Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mikayıl Müşfiq əsl Sovet şairi idi
Mikayıl Müşfiq əsl Sovet şairi idi
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 1317
Səs ver:
Repressiya dövrü qurbanları deyəndə ağla gələn ilk adlardan biri şair Mikayıl Müşfiqdir. Əksəriyyət belə düşünür ki, 37-39-cu illərdə əsasən hökuməti tənqid edən, onu tərifləməkdən boyun qaçıran insanların repressiyaya məruz qalıb və Müşfiq də anti-Sovet şairidir. Ancaq Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin "Müşfiqli günlərim” kitabını oxuyanda bunun belə olmadığını görürsən. Müşfiq yaradıcılığının ilk dövrlərindən Sovet hakimiyyətinə, sosializmə  qəlbən bağlı olan, onu sevə-sevə təbliğ edən şairlərdən olub. Bəs niyə repressiya qurbanı olub? Ona böhtanmı atılıb? O, həqiqətən əsl Sovet şairimi idimi?
Bu suallara "Müşfiqli günlərim” kitabı əsasında hazırlanan bu yazıda cavab tapa bilərsiniz:
Dosye: Mikayıl Müşfiq 1908-ci ildə iyun ayının 5-də Bakının Dağlı məhəlləsində, 2-ci Sovet küçəsi, 6 nömrəli evdə dünyaya göz açıb. İki bacısı və özündən yaşca böyük bir qardaşı olub. Müşfiq altı aylıq olanda anası Züleyxa, altı yaşı olanda atası Mirzə Əbdülqədir vəfat edib. Mikayılın atası müəllim, eyni zamanda "Vüsuqi” ləqəbi ilə şeirlər, qəzəllər yazan şair olub. O, 1902-ci ildə ata yurdu Xızıdan Bakıya köçüb, mədrəsədə təhsil alıb. Ancaq mollaxananın gənclərə fayda vermədiyini görən Mirzə Əbdülqədir bir məktəb açıb, gündüzlər balacalara, axşamlar yaşlılara dərs deyib. Anası Züleyxa xanımın ölümündən sonra atası Müşfiqi Xızıdakı qohumu Səfiyyəyə verib. Müşfiq 3 yaşına qədər süd anası Səfiyyənin yanında qalıb. Sonra atası onu yenidən Bakıya gətirib, ancaq 3 ildən sonra dünyasını dəyişib. Bundan sonra ailəyə nənə Qızqayıt və dayı Cavad himayədarlıq edib. Müşfiq getdiyi rus-tatar məktəbini uğurla bitirərək 27-ci ildə Ali Pedaqoji İnstitutuna daxil olub. Şair uzun müddət müəllim kimi fəaliyyət göstərib. 

Müşfiqlə tanışlıq

Mikayıl Müşfiqlə Dilbər Axundzadənin tanışlığı 1931-ci ilin bahar aylarına təsadüf edir. Müşfiq Dilbər xanımın əmisi İdris Axundzadə ilə yaxın dost, əmisinin arvadı Fəramuşla isə tələbə yoldaşı olub.

Məşhurlaşmaqda olan gənc şairlə də Dilbəri əmisi arvadı tanış edib. Dilbər xanım ilk görüşü belə xatırlayır
"Müşfiqin əynində səliqə ilə tikilmiş qəhvəyi kostyum, ona uyğun üst köynəyi və qalstuk, ayağında qəhvəyi ayaqqabı vardı. Alnının üstünə düşən qara tellərini əli ilə tez-tez arxaya atırdı”.

"Müşfiq ilk görüşümüzün təəssüratları əsasında iki şeir yazmışdı. Bunlardan biri "İşidir” rədifli qoşma, digəri "Əbədi şevgi” şeiridir. Sən demə, müsamirədə olduğumuz gecə mən sinəmə düşən uzun qoşa hörüklərimi geri atanda Müşfiqin üzünə toxunubmuş. Bəlkə də toxunmayıbmış. Ancaq o məni inandırmağa çalışırdı ki, guya o gün onu ətirli bahar küləyi vurmuşdu...

Hayır, hörüklərin deyildir ilan
O əski şairlər söyləyir yalan,
Məni xəyal kimi ayağa salan
O coşqun dalğalı telin işidir...

Təsadüfi bir neçə görüşdən sonra Müşfiq Dilbər xanıma sevgi məktubları göndərir, hər görüşə yeni şeirlə gəlir, bəzən də bədahətən şeirlər deyirmiş.  

"Müşfiq şeiri oxuyarkən əlini şeirin ahənginə uyğun qaldırıb-endirir, məni büllur səsi, saf və pak hissləri ilə heyran qoyardı”.

31-ci ilin sonlarında Dilbər xanımın dərs ilinin bitir və cütlük bir müddət ayrı qalır: "Mən ona Gəncəyə gedəcəyimi bildirdim. Tutuldu. Üzünə kövrək təbəssüm qond. Elə ordaca "Ayrılıq” şeirini dedi. Müşfiqin bu həyəcanlı və kövrək halı mənə elə təsir etdi ki, gözlərimdən qeyri-ixtiyari yaş axdı:

- İstəyirsən, getməyim, daha bundan ötrü niyə narahat olursan?

Müşfiq bu sözümə də şeirlə cavab verdi:
Deyirsən, yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal, sənə qurban!
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərinlə al, sənə qurban!...
Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.

Səməd Vurğunun "elçiliyi”

Dilbər xanım getdikdən sonra Müşfiq Səməd Vurğunla Gəncəyə qonaq gəlir. Hamı Bakıdan gələn gənc şairləri dairəyə alıb onları evinə dəvət etməyə, sözlərini-söhbətlərini eşitməyə çalışır. Amma şairlərin gəlişlərinin ayrı bir səbəbi vardı:

"Bir də gördüm, Səmədlə Müşfiq mənə tərəf gəlirlər. Onları görəndə ürəyim uçunmağa başladı. Səməd mənə mehriban bir nəzər salıb gülümsündü:

- Dilbər bacı, bizim bu dağlara gəlməyimizin, - dedi, - bir səbəbi var. O da Müşfiqin aşıq Kərəmə dönməyidir. Müşfiqi Kərəmdən ayıran cəhət odur ki, o, Əslinin dalınca hər yana tək gedərdi, bu isə utandığından məni özü ilə gətirib. Siz bunu necə ovsunlayıbsınız ki, şəhərdə nə gecəsi, nə də gündüzü var. Gördüm bu gedişlə o, Kərəmi ötüb Məcnun olacaq, dözməyib dedim ki, gedək Gəncə dağlarına, bəlkə təskinlik tapa ürəyin. Müşfiq elə bil sözümə bənd imiş. Söz ağzımdan çıxan kimi durub düşdü yola. Bütün yolu şeir deyə-deyə gəlmişik. Müşfiq, xahiş edirəm, yolda dediyin şeirlərdən birini de.

Müşfiq qığılcım saçan baxışlarını mənə dikib uzun bir şeir dedi. Səməd də, mən də böyük məftunluqla dinlədik. Səməd dedi:

- Dilbər bacı, qorxum bir bu Müşfiqdəndir. Məni ötsə, ancaq o ötəcək.

...Ertəsi gün Səmədlə Müşfiq Gəncədə çıxışlar edib Bakıya qayıtdılar”.

Dağüstü parkda nişan təklifi

Dilbər xanım Bakıya qayıdar-qayıtmaz Mikayıl onu dostları ilə tanış edir. Şair Mehdi Hüseynlə yoldaşı Fatma xanımın M.F.Axundov adına parkın yaxınlığındakı evlərinə qonaq aparır. Fatma xanım Müşfiq yaradıcılığının böyük heyranlarından olub, onun "Dilbərnamə” şeirlər məcmuəsinə daxil olan bir çox şeirləri əzbər bilirmiş. Hətta 56-cı ildə Müşfiqin "Seçilmiş əsərləri” üçün bir çox şeirlər Fatma xanımın dilindən yazılıb nəşriyyata təqdim olunub. Çünki şairin əksər kitabları 37-ci ildə tamamilə məhv edilmişdi.

Müşfiq Dağüstü parkdakı növbəti görüşlərin birində Dilbərə elçi göndərmək və tez vaxtda nişanlanmaq istədiyini deyib. 1932-ci ilin aprelində cütlük nişanlanıb:

"Dövrün görkəmli ədiblərindən Hüseyn Cavid həyat yoldaşı Müşkünaz xanımla, Abdulla Şaiq həyat yoldaşı Şahzadə xanımla, Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla, məşhur müğənni Bülbül şagirdi Eloğlu ilə, gənc şairlər və yazıçılardan Səməd Vurğun, Süleyman Rüstəm, Mir Cəlal, Hüseyn Mehdi həyat yoldaşı Fatma xanımla, Rəsul Rza həyat yoldaşı Nigar xanımla, Məmməd Rahim həyat yoldaşı Mələk xanımla nişana gəlmişdilər. Bülbüllə Eloğlunun şəlalə tək şaqraq və məlahətli səsi məclisə xüsusi gözəllik verirdi. Tez-tez sağlıqlar, şeirlər deyilir, qədəhlər cingildəyirdi. Hüseyn Cavidin xeyirxah, ata nəvazişi ilə dediyi sağlıq hələ də xatirimdədir”.
Cütlüyün kəbini isə təxminən bir ildən sonra, 1933-cü ilin iyunun 20-də kəsilib. Növbəti il oğulları dünyaya gəlib:

"Müşfiq onun adını Yalçın qoydu. Sevinci yerə-göyə sığmırdı. Dünyaya gəldiyi gündən Müşfiqə sanki qanad gətirmişdi. Təəssüflər olsun ki, sevincimiz çox çəkmədi. Uşaq iki aylıq olanda bərk xəstələndi, hərarəti yüksək olduğundan bütün gecəni süst düşdü. Həkimlərin müayinəsi və müalicəsi fayda vermədi. Uşaq gözlərini son dəfə əbədi yumanda Müşfiq çığırtı ilə ağlayıb, fəryad qopardı”.

Mollaxana düşməni Müşfiq
Həmin dövrlərdə şair "Azərinəşr”də redaktor vəzifəsində və 18 nömrəli məktəbdə müəllim işləyirmiş. Şagirdlərdən biri sevimli müəllimlərini belə xatırlayır:

"Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardılar.  Çoxumuza "qızım”, "oğlum” deyə müraciət edərdi. Əslində, bu ifadə onun yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər təvazökar olan Müşfiqə bu sözlər çox yaraşırdı”.

Şair özünün ən birinci vəzifəsi kimi insanları məktəbə, elmə yönəltmək, şagirdlərdə ədəbiyyata maraq oyatmağı görürdü. Buna görə də, atası Mirzə Əbdülqədir kimi mollaxanalar, mollaları heç sevməzmiş. Xalası oğlu Ağakərim Kərimov bir gün 8 yaşlı Mikayılı özü ilə mollaxanaya dərsə aparıb. Dərsdən qayıdandan sonra Müşfiq elə hey mollaları lağa qoyur, xalası oğluna daha ora getməməyi məsləhət görərmiş. Hətta bir həcv də yazıb:

Uşaqlar əyləşib yerə,
Cındır həsir-dolu birə,
Belə molla yerə girə!
De görüm, bu molla
Hara mollasıdır?
Yoxsa bu molla qara mollasıdır?
Yarısı oruc tutur,
Yarısı namaz qılır,
Molla özü mürgüləyir.
De görüm, bu molla 
Hara mollasıdır?
Yoxsa bu molla qara mollasıdır?
Nadir hafizə sahibi və huşsuz şair

"Müşfiq nadir hafizə sahibi idi. O öz hafizəsinə arxayın olub çox vaxt qoşduğu şeiri uzun müddət vərəqə köçürməzdi. Şeirlərini, eləcə də bir çox klassik şairlərin əsərlərini əzbər bilirdi. Bir dəfə məktəbdə oxuyanda müəllim Tofiq Fikrətin həyatını keçməyə hazırlaşırmış. Amma kitab yadından çıxdığından dərsi təxirə salmaq istəyib. Müşfiq isə müəllimə Tofiq Fikrətin bütün şeirlərini əzbər bildiyini deyib və dərs boyu hamını təəccübləndirib. Şeirdə nadir hafizəsi olan Müşfiqin həyatda, məişətdə yaddaşı çox zəif idi. Bu haqda dövri mətbuatda qəribə bir yoldaşlıq şarjı çəkmişdilər. Şarjın altından yazmışdılar ki, guya o, papağını itirir və tapmaq üçün aləmi axtarır. Birdən baxıb görür ki, papaq qoltuğundadır. Huşsuzluğunu etiraf edən Müşfiq S.Y.Marşakın "Huşsuza bax huşsuza” əsərini dilimizə tərcümə edəndə deyirdi:
- Şair lap mənim obrazımı  yaradıb ki!”

Müşfiq əsl Sovet şairi kimi
"İndiki Azərbaycan Yazıçılar İttifaqı o zaman "Proletar Yazıçılar Asosyasiyası” adlanırdı. Bu cəmiyyət üzvlərini tez-tez fəhlə qəsəbələrinə, fabriklərə, məktəblərə, klublara göndərirdi. Onlar fəhlələri sosializm quruculuğu işinə ruhlandırdılar. Müşfiq bu işdə fəaliyyət göstərir, tez-tez qəzetlərdə təriflənərdi”.

Dilbər xanım Müşfiqin aşiqanə şeirləri əsas yaradıcılıq  hesab etmədiyini, daima günün tələbinə uyğun şeir yazmağa cəhd etdiyini yazır: "Keçən il bir neçə yoldaşla avralda pambıq toplanışında<

Şərhlər: 12
Baxılıb: 1317
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Musfiqi tanimiyan onun shucaetinden xebersiz olan vami
11 mart 2015 00:30
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Qlamurr
Mikayıl Müşfiq ən sevdiyim şairlərdən biridi,onun hər şeiri oxunaqlıdı,təəssüf ömrünün,yaradıcılığının ən gözəl çağında represiya qurbanı oldu.....
3 yanvar 2015 12:30
# 11
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Aysel Tatli
mi kayil muwfiqi cox beyenirem onun adi gelende yadima yene o bag olaydi weri yadima duwur
2 yanvar 2015 22:53
# 10
Gulu-Qezi
ALLAH rehmet elesin
2 yanvar 2015 21:46
# 9
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Menim balam
Allah rehmet elesin. Cavan öldü. Onunda qismeti cavanlığa kimi idi, mekanı cennet olsun. Maraqlı şeirlerini oxumuşam
2 yanvar 2015 19:24
# 8
FISTIK
Allah rehmet elesin.
2 yanvar 2015 17:42
# 7
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
ece uslu
bu haqda bilirdim sevdiyim sairdi
2 yanvar 2015 14:08
# 6
my_angel
Cox sevdiyim sairlerdendi en cox sevdiyim seiri ise "yene o bag olaydi" seiridi
Tesekkurler
2 yanvar 2015 11:19
# 5
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Little girl
Cox sevdiyim sairlerdendir.Tesekkur.
2 yanvar 2015 11:12
# 4
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
BARBI
M musfviqi cox sevirdim cox gozel seirleri var cox heyf gunahsiz yere surgun edibler
2 yanvar 2015 09:33
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Mikayıl Müşviq cox sevdiyim şairlərdən olub cox heyifki represiya qurbanı olub gənc yaşda rəhmətə gedib.Onun dilbər xanımla olan münasibətini burda öyrənmiş oldum Ancaq Mikayıl M.barəsində onun əsl sevgisi də danışıb.Bu şəxs Ənvər Məmmədxanlının bacısı Arifə Məmmədxanlı olub.Məşhur"yene o bag olaydı"şerinidə məs Arifə xanıma həsr edib.Mən bu haqda Arifə xanımın verdiyi müsahibədən bilirəm ancaq bu sevgi qısa ömürlü olur cünki Mikayıl Müşviq vəfat eliyir.Arifə xanımda vəfat edib Allah hər ikisinə rəhmət eləsin.
2 yanvar 2015 09:27
# 2
xeyalperest
Bu melumati oxumuşdum.M.Muşfiqin şeirlerinden cox az oxumuşam (( twk
2 yanvar 2015 08:35
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz