Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu rəsmə baxmaq sizin səhhətinizə zərər vura bilər!
Bu rəsmə baxmaq sizin səhhətinizə zərər vura bilər!
Göndərən: tek umidim sen
Şərhlər:
Baxılıb: 2079
Səs ver:
Tarix bizə  sübut edir ki, yaradıcılığınızda çox deyil, hətta bir şah əsəri yaratmağınız kifayətdir ki, onun yaddaşında əbədi qalasınız. Buna dair incəsənət və ədəbiyyat tarixində çoxsaylı nümunələr vardır ki, onları saymaqla bitməz. Bəs əgər bir möhtəşəm əsər üzərində səylə işləməyə dəyərsə, niyə bu qədər "çalışqan sənətçilər” hər beş aydan bir mahiyyətcə zəif əsərləri ərsəyə gətirməkçün dəridən-qabıqdan çıxırlar? Sual budur! Baxın, hətta ən istedadsız və uğursuz sənətçi də ömrü boyunca elə bir əsər yarada bilər ki, bununla dünyaya səs salar.

Bu dəfə sizlərə nümunəvi çalışqanlığına baxmayaraq, sənətində heç cür uğur qazana bilməyən rəssamın yalnız bir əsəri ilə incəsənət tarixinə öz adını necə yazması haqda danışacağam. Onun adı Bill Stoxandır.

Çikaqo rəssamı Bill Stoxan öyünəcək xüsusi bir istedada malik deyildi. Ötən əsrin 70-ci illərində onun rəsmləri yaxşı qəbul olunurdusa da, çox ucuz qiymətə satılırdı. Demək olar ki, heç satılmırdı da. Stoxan onları bir qalereyadan digərinə daşımaqla məşğul idi. Çikaqo böyük şəhərdi və burda çoxsaylı – istənilən zövqə və cibə münasib qalereyalar var.

1970-ci ildə incəsənətdə mistika dəbə düşdü. Belə ki, rəssam mistikaya meylli mövzuda rəsm çəkmək haqda fikirləşdi. O, çardaqdakı  albomun arasından tapdığı öz köhnə uşaqlıq fotosunu götürdü. Fotoda beş yaşlı Bill Stoxan, özündən də kiçik bir qohumuyla bağçaya açılan şüşə qapının yanında dayanmışdılar. Bütöv kompozisiyada foto rəsm üçün tamamilə uyğun idi, sadəcə, bir qədər mistika əlavə etmək lazımıydı.

Nəticədə qəribə bir rəsm alındı: balaca oğlan və qızcığaz rəsmdə təsvir olundular, fəqət yetərincə qorxunc şəkildə – onların sifəti qeyri-adi, başqa dünyanın adamlarınkı tək, baxışlarısa sanki insanlara görünməyən varlıqları görmüş kimi… Eynən köhnə fotodakı kimi, uşaqlar şüşə qapının yanında dayanmışdılar, amma rəsmdə gecə idi və şüşə qapının arxasında ay təsvir olunmuşdu. Qapı kip örtülmüşdü, lakin… Tünd fonda kimlərinsə əl izləri parlaq işıqla çəkilmişdi. Bu əllər qapını açıb onları evə buraxmaq üçün çalışırdı. Uşaqlarsa qapıya və bu qorxunc əllərə arxa çevirmişdilər. Bu onları nə qorxudur, nə də həyəcanlandırırdı.

"Əllər ona müqavimət göstərir” – rəssam öz əsərini belə adlandırmışdı. Bəs bu nə demək idi? Müəllif heç özü də bu haqda düşünməmişdi. Halbuki, sənətşünaslar bu adın açıqlamasını tez bir müddətdə tapdılar: rəsmdə uşaqların böyüməsi təsvir olunub, zaman onları sürükləyirdi, böyüklərin naməlum, qorxunc dünyasına gedəcəkdilər, onlarsa uşaq dünyasında qalmaq istəyirlər.

Bill Stoxan sənətşünasların bu maraqlı mülahizələrini həvəslə kağıza köçürüb qalereyaya apardı. Ancaq gözləmədiyi qeyri-adi faktla üzləşdi: sənətşünasların ikisi də ölmüşdü. "Nə deyə bilərəm?” – rəssam dərin köks ötürüb dedi – "Əlbət onlar indi şüşə qapının arxasındakı dünyadadırlar”. Qalereyaya gələn, "Los Angeles times” qəzetinin müxbiri rəssamın bu sözlərini eşidib dərhal "mistik ruhlu” rəsm əsəri haqqında məqalə yazdı. Məqalə dərhal dərc olundu. Məqaləni oxuyan əhali rəsmə baxmaq üçün qalereyaya axışdı.

Bu dəfə də bədbəxtlik üz verdi: ertəsi gün qəzet rəhbərlərindən biri vəfat etdi. Düzdür, onun artıq 70-dən çox yaşı vardı, bununla belə qəzetlər "həyat gücünü sovuran məşum əsər” haqqında yazmağa başladı.

Rəsm məşhurlaşdı, hətta iki dəfə hərracdan da keçdi. 1984-cü ildə bu dəbdə olan əsəri "Məhəbbət tarixçəsi” və "Xaç atası” filmlərindən tanınan aktyor Con Marli aldı. Qəribədir. Bu dəfə də bədbəxt hadisə baş verdi. Həmin ilin may ayında aktyor ürəyindən əməliyyat olundu və əməliyyətdan sonra o vəfat etdi.

Aktyorun vəfatından 10 il sonra bu rəsm yenidən üzə çıxdı. 1990-cı illərdə incəsənətdən başı çıxmayan sadə sakinlər onu zibillikdə tapdılar. Rəsmdə uşaqlar təsvir olunduğu üçün onu tapan sakin evə aparıb uşaq otağından asır. O gündən gecələr qızcığazın ağlamağı kəsmir, pis yatır, dəhşətli yuxular görürdü. Həmin gecələrin birində o, dözməyib valideynlərinin otağına qaçır və qışqıra-qışqıra "Rəsmdəki uşaqlar düz mənim çarpayıma doğru yaxınlaşırlar!” deyir. Qızcığazı sakitləşdirirlər, lakin dəhşətli görüntülər ara vermədən təkrarlanırdı: gah uşaqlar rəsmdən yoxa çıxır, gah da rəsmdəki şüşə qapının arxasına keçib ordan qızcığazı öz yanlarına çağırırdılar.

Təşvişə düşən ata uşağının otağına videokamera yerləşdirdi, amma heç nə lentə alınmadı ki, alınmadı. Bununla belə, qızcığaz sakitləşmirdi. Nəticədə, bu valideynlər qorxulu rəsmdən canlarını qurtarmalı oldular.

Yüksək texnologiyanın inkişaf etdiyi dövrə – XXI əsrin başlamasına az qalmışdı. Qorxunc rəsm əsərini "eBay”da internet hərracına çıxarmağın vaxtıydı. Rəsmin bütün mistik, qorxunc hadisələrinə bədii rənglər qatıb onu səhifəyə yerləşdirdilər. Bu xəbər ətrafa səs-küy saldı, rəsm yerləşdirilən səhifəyə 30 mindən çox baxış sayı oldu. Rəsm anındaca Çikaqonun şəhər əfsanəsi kimi tanındı. Halbuki səhifəyə baxanlar administrasiyanı öz şikayətləriylə yorurdular: rəsmə baxandan sonra onlar özlərini pis hiss edir, həssas səhhətə malik insanlarsa ürəkgetməyə düşürdülər. Ölçü götürmək gərək idi və administrasiya səhifəyə belə bir yazı yerləşdirdi: "Bu rəsmə baxmaq sizin səhhətinizə zərər vura bilər!” Bu cür elandan sonra səhifəni idarə etmək mümkün olmadı! Səhifə idarəolunmaz dərəcədə yükləndi. Rəsmin qiyməti 199 dollardan 1025 dollara qədər qalxdı. Məhz bu qiymətə onu Kim Smit aldı. Bu elə bir vaxta təsadüf etmişdi ki, Kim Smit öz yenicə təmirdən çıxmış qalereyası üçün münasib qiymətə, lakin tükürpədici, qalmaqallı bir əsər axtarırdı. Rəsmə baxan internet istifadəçiləri alıcı Smitə elektron məktublar göndərməyə başladılar: "Bu rəsm insanın həyatını sovurur!”. Qalereya sahibi aldığı məktublara gülərək onları belə cavablandırırdı: "Buyurub gəlin və rəsmə əyani surətdə baxın, daha internetdə yox!”. Əhali birdən-birə bu qalereyaya sanki Luvra gəlirmiş kimi axnaşdı.

Onların arasında elələri də tapıldı ki, əsərin özüylə daşıdığı həyati təhlükəyə görə onun üstünə atılıb tikə-tikə doğramaq istəyirdi.

Ölkədə tanınmış ekzorsist Lorreyn və Ed Uorren belə nəticəyə gəldilər ki, rəsmdə təsvir olunan uşaqlara bir vaxtlar vəhşicəsinə öldürülmüş bacı-qardaşın – Tom və Laura Satilloların ruhu girib. Qatil bu uşaqları öz evlərində qətlə yetirir. Onların evi dağın başında yerləşirdi. Bu qətl eynən Amitivill hadisəsindəki kimi törədilmişdir. Həmin mövzuyla bağlı "Amitivill kabusu​” adlı film də çəkilmişdir.


Şərhlər:
Baxılıb: 2079
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz