Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xalq artistimiz Məmmədbağır Bağırzadənin həyatı haqqında
Xalq artistimiz Məmmədbağır Bağırzadənin həyatı haqqında
Göndərən: ruzgargulum
Şərhlər: 19
Baxılıb: 3386
Səs ver:
 Məmmədbağır Bağırzadə opera səhnəsində nə Məcnunu oynadı,nə Kərəmi,nə də Qəribi.Amma ifa elədiyi mahnılarda Məcnun kimi səhralara düşdü,Kərəm kimi alışıb yandı,Qərib kimi Şahsənəmin eşqilə haqq aşiqinə çevrildi.Oxuya-oxuya yaşadı,yaşaya-yaşaya oxudu Məmmədbağır.Həm də oxuya- oxuya dinləyiciləri də yaşatdı.Xasiyəti mülayim olan Məmmədbağırın ifası da mülayim,yatımlı,qəlbləri oxşayan idi.Elə ölümlə də mülayim davrandı.Çarpışmadan -nə özünü nə ölümü,nə də ətrafdakı inanları,doğmalarını incitmədən sanki yuxuya gedirmiş kimi sakitcə köç edib getdi Tanrı dərgahına,
    
Məmmədbağır Bağırzadə xanəndə idi,əsil xanəndə.Neçə-neçə ustad sənətkarların qiymətləndirdiyi ustad xanəndə.Muğamlarımızı,xalq mahnılarımızı,bəstəkar mahnılarını elə şövqlə,elə obrazla ifa edirdi ki...Məmmədbağır özü həm də gözəl bəstəkar və şair idi.Özünün bəsdələdiyi mahnılar da sevilir,dillər əzbəri olurdu..Məmmədbağıa Bağırzadə Allah təalanın sevdiyi tək-tük sənətkarlardan idi ki,səhnəyə gəldiyi ilk gündən ömrünün sonuna kimi və ölümdən sonra da populyarlığını itirmədi.
 
Məmmədbağır Bağırzadəni Allah da sevdi,dövlət də, xalq da.Allahın sevgisi göz qabağındadır.Məmmədbağıra sevilmək üçün insanlara məxsus olan bütün nəcib və gözəl xüsusiyyətlərin hamısını vermişdi.Boy-buxun da,gözəllik də,sənət də,mədəniyyət də,kübarlara məxsus etik və estetik manera tərzi də,Və bir də Allah təala Məmmədbağırı öz yanına tez aparmaqla ona olan sevgisini bir daha izhar elədi.Allah təala da istəyir ki,yanında gözəl insanlar,nəcib insanlar,sevimli insanlar və bir də isdedadlı sənətkarlar olsun---Məmmədbağır Bağırzadə kimi,Səxavət Məmmədov kimi,Sədi Məmmədov kimi.Dövlət öz sevgisini verdiyi fəxri adlarla,mükafatlarla bəyan elədi Məmmədbağır Bağırzadəyə.Xalq isə sevdiyini yaşatmağı bacarır.Məmmədbağırın dəfninə o qədər insan yığılmışdı ki,mən SSRİ xalq artisti Rəşid Behbudovun dəfnindən sonra belə izdiham görməmişdim.
 
Məmmədbağır Bağırzadənin doğma kəndi  Nardaran və Nardaranlılar da ona olan sevgilərini bir başqa cür büruzə verdilər.Dövlət tərəfindən Məmmədbağırın layiq olduğu Fəxri xiyabanda ona yer ayrılsa da həmkəndliləri inad və əzm nümayiş elətdirərək Məmmədbağırı öz doğma kəndlərindəki qəbirstanlıqda əcdadlarının uyuduğu bir yerdə torpağa tapşırdılar..
 
Hə,1950-ci ilin iyul ayının 22-də Nardaranda dünyaya göz açan,1970-ci illərin əvvəlində peşakar səhnəyə gələn və gəldiyi gündən də sevilə-sevilə ürəkləri fəth eləyən respubilkanın xalq artisti Məmmədbağır Bağırzadə 2005-ci ilin oktyabır ayının 30-da milyonlarla insanın ürəyinin başında ruhən bərqərar olaraq,cismən səssiz-səmirsiz Tanrı dərgahına köçdü.Allah rəhmət eləsin.Məkanı cənnət olsun...


Şərhlər: 19
Baxılıb: 3386
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah rehmet etsin
11 mart 2015 00:57
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
uliçka
Bizim çox yaxın qohumdur) ailəsi tərəfdən bizə gəlirlər bizdə onlara gedirik...Bakılıyam və fəxr edirəm
10 mart 2015 22:57
# 18
Həyat kino kimidir,ən marağlı anında bitir
Brilliantam
Cox sevdiyim senetkarlardandir,sesinin misli yoxdur,rehmetlik Lenkerana gedende rehmetlik babamgilde qonaq olub,babam deyerdi cox gozel insandir.Allah rehmet elesin.
8 fevral 2015 03:36
# 17
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
lili)
cox gozel sesi olan senetkarimiz Allah rehemet elesin
6 fevral 2015 09:38
# 16
gulunnn
Allah rehmet etsin
5 fevral 2015 14:20
# 15
Ayniska Gulum
Sevdiyim sənətkar idi,ALLAH rehmet elesin!
3 fevral 2015 23:48
# 14
ece uslu
esl senetkar idi
allah rehmet elesin
3 fevral 2015 23:21
# 13
medine yusif
Allah rehmet elesin qebri nurla dolsun
Olkenin unudulmaz senetkari ...
3 fevral 2015 19:16
# 12
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
arzum-aysum
Mahnıları çox gözəldir. Hələ Ana mahnisi coxxxxxx gozeldi
3 fevral 2015 17:36
# 11
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Qlamurr
Allah rəhmət eləsən,doğrudan da əsl sənətkardı idi.....
3 fevral 2015 17:16
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
ayan97
Allah rehmet elesin...
3 fevral 2015 15:55
# 9
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Tomris Müslümova
deyerli senetkar........
3 fevral 2015 15:43
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
tatyana
aaa rehmete getdiyini bilmirdim
3 fevral 2015 15:16
# 7
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
sona
Sitat: by_fidiw
allah rehmət eləsin. tanımadım amma

Memmedbagir Bagirzadeni, o gozel sese sahib boyuk senetkari tanimadin?!
Allah qeni qeni rehmet etsin. Senetkar deyerem bax ele Memmedbagir kimi insana. Cox gozel sese malik xanende idi.
3 fevral 2015 14:38
# 6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
BARBI
Allah rehmet elesin beyendiyim mugenniydi
3 fevral 2015 09:34
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Allah rəhmət eləsin..
3 fevral 2015 09:22
# 4
emis
Allah rehmet elesin yeri cennet olsun
3 fevral 2015 09:18
# 3
canr
Sesini beyendiyim senetkarlardandir.Allah rehmet elesin
3 fevral 2015 08:17
# 2
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
isveç.de
Allah qəni qəni rəhmət eləsin yeri cənnət olsun. Çox böyük sənətkar idi.
3 fevral 2015 05:17
# 1
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz