Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar
Göndərən: Miss_Oxatan
Şərhlər:
Baxılıb: 1404
Səs ver:
Volter
Fransız yazıçısı və filosofu Volter bir nəfər ruhaninin onun qonaqpərvərliyindən istifadə edərək evinə tez-tez 
qonaq gəlməsindən bezir. Nəhayət, yazıçı ona deyir:

— Sizinlə Don Kixotun arasındakı fərqin nədən ibarət olduğunu bilirsinizmi? Don Kixot hər bir karvansaranı saray hesab edirdi, siz isə hər bir sarayı karvansara hesab edirsiniz!
 
Corc Vaşinqton
ABŞ-ın ilk prezidenti olmuş Vaşinqton günlərin bir günü səyahət edəndə gəlib Corciya ştatında kiçik bir 
kəndə düşür. O kənd restoranına girib üç yumurta bişirtdirmiş və yedikdən sonra:

— Nə qədər verməliyəm? — dedikdə:

— Yüz dollar! — deyə, restoran sahibi cavab verir. Qiymətin bu qədər baha olduğuna təəccüb edən Vaşinqton:

— Görünür, sizin yerlərdə yumurta nadir tapılan şeydir! — deyir

— Xeyr cənab, yumurta nadir tapılan şey deyil. Bu yerlərdə prezident nadir görünən şəxsdir! — deyə cavab verir. 

Volfqanq Motsart
Bir gənc bəstəkar məşhur alman bəstəkarı Motsarta müraciət edərək soruşur:

— Simfoniyanı  necə yazmaq lazımdır?

— Siz hələ gəncsiniz, yaxşı olardı ki, əvvəlcə ballada yazmaqdan başlayasınız! — deyə Motsart cavab verir. Gənc bu məsləhətə etiraz edərək deyir:

— Siz özünüz simfoniyanı on yaşına çatmamış yazmağa başlamadınızmı?

— Doğrudur… Ancaq mən simfoniyanı necə yazacağımı başqasından soruşmamışdım! — deyə cavab verir.

Aleksandr Düma
Aleksandr Düma xəstə olduğu zaman yanına gəlmiş həkim deyir:

— Vəziyyətiniz ciddidir, siz hər bir təsadüfə hazır olmalısınız. Sizin bu çətin günlərinizdə görüşmək istədiyiniz biri varmı?

Düma bu sual qarşısında bir qədər fikirləşib deyir:

— Əlbəttə!

— Kiminlə görüşmək xəyalınız var?

— Başqa həkimlə! — deyə cavab verir.


Albert Eynşteyn
Albert Eynşteyn səliqəsiz geyinən və dalğın düşüncəli bir insan idi. Bir gün də dərin düşüncəyə daldığı halda gedərkən dostlarından birinə rast gəlib deyir:

— Axşam bizə qonaq gəl, professor Stimson da bizdə olacaqdır.

— Stimson elə mən özüməm də! — deyə dostu cavab verdikdə:

— Heç əhəmiyyəti yoxdur. Hər halda sən gəl! — deyib alim sözündə israr edir.

Sokrat
Qədim yunan filosofu Sokrat haqqında çıxarılmış ölüm hökmünü soyuqqanlı qarşılayır. Zəhər dolu piyaləni ağzına yaxınlaşdırdıqda arvadı ucadan ağlayaraq:

— Ərim günahsız olaraq məhv edilir! — dediyini eşidib:

— Yoxsa sən istəyirsən ərini müqəssir kimi məhv edəydilər? — deyə ona təskinlik verir.

Nikolay Konstantinoviç Mixaylovski
Redaksiyaya gəlmiş özündən razı şairlərdən biri əsərlərini tənqidçi və redaktor Mixaylovski tərəfindən rədd edildiyini bilib hay-küy salaraq deyir:

— Bu tarixi səhvdir, xalq mənim əsərlərimi Tolstoy yaddan çıxandan sonra belə, oxuyacaqdır.

Mixaylovski gülümsəyərək ona cavab verir:

— Bu ola bilər. Lakin sizin əsərləri Tolstoy yaddan çıxmamış oxuyan olmayacaqdır!

Nəsrəddin Şah
Qacar sülaləsindən olan İran hökmdarı şeir yazarmış. O öz şeirlərindən bir divan bağlamışdı. Bir gün saray şairini çağırıb şeirlərini oxumağı və fikir bildirməyi söyləyir. Ona deyir:

— Şeirlərimi tənqid etmək istəsən ehtiyyatlı ol. Ola bilər ki, sənin tənqidin mənim xoşuma gəlməsin və bunun üçün sənə ağır cəza verməli olum. Buna görə də hansı şeirimin zəif cəhətini göstərmək istəsən o yerə ancaq barmağını qoymaqla işarə et!

Şair padşahın qeydini nəzərə alaraq divanı oxuyur, sonra kitabı bağlayaraq barmağını kitabın üstünə qoyur.

Nəsrəddin Tusi
Marağa şəhərində rəsədxana tikilməsi məsələsi irəli sürüldükdə monqol padşahlarından biri Nəsrəddin Tusini yanına çağırıb deyiri:

— Ulduzlar elminin nə faydası var ki, rəsədxana tikilməsi üçün bu qədər xərc çəkək?

Tusi padşahın icazəsi ilə şəhər yaxınlığındakı dağın başından misdən qayrılmış böyük bir qabın aşağı fırladılmasını xahiş edir. Qab fırlanıb gələrkən böyük gurultulu salmış və bu səsi eşidənlər qorxuya düşüb qaçırlar. Tusi sakit oturan padşaha deyir:

— Bax, bu hadisənin səbəbi bizə məlumdur, ona görə də sakit oturmuşuq, amma başqaları qorxudan bilmir nə etsin. Bu qayda ilə sakit yaşamaq üçün göydəki hadisələri bilmək lazımdır.


Şərhlər:
Baxılıb: 1404
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz