Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hökmdarları fəth edən qadınlar
Hökmdarları fəth edən qadınlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2040
Səs ver:
Kraliça Amitis. Bizim eradan əvvəl VII əsrdə Babilistan imperatoru İkinci Navuxodonosorun xanımı.
Dünyanın yeddi möcüzəsindən biri hesab olunan "Semiramidanın asma bağları” bu xanımın şərəfinə salınmışdı. Dünyanın ikinci möcüzəsi olan bu bağlar Babildə yerləşir. Əfsanəyə görə, o, Assuriya məlaikəsi Semiramidanın əmri ilə yaradılıb. Əslində isə, bu bağların yaradılmasını e.ə. VII əsrdə padşah Navuxodonosor əmr verib.
Kraliça Amitis çox gözəl və ağıllı bir qadın olmasa da, qəlbində insanlara, heyvanlara, eləcə də, İmperator Navuxodonosora qarşı olan saf məhəbbəti  onu ətrafındakılara sevdirmişdi. Üzündən əksik olmayan təbəssümü ilə kraliça öz imperatorunun sevinc mənbəyinə çevrilmişdi.
Günlərin birində kraliçanın dərd çəkdiyini, üzüldüyünü görən imperator vəziyyətdən çıxış yolu axtarmağa başlayır. Hər nə etsə də, Amitisin simasındakı təbəssümü geri qaytara bilmir. Bu səbəbdən dünyaya soraq salan yeddi möcüzədən ikincisini – "Semiramidanın asma bağları”nı Amitisin şərəfinə saldırır. Beləliklə də, o, xanımın qəlbini yenidən fəth edir.

Nefertiti. Misir kraliçasi Firon IV Axenatonun həyat yoldaşı, Firon Tutanhamonun analığı.
Təsadüfi deyil ki, öz gözəlliyi ilə əsrlərə meydan oxumuş bu qadının adının mənası "gözəllik” və ya "gözəldən doğulan” kimi tərcümə olunur. Qara, uzun saçları, qaraşın bənizi, iri gözləri onu təkcə adi xanımların qısqanmasına deyil, kraliçaların da həsəd aparmasına gətirib çıxarmışdı.
Nefertiti yaxşı təhsil almış, özünü kifayət qədər inkişaf etdirmişdi. O, insanları öz gözəlliyi ilə heyran qoyub, zəkası ilə sehirləmişdi. Məhz bu xüsusiyyətlər onun Misir Fironu  IV  Axenatonun arvadı olmasına və dövlət idarəçiliyində müəyyən söz sahibi olmasına gətirib çıxarmışdı.
Firon xanımına görə çoxsaylı düşmən qazanmış və problemlər yaşamışdı. Lakin bu, onların məhəbbətinə xələl gətirmirdi.

Yelena. Menalayın arvadı, Troya müharibəsinin səbəbkarı.
Yunan mifologiyasının təməl daşları bu qadının üzərində qurulub. Menalayla evli olan Yelena qızılı saçları, gözəl dodaqları, dəniz rəngli gözləri və incə beli ilə dünyanın ən gözəl qadınlarından biri olaraq tarixə düşüb.
Evləndikdən 17 il sonra Yelena Paris adlı troyalı gənc şahzadəyə aşiq olur. Onunla birlikdə gəmiyə minərək çar sarayını, doğma qızını tərk edir.
Melenay xanımının ardınca Troyaya gəlmiş və məşhur Troya müharibəsinə başlamışdı.

Kleopatra. Sonuncu Misir kraliçası, Sezarın xanımı.
Kleopatra tarixdə təsvir edildiyi qədər qeyri-adi bir gözəlliyə sahib olmayıb. Lakin onun sahib olduğu qeyri-adi zəka çoxlarını heyran qoymaq iqtidarında olub. İntriqaların, ən təhlükəli planların qadını olaraq tarixə düşən Kleopatra ölkəsini qorumaq adı ilə qurduğu planlar və canfəşanlığı ilə Roma İmperatoru Sezarın qəlbini fəth edib. O, bir çox imperatorun işğal etmək istədiyi Misiri qorumaqla yanaşı, eyni zamanda, ölkənin təhlükəsizliyini təmin edib.
Tarixçi Plutarxın sözlərinə görə, o, Yuli Sezar üçün saatlarla mahnı oxuyurmuş.

Anna Boleyn.  İngiltərə kraliçası, VIII Henrinin ikinci arvadı, I Yelizavetanın anası.
Anna kral sarayında özünə diqqəti gözəlliyi, cazibədarlığı ilə deyil, ağlı və davranışı ilə cəlb edir. 1522-ci ildə o, ilk dəfə olaraq kral VIII Henrinin marağına səbəb olur. Cavan və ağıllı Anna öz manevrləri, hərəkətləri ilə kralı heyran edir. Lakin Anna kralın məşuqələrindən biri olmaq istəmir və buna görə də Henrinin diqqətinə laqeyd qalır.
Kral isə ailə həyatından razı deyildi, həyat yoldaşı Araqonalı Yekaterina dünyaya oğlan gətirmirdi. Oğlan arzusunda olan və Annaya vurulan kral boşanmaq qərarına gəlir. O katolik kilsəsinə boşanma istəyini bildirir. Bunu bilən Anna krala kiçik bir hədiyyə göndərir. Bu hədiyyə balaca qızıl gəmi və almazdan düzəldilmiş qadın idi. Gəmi müdafiə, almaz isə sevgi rəmzidir. Krala məktubunda isə Anna öz sevgisinə and içmiş və onun qanuni həyat yoldaşı olmağa razılığını bildirmişdi. Katolik dininə görə boşanmaq haqda icazəni yalnız Papa verə bilərdi. Papa isə İspaniya ilə əlaqələri pozmaq istəmədiyinə görə kralın nikahını pozmur. Qəzəblənən kral Roma ilə bütün əlaqələri kəsir. Kraliçanı dəyişmək arzusunda olan Henri ölkənin dinini dəyişir, anqlikan kilsəsi yaradır və kilsənin başında özü durur. Yekaterina ilə boşanan kral 1533-ci ildə Anna ilə evlənir.
Anna Boleynin ölümündən 20 il sonra haqqında araşdırma aparanlara xanımın köhnə xidmətçisi məlumat verir ki, Anna gündə bir saat ayna önündə məşq edir, baxışlarının necə daha kəskin görünəcəyi üzərində çalışırdı. O, həftədə bir dəfə süd vannası qəbul edirmiş. Qeyd edək ki, xanım Anna kral Henrini şahmatda məğlub edən yeganə adam olub.

Kösem Sultan. Sultan I Əhmədin xanımı, Sultan IV Murad və Sultan I İbrahimin anası.
Haseki Mah-Peyker Kösem Valide Sultan iqtidar uğrunda savaşan hökmdarları taxtdan endirmiş qadın olaraq tarixə düşüb. Bosniyada Anastasya adıyla doğulan xanım Bosniya bəylərbəyi tərəfindən İstanbula göndərilib. 15 yaşında ilk dəfə Sultan I Əhmədin yatağına girib. Kəskin zəkasıyla padşahı təsiri altına alıb və bütün saraya nüfuzunu qəbul etdirib.
Qreys Kelli. Monako şahzadəsi, kral Reynerin xanımı.
Kiçik bir ölkəni bütün dünyaya tanıdan qadın olaraq tarixə düşüb. Əsl ixtisası aktrisalıq olan Qreys özünəməxsus gözəlliyi, enerjisi və saflığı ilə milyonların qəlbini fəth edə bilib. Hollivudda  bir çox filmə çəkilən Qreys öz həyat yoldaşı kral Reynerlə "Kann” Film Festivalında tanış olub. Pərəstişkarları Monakonu məhz bu xanımın sayəsində tanıyıb.

Mümtaz Mahal.  Böyük Moğol İmperiyasının VI hökmdarı Cahan Şahın həyat yoldaşı.
Mümtaz Mahal Cahan Şahın xanımı, ən böyük dəstəkçisi və 14 övladının anası olub. Cahan Şahın hər müharibəsində yanında olmuş, ona dəstək çıxmış, aldığı hər qərarda ona köməklik göstərmişdi.
Hökmdar Mümtaz Mahalı o qədər çox sevirmiş ki, xanımının ölümündən sonra iki il yas tutmuş, dövlət işlərini bir kənara atmış, onun xatirəsinə Tac-Mahalı tikdirmişdi.


Şərhlər:
Baxılıb: 2040
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz