Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qasım bəy Zakir-in həyatı
Qasım bəy Zakir-in həyatı
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 2813
Səs ver:
Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məhşur söz usadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. Zakir mollaxanada oxuduğu illərdə adları çəkilən sənətkarların bədii irsini oxuyub öyrənmişdir. Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir. 1795-ci ildə Qacarın Qarabağa hücum edib Şuşanı mühasirədə saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qətli, şair Molla Pənah Vaqifin öz oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi, XIX əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. onun yeniyetməlik və ilk gənclik illərində gördüyü hadisələr, eşitdiyi əhvalatlar idi. Bu hadisələr onun dünyagörüşünün formalaşmasında öz təsirini göstərmişdir. Qarabağ xanlığı Rusiyanın idarəçiliyinə keçdikdən sonra Zakir çar ordusunun Qafqaz müsəlman könüllü atlı dəstəsinə qoşulmuş, 1806-1813, 1826-1828-ci illərin Rusiya-İran müharibələrində iştirak etmişdir. O, Abbas Mirzənin başçılıq etdiyi İran qoşununa qarşı vuruşan dəstənin tərkibində olmuş, döyüşlərdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir.

Qasım bəyi görənlər, o cümlədən Əhməd bəy Köçərlinin rəvayətinə görə, o zati-şərif xoşsurət və xoşsima, ağ bədənli, uca qamətli, zəifülbünyə bir vücud imiş. Göyçək, ağıllı və göy rəngə mail gözləri var imiş. Simasından, hərəkət və süknasından asari-nəcabət və rəşadət görünərmiş. Danışığı fəsih və sövtü dilkəş olmağa görə, çoxlarını özünə mail edərmiş. O danışanda ona qulaq asmamaq olmazmış. Bir az tündməcazmış. İnsaf və mürüvvətdən xaric sözlər və işlər şairi təbii halından çıxarıb, onun qeyzü hiddətinə səbəb olarmış. Amma acığı tez sönüb tövbə və istiğfar edərmiş. Adəti halında ziyadə həlim, rəhimli və mürüvvətli bir adam imiş.

1829-cu ildə Zakirin oğlu xəstələnib vəfat edir. Bu hadisə şairi dərindən kədərləndirir. Bu münasibətlə yazdığı bir şerində Zakir oğlunun ölümündən doğan iztirablarını təsvir edir.

Zakir 1830-cu ildə könüllü polis dəstələrinin tərkibində Balakənə getmiş, Cardakı üsyanların yatırılmasında iştirak etmişdir. O, dostu Baba bəy Şakirə göndərdiyi "Car müqəddiməsi" adlı mənzum məktubunda Qarabağ atlılarının döyüşdə göstərdiyi igidlikləri tərifləmiş, özünün şücaəti haqqında yazmışdır.

Gənclik illərini at belində, müxtəlif müharibələrdə və döyüşlərdə keçirən Qasım bəy Zakir 30-cu illərin sonlarında tamam təsərrüfatçılıqla məşğul olmağa başlayır. O, ilin yay fəslini Şuşada, qalan fəsillərini isə Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirirdi.

Zakir müasirləri arasında da dərin hörmət və böyük nüfuz qazanmışdır. Azərbaycanın Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşılı, Baba bəy Şakir, Xurşidbanu Natəvan kimi tanınmış ziyalıları, habelə gürcü knyazı İliko Orbeliani, Bakı general-qubernatoru Mixail Kolyubakin onun məktublaşdığı, əlaqə saxladığı məşhur şəxsiyyətlər idi. Lakin Zakiri sevməyənlər, onun paxıllığını çəkənlər də var idi. Qarabağda öz fitnə-fəsadları ilə ad çıxarmış Cəfərqulu xan Nəva, Şuşa qazisi Mirzə Əbülqasim, yerli çar hakimi Konstantin Tarxan-Mouravov onun qəddar düşmənləri idilər. Zakirin satirik tənqidinə hədəf olmuş bu adamlar şairi dövlət yanında etibardan salıb tutdurmaq üçün müəyyən bəhanə axrır, uyğun məqam gözləyirdilər. Nəhayət belə bir bəhanə tapıldı: K. Tarxan-Mouravov Zakiri hökumətdən qaçaq düşmüş qardaşı oğlu Behbud bəy Cavanşiri evində saxladığına görə günahlandıraraq təqib etməyə başladı. 1849-cu ilin oktyabr ayında o, böyük bir atlı-yaraqlı dəstə ilə Zakirin yaşadığı Xındırıstan kəndinə hücum etdi. Şair bu dəstənin Behbud bəyi axtarmaq üçün gəldiyini güman edirdi. Ona görə oğlu Nəcəfqulu bəylə qardaşı oğlu İskəndər bəyi həmin dəstəni qarşılamağa göndərdi. Lakin Tarxan-Mouravov onları öz düşüncəsi ilə qarşıladı: onları Behbud bəyə köməkçi olmaqla ittihamlandırıb hər ikisini həbs etdi və Şuşa qalasındakı həbsxanaya göndərdi. Həmin gün Zakirin özünü də ailə üzvləri və yaxın qohumları ilə birlikdə həbs edib Şuşa həbsxanasına gətirdilər. Bununla da ürəyi soyumayan Tarxan-Mouravov Xındırıstan kəndini öz atlılarına qarət etdirdi və kənd camaatını tamamilə yoxsul vəziyyətə saldı. Həbsxanada olarkən şair bir neçə dəfə yuxarı hökumət dairələrinə məktubla qanunsuz tutulduğunu yazıb bildirsə də onun şikayətlərinə ədalətli cavab verilmədi. Şair bir ilə qədər Şuşa həbsxanasında qaldıqdan sonra mühakimə olunmadan Bakıya sürgün edildi. Nəcəfqulu bəylə qardaşı oğlu İskəndər bəyi isə Tiflisə gətirib, oradan əvvəlcə Voronejə, Voronejdən isə Kaluqaya sürgün etdilər. Şairin ailəsi isə Şuşada qaldı. Bakıya gəldikdən sonra Zakir dövlət idarələrində çalışan dostlarına məktub yazıb qanunsuz həbs edildiyini bildirdi. O zaman Tiflisdə Canişinlik idarəsində işləyən Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşınlı, Bakı qubernatoru Mixail Kolyubakin, Gürcü knyazı İliko Orbeliani Zakirin şikayətlərini dinləyib, sürgündən azad olmasına çalışdılar. Şair bir neçə ay Bakıda sürgün həyatı keçirəndən sonra bu şəxslərin səyi nəticəsində Şuşaya qayıtdı. Lakin o, ömrünün axırınadək polis nəzarəti altında yaşadı. Oğlu və qardaşı oğlu isə 3 il Rusiyada sürgündə qaldılar.

Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurmuşdur. O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilmişdir.


Şərhlər: 11
Baxılıb: 2813
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bilirdim
11 mart 2015 01:22
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ece uslu
beyendiyim sairdi
30 yanvar 2015 01:00
# 10
Tomris Müslümova
maraqli gelidi mene allah rehmet elesin
28 yanvar 2015 20:55
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Сладкий Ангел
aa ne gozel artiq edebbiyatdanda yazilacax burda yessss
27 yanvar 2015 19:58
# 8
.Bir gülüşüm var Sizlərə ömür...
Ayselina
QAsim bey Zakirin edebiyyatimzda ozunemexsus yeri olan sairlerimzdendir..en cox satirik movzuda yazdigi tenqidi seirleri ile meshurdur..cemiyyetde bas veren herc merclikden tesirlenib her zaman oz etirazini bildirib eserleri vasitesile..cox sagolun xebere gore..bizi bir daha bele gozel xeberlerle bizi maariflendirdiyincun..en cox sevdiyim seiri..
Badi-seba,soyle menim yarima,
Gozeller cixibdi seyrane,gelsin!
Tegaful etmesin iwret cagidir,
Icilir her yerde peymane, gelsin!
27 yanvar 2015 13:50
# 7
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
ayan97
Allah rehmet etsin
27 yanvar 2015 12:05
# 6
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Qlamurr
Qasım bəy Zakir Azərbaycan ədəbiyyatında satiranın banisidi...
27 yanvar 2015 12:02
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Allah rəhmət eləsin sevdiyim şairlərdəndi.
27 yanvar 2015 10:11
# 4
BARBI
Beyendiyim insandir severek oxuyurdum
27 yanvar 2015 09:45
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
lili)
cox sevdiyim bir sairdi seve seve oxuyurdum heyati hqqinda edebiyatdan
Dost yolunda cefa cekdim, can uzdum,
yetismedim bir mekana, ay meded!
seraser emdamim mum tek eridi,
esq atesi dusub cana ay meded!
27 yanvar 2015 08:27
# 2
rəmsə
Allah rəhmət eləsin
27 yanvar 2015 08:18
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz