loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mona Lizanın milliyyəti haqqında yeni iddia
Mona Lizanın milliyyəti haqqında yeni iddia
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1081
Səs ver:
Son araşdırmalar göstərib ki, bütün dünyada məşhur olan Mona Liza Leonardo da Vinçinin İtalyaya qul olaraq gələn çinli anasının portretidir.
Sənət aləmini bir-birinə qatan bu iddianı Leonardo da Vinçinin həyatı haqqında uzun illər araşdrımalar aparan yazar ortaya atıb. Leonardo da Vinçi haqqında kitab da yazan Angelo Paratiko adlı yazar sənətçinin anasının çinli qul olduğuna əmindir.
"South China Morning” qəzetində yer alan xəbərə görə, dünyaca məşhur rəssamın anası Florensiyanın 30 km. yaxınlığında olan Vinçi qəsəbəsində məskunlaşıb və 1452-ci ildə Leonardonu dünyaya gətirib.
Angelo Paratiko o dövrdə qulların ailə həyatı qurmasının qadağan olduğunu vurğulayaraq Katerina ləqəbindən istifadə edən qadının Leonardonu dünyaya gətirdikdən sonra ortadan itdiyini bildirir.
İddiasını intibah dövrünə aid kilsə qeydlərində apardığı araşdırmalarla dəstəkləyən Angelo həmin dövrdə İtaliya və İspaniyada çoxlu sayda uzaq şərqdən gələn qulların yaşadığını qeyd edir.
Yazarın bu iddialarının doğru olub olmadığını öyrənməyin tək bir yolu var. O da Florensiyada dəfn edilən Da Vinçi və ailəsindən DNT nümunələrinin götürülməsidir.
Tarix boyu Leonardo Da Vinçi və onun sirri hələ də açılmayan "Mona Liza” əsəri haqqında çoxlu iddialar irəli sürülüb. Leonardo da Vinçinin əslən ərəb olduğunu deyənlər də olub.
Ziqmund Freyd 1910-cu ildə Mona Lizanın Da Vinçinin anasının portreti olduğunu, əsərin arxa planındakı görüntülərin isə Çinə aid mənzərə ola biləcəyini iddia edib.
2002-ci ildə isə məşhur rəssamın kökünün orta şərqdən gəldiyi ilə bağlı iddialar qalmaqala səbəb olmuşdu.

Şərhlər:
Baxılıb: 1081
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz