Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əhməd Cavadın həyatı və yaradıcılığı
Əhməd Cavadın həyatı və yaradıcılığı
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 3712
Səs ver:
Həyatı
Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır. Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.
Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şerlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.
Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət bir türk övladı kimi Əhməd Cavadı ciddi narahat etmişdir. O,klasshik ədib və şair pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan "Qafqaz könüllü hissəsi” sıralarına qatılır. Trakiya cəbhəsində Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdur.
1914-cü il, birinci dünya müharibəsi zamanı Türkiyənin şərq cəbhəsindəki döyüşləri "Sarıqamış” uğursuzluğu ilə nəticələnmişdi. Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi rus və ermənilərin qırğınına məruz qalmışdı. Bakıda yerləşən "Azərbaycan xeyriyyə cəmiyyəti” Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım etməkdə idi. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışırdı. Qardaş xalqın bu bədbəxt günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə "Nə gördümsə” şerində dilə gətirir:
Armağanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.

Sordum qərib minarədən:
"Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?"

Vicdan mənə əmr edər ki:
"Belə gündə bayram etmə".
Quran mənə yol göstərir:
"Yoxsulları məyus etmə".
Son bənddə Əhməd Cavad bayramdan söz açır. Şer 1915-ci il martın 22-də yazılmışdır. Martın 22-si "Novruz” bayramıdır. Beləliklə, Əhməd Cavad belə bir gündə bayram etmir, Qarsdakı qardaşlarının yasını saxlayır. Çünki Qars rus orduları tərəfindən işğal edildiyi zaman oradakı türk soydaşları ruslar və ermənilər tərəfindən qılıncdan keçirilmiş, Qars xarabazarlığa çevrilmişdi. Yaradılışından şair doğulan Əhməd Cavadın bu hadisədən həyəcanlanmaması mümkün deyildi. Çünki 1914-cü ildə Osmanlı dövlətinin müharibədə iştirak etməsindən həyəcanlanan Əhməd Cavad illərdən bəri adı-sanı anılmadan Türkiyə radiolarında mahnı kimi oxunan "Qara dəniz” şerini yazmışdı və böyük ümidlərlə yaşamışdı. "Qara dəniz” şerinin son bəndi belə bitir:
Dost elindən əsən yellər
Mənə şer... salam söylər.
Olsun bizim bütün ellər
Qurban Türkün bayrağına.
(914-cü il 15 noyabr, Gəncə: "Dalğa”, səh. 26, Bakı, 1919).
Birinci dünya müharibəsi zamanı, 1915-ci ildə Türkiyədə rus və erməni istilasına, özbaşnalığına qarşı çıxaraq "Azərbaycan xeyriyyə cəmiyyəti" vasitəsilə vaxtaşırı türk xalqına kömək göstərmişdir. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Ə.Cavad gecə-gündüz çalışmış, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəməmişdir. Birinci dünya müharibəsinin axırlarında Qafqaz cəbhəsində türk ordusu müvəffəqiyyət qazanır. Türk ordusu qardaş Azərbaycan birlikləri ilə Bakıya qədər gəlir. Əhməd Cavad yenə "Müqəddəs Məhmədcik” və azəri əsgər yoldaşları ilə Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşur. Beləliklə, bu döyüş meydanında Əhməd Cavadın yazdığı "Bismillah” şeri milli həyəcana malik olan dəyərli lirik əsərlərindən biridir:
Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, Bismillah.
O, Xan sarayında çiçəkli bir qız,
Bəkliyor bizləri zəfər, Bismillah.

Ey hərbin taleyi bizə yol ver, yol.
Sən ey coşan dəniz gəl Türkə ram ol,
Sən ey sağa, sola qılınc vuran qol
Qollarına qüvvət gəlir, Bismillah.
Azərbaycan höküməti Bakıda döyüş zamanı şəhid olan "məhmədciklərə” şəhidlər abidəsi qoydurur. Abidənin təməl qoyma mərasimində Əhməd Cavad "Qalx” adlı şerini oxuyur:
Qalx, qalx sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.

Qovduqların sənin yabançı xanlar
Qurtardı ölkəmi tökdüyün qanlar.
Bax, nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını, mənlə bərabər.
(İstiqlal uğrunda şerlər. İstanbul, 1928, səh. 89).

"Şeirlər" (1958), "Sən ağlama, mən ağlaram" (1991) kitablarının, Fransua Rablenin "Qarqantua və Pantaqruel" (1961), Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta" (1962), Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" (1978) tərcümə kitablarının müəllifi olmuşdur. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.

Əsərləri
Seçilmiş əsərləri. - B.: "Şərq-Qərb", 2005. - 295 s.
Seçilmiş əsərləri: 2 C-də. - B.: Azərnəşr, 1992.- C.Iş. 326 s.; C.II. - 236 s.
Sən ağlama, mən ağlaram... (Şerlər buklet; poemalar).-B.: Yazıçı, 1991. - 208 s.
Haqq bağıran səs / Tərt. və ön söz A.Əliyevanındır. - B.: Nicat, 1991.- 31 s.
Çırpınırdı Qara dəniz: (Şer) // Yeni Azərbaycan.- 2001. - sent. - s.4
Azərbaycan marşı / Musiqisi Ü.Hacıbəyovundur // Xalq qəzeti. - 1992. - 4 iyul.-s.3.
Gəlmə Bismillah: Şerlər // Azərbaycan.- 1994.- 6 der.-s.4.
Едва на свет явилось чудо…; Гейгель: Стихи//Вышка.-1992.-23 апрель.-С.3.
Однажды: Стихи//Юрддаш.-1992.-12 февр.–С.2.
Что значит. разлука…; Не плачь: Стихи/ Пер. В.Кафарова//Бакин.рабочий.-1992.-30 июня.-С.3


Şərhlər: 11
Baxılıb: 3712
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cox guclu yazichilarimiz olub
11 mart 2015 00:14
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ece uslu
sevdiyim sairdi eserlerini cox beyenirem
6 yanvar 2015 20:21
# 10
Menim balam
Allah rehmet elesin.
6 yanvar 2015 17:03
# 9
Həyatda heç bir haqqsızlığa səssiz qala bilmirəm ,bu məni belə özümdən çıxartmağa yetərlidir.
Aysel Tatli
EHMED CAVADIN ANA SEIRI SUPER ANA O ADIN QARWISINDA BIR QUL TEK HEMIWE SECDE ETMEK MENE FEGARETDIR
6 yanvar 2015 16:55
# 8
emis
mektebde kecmisdik biz biraz melumatim variydi
6 yanvar 2015 15:56
# 7
SEVGI DENIZIM
bilirdim
6 yanvar 2015 14:04
# 6
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Qlamurr
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına sevinən və şeirlərində azadlıgı vəsf edən şairlərimizdəndi.....himnimizin sözləri də Ə.Cavada məxsusdu....ən əsas sevdiyim şsirlərdəndi....təəssüf ki,represiya qurbanlarında biridi....
6 yanvar 2015 11:48
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Əhməd Cavada həmdə dövlət himninin sözləri məxsusdur,yaradıcılıgında ən məşhur şeiri "Çırpınırdı qara dəniz" olub,bəyəndiyim şerdi,allah rəhmət eləsin
6 yanvar 2015 10:10
# 4
BARBI
Cox sevdiyim sairdi beyenirem onu
6 yanvar 2015 10:10
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
arzum-aysum
Mektebde kecsek de bezileri yadimdan cixmisdi. Tekrar etmis oldum
6 yanvar 2015 09:30
# 2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
xeyalperest
Bulari edebiyyat dersinde kecmişdik.tekrar biliyin anasidir twk
6 yanvar 2015 08:56
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz