qızcığazın gələcəyinə yaranan böyük ümid az bir zaman içərisində özünü doğrultdu.Səkkiz il ""Qarabağ Bülbülləri""ansanmblının üzvü olan Aygün bu ansamblda böyük sənət məktəbi keçməklə yanaşı müntəzəm uğurlarla tamaşaçı və dinləyiciləri sevindridi.
 
 Bayramova Aygün Əliqulu qızı 1967-ci ilin  avqust ayının 13-də Ağdam rayonunun Sarıhacalı kəndində dünyaya göz açıb.Orta təhsilini 8Nömrəli orta məktəbində alıb.Uşaq vaxtlarından ""Qarabağ Bülbülləri""ansamblına cəlb olunması onun ömür yolunu təyin edib.Bu ansamblın tərkibində dəfələrlə Bakə,Gəncə,Tbilisi,Moskva və başqa şəhərlərdə keçirilən ümumittifaq festival və müsabiqələrdə iştirak edən gənc xanəndə hər dəfə Ağdama ən yüksək mükafatlarla qayıdıb.Almaniyada keçirilən Beynəlxalq yaradıcılıq festivalının laureatı olub.Aygün xanıma daha iki böyükuğuru 1985-ci ildə qazanıb.Həmin ildə o,Respubilka həmkarlar ittifaqı komitəsinin keçirdiyi müsabiqənin laureatı oldu və A.Zeynallı adına orta ixtisas musiqi məktəbinə qəbul olundu. Daha sevincli günlər isə irəlidə idi.Uşaqlıqdan xəyallarında qurduğu sənət dünyasının ən uca zirvəsi hesab elədiyi Şövkət xanımın sinifində təhsil alacağını biləndə gənc Aygünün sevincinin həddi-hüdudu yox idi.Xalq və lirik planda yazılmış bəstəkar mahnılarımızın ən mahir ifaçılarından olan Şövkət xanım elə ilk gündən Aygünün səsini,ifaçılıq tərzini,ədəb-ərkanını bəyəndi və bu gəncisdedadın parlamsı üçün bilik və baçarığını əsirgəmədi.Bu məktəbə korifey sənətkarımızdan böyük sənətin dərinliklərinə baş vurmağı öyrənən Aygün Bayramova 80-ci illərin sonu,90-cı illərin əvvələrində sənət aləmində böyük sənətkarların  meydan suladığı bir vaxtda bu aləmə inamlı addımlarla daxil oldu və böyük tamaşaçı auditoriyasının rəğbətini qazandı.1990-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Aygün dünya şöhrətili xanəndə,professor Hacı Arif Babayevin sinifinə düşdü.Bu gənc xanəndənin sənət taleyində doğan ikinci günəş idi.Şövkət Ələkbərovadan sonra Arif Babayevdən dərs almaq o demək idi ki,hər cür səs imkanlarına malik olan bu qızın qarşısında heç bir maneə duruş gətirə bilməz.Belə də oldu.Arif Babayev kimi ustad sənətkardan muğamlarımızın incəliklərini əxz edən Aygün Bayramova sənət dünyasında daha inamla irəliləməyə başladı və günbəgün yüksəlməyə başladı.Ən çətin muğamları,ən zil mahnıları ifa edən Aygün Bayramova 2001-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Bilet teatrna fəvət olundu və burada Leyli və Məcnun,Açıq Qərib və s.kimi məşhur operalarda baş rollarda oynamağa başladı.Azərbaycan xalq musiqisinin və muğamlarımızın incəliklərini və gözəlliklərini tamaşaçı qarşısında ən yüksək səviyədə nümayiş elətdirən Aygün Bayramova Azərbaycandan kənarda da dəfələrlə musiqimizin sevilib,qəbul edilməsi üçün əlindən gələni etmişdir.İngiltərə,Avstriya,İsveç,Almaniya,Hollandiya,Kanada,Türkiyə və s.ölkələrdə etdiyi uğurlu çıxışlar buna nümunədir.Azərbaycan xalq musiqisinin təbliği və inkişafı üçün əlindən gələni etməyə daim hazır olan bu gözəl xanəndə həm də gənc nəslə muğamlarımızı tədris edir.Yüksək ifaçılıq tərzi,böyük səhnə mədəniyyəti ilə seçilən Aygün Bayramova dövlət rəhbərliyinin də diqqətindən kənarda qalmayıb.O,Azərbaycan Respubilkası prezidentinin fərmanı ilə 2002-ci il dekabr ayının 24-də ""Azərbaycan Respubilkasının əməkdar artisti"",2005-ci ilin sentyabr ayının 16-da isə "" Azərbaycan Respubilkasının xalq artisti"" kimi fəxri adlarla layiq görülüb...


Şərhlər: 12
Baxılıb: 4521
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lap yaxsi
11 mart 2015 00:36
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
roksi1995
cox beyenirem bu xanimi
11 fevral 2015 21:13
# 11
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Menim balam
Tanamıram
11 fevral 2015 12:36
# 10
Aysel Tatli
allah bextin versin sevirem bu xanimi
10 fevral 2015 18:52
# 9
sona
Cox beyenirem ozunu aparmagini sesini her terefli beyenirem
10 fevral 2015 16:24
# 8
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Tomris Müslümova
buda evde qaldide alan olmadi...ela senetkardi sehnemizin leylisi
10 fevral 2015 14:11
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ayan97
Heqiqeten gozelsesi var...!
10 fevral 2015 11:24
# 6
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Qlamurr
Bu xanımı əsl sənətkar adlandırmaq olar,çox gözəl səsi var,həmçinin də özünə hörmət qoyan xanımdır....
10 fevral 2015 11:00
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Valehedici sesi var aygun xanimin
10 fevral 2015 09:43
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Gözəl səsi və sənəti var xalq artisti belə olar...
10 fevral 2015 09:32
# 3
ILAHE_
Aygun Bayramovani cox beyenirem. Sesinden xowum gelir.
10 fevral 2015 09:00
# 2
lili)
Aygun xanimin gozel sesi seneti var Rebbim daima var elesin bu gozel insani
10 fevral 2015 07:44
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz