Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hökmdarları idarə edən xanımların kişiləri yoldan çıxarmaq üsulları
Hökmdarları idarə edən xanımların kişiləri yoldan çıxarmaq üsulları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1524
Səs ver:
Belə bir məşhur deyim var: "Çirkin qadın yoxdur, baxımsız qadın var”. Deməli hər bir qadın gözəlliyi ilə kişini cəlb edə bilər. Ancaq xəyanətə uğramaq istəməyən və sevdiyi kişinin onu tərk etməsini xəyalında belə canlandırmaq istəməyn qadınlar təkcə gözəlliyin kifayət etmədiyini yaxşı bilirlər. Bəs sevdiyiniz kişinin ömür boyu sizə sadiq qalmasının və sizi daim sevməsinin bir yolu varmı?
Tarixə nəzər salaraq bunun mümkün olduğunu deyə bilərik. Çünki Merlin Monro, Kleopatra kimi qadınlar kişilərin zəif nöqtələrindən istifadə edətək buna nail olublar. Bəs bu xanımların sirri nədə idi?

Merlin Monrodan məsləhətlər:
Səs tonu ilə sehrləyin!
Ölümündən yarım əsr keçməsinə baxmayaraq, hələ də gözəlliyi və cazibədarlığı ilə yaddaşlarımızdan silinməyən aktrisa hələ gənclik illərində kişilərə təsir etmək qabiliyyətinin olduğunu hiss etdiyini deyib. Aktrisa əsas gücünün gözəllik deyil, səs olduğunu düşünürdü.
"Onların məni öpmək, məni qucaqlamaq istəməsində günahkaram kimi davranmaları xoşuma gəlmirdi. Amma bəziləri ehtiraslı baxışlarımla onları yoldan çıxardığımı deyirdilər. Bəzən də sadəcə səsimlə onları dəli etdiyimi iddia edirdirlər. Hətta onları yerə yatmağa sövq edən enerji göndərdiyimi iddia edənlər də olub”, deyə aktrisa gündəliyində qeyd edib
Merlin Monro ehtiraslı və seksual idi. Amma eyni zamanda, bir qız uşağı kimi məsum və utancaq olduğunu nümayiş etdirirdi. Bu ziddiyyət kişilərin ən böyük fantaziyalarından biridir. Gözəl və seksual qadının bundan xəbəri yoxmuş kimi davranması kişiləri dəli edir.
Kişilər həmişə qorunmağa möhtac, eyni zamanda da seks baxımından həyəcanladırıcı qadın arzusundadırlar.
Merlin Monro səs tonunun kiçik bir qız uşağı ilə seksual bir qadının səsi arasında olmasına diqqət etdiyini və bu yolla bütün kişilərin ürəyinə yol tapdığını etiraf edib.

Kleopatradan məsləhətlər:
Romalı yazar Dio Kassius Kleopatra haqqında belə deyib:
"O, şəxsiyyəti və danışığı ilə ən qəddar düşmənini belə başdan çıxarmağa qadirdir. Sezar onu ilk dəfə görüb, səsini eşidəndə sehrlənmişdi”.
Bəs Kleopatra Sezarı belə diz çökdürməyə qadir olan gücünü nəyə borclu idi?

Ondan üstün olduğunuzu düşündürün!
Kleopatra Sezarla söhbət edərkən Böyük İskəndərin soyundan gəldiyini hər fürsətdə vurğulayırmış. Bu da Sezarın özünü səviyyə baxımından aşağıda hiss etməsinə və Kleopatraya heyran olmasına səbəb olurmuş. Bunu bütün kişilərin üzərində sınamaq olar, hamısı eyni reaksiyanı verəcək. Deyəsən, kişilər bir az mazoxist ruha sahibdirlər, əzab çəkməyi xoşlayırlar. Kleopatra kişilərin bu zəif nöqtəsini kəşf etmiş və bundan faydalanmışdır.

Həyatının sıxıcı olduğunu göstərin!
Kleopatra sadəcə Sezarı deyil, arzu etdiyi hər kişini yoldan çıxara bilib. Onlardan biri də Mark Antonidir. Misirdə Antoniyə ziyafətlər təşkil edən Kleopatra ona Romadan daha əyləcəli həyat vəd etdi. Beləliklə, Antoni Misirin heç olmasa əyləncə baxımından Romadan daha üstün olduğunu qəbul etməli oldu. Məncə bütün bunlardan sonra Antoninin Kleopatraya aşiq olduğunu qeyd etməyə ehtiyac yoxdur.

Fiziki üstünlüklərinizi nümayiş etdirin!
Burada söhbət həddindən artıq açıq-saçıqlıqdan getmir. Sadəcə olaraq elə paltarlar seçin ki, bədəninizdəki ən gözəl yerlərə diqqət çəksin. Kleopatra ən çox sinə və kürək dekoltəsini sevirdi.

Gözlərinizlə danışın!
Baxışlarınız nüfuzedici olmalıdır. Ancaq uzun-uzun baxmaq olmaz. Sadəcə 2-3 saniyə baxıb gözlərinizi çəkməlisiniz. Göz makiyajı ilə hələ də qadınlara ilham verən Kleopatra bu baxış üsulundan istifadə edirdi.

Təhlükəli olun!
Kişilər özlərini təhlükədə hiss etməyi xoşlayırlar. Ona görə də daim təhlükəli olduğunuzu göstərin. Heç vaxt növbəti addımınızın nə olacağını bilmələrinə icazə verməyin. Hər an tərk edə biləcəyinizi, ondan vaz keçə biləcəyinizi göstərin. Kleopatra yanında daim ilan gəzdirərək, əsəbiləşdiyi adamları timsahlara yedirərək istədiyi vaxt qəddar ola biləcəyini nümayiş etdirməkdən çəkinməyib. Təbii ki, sizin onun qədər qəddar olmağınıza ehtiyac yoxdur.

Napoleonun həyat yoldaşı Jozefinadan məsləhətlər:
Napoleon həyat yoldaşını o qədər çox sevirdi ki, İtaliyada müharibədə olarkən tez-tez Jozefinaya məktub yazırmış. Ancaq Jozefina onun hər məktubuna cavab vermirmiş. Arvadını görmək üçün müharibəni tez bitirməyə çalışan Napoleonun gözü Jozefinadan başqa heç kimi görmürdü.

Jozefina buna necə nail olmuşdu?
Əvvəlcə baxışları və davranışları ilə Napoleonu özünə cəlb edən Jozefina eşqinə qarşılıq tapdıqdan sonra sevgilisi ilə soyuq rəftar etməyə başlayır. Deməli idarəni kişinin əlinə vermək olmaz. Onu itirəcəyinizdən qorxaraq hər dediyinə əməl etməyin. Çalışın ki, o, sizi itirməkdən qorxsun.

Qısqandırın!
Jozefinanın başqa biri ilə görüşdüyündən şübhələnən Napoleon onunla daha çox vaxt keçirməyə çalışır. Qadını özünə bağlamaq üçün əlindən gələn hər şeyi edir. Deməli arada bir kişini qısqandırmaq lazımdır.


Şərhlər:
Baxılıb: 1524
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz