Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölümlərini "kəşf" edənlər
Ölümlərini
Göndərən: Glamurka Nemiska
Şərhlər:
Baxılıb: 1815
Səs ver:
Həm şöhrət, həm də pul gətirən şeylərdən biri də kəşfdir. İnsanlar həmişə nəsə icad etməyi arzulayıblar. Ancaq bəziləri var ki, kəşfləri insanlara fayda versə də, özlərinin ölümünə səbəb olub.Bu insanları təqdim edirəm

Mariya Küri
Kimyaçı iki dəfə Nobel mükafatını qazanan ilk qadın olan Küri də öz ixtirasının qurbanı olub. Çox yüksək radioaktivliyə malik radium və polonium elementlərini kəşf edən Küri I Dünya Müharibəsində yaralı əsgərləri müalicə etmək məqsədilə radiumdan alınan radon qazından istifadə edib. Ömrünün böyük hissəsini radioaktiv elementlərin içində keçirən Kürinin sağlamlığı getdikcə pozulub. Küri 4 iyul 1934-cü ildə 66 yaşında anemiyadan dünyasını dəyişib.

Tomas Endrüs
Memar İrland Tomas Endrüs mindən çox insanın ölümünə səbəb olan "Titanik” gəmisinin memarlarından biri olub. Endrüs da həmin gəminin sərnişinləri kimi Atlantik okeanının dibinə yuvarlanıb.

Horas Louson Hanli
Hərbçi Konfederasiya ordusunda hüquqşünas və dəniz mühəndisi kimi fəaliyyət göstərən Hanli ABŞ Vətəndaş Müharibəsində sualtı qayıq ixtirası ilə məşhurlaşıb. Sualtı qayıqla ilk səfərində 9 nəfərlik heyətin 5 nəfəri dünyasını dəyişib. Daha bir sınaqda özü də içində olmaqla bütün heyət həyatını itirib.

Boqdanov
Həkim Boqdanovun adı bəlkə çoxuna yaddır, ancaq kəşf etdiyi müalicə üsulu haqqında hamı məlumatlıdır: qan köçürməsi. İqtisadçı, professor, həkim Boqdanov gəncləşmək eşqi ilə bir neçə dəfə özünə qan köçürüb. 11 dəfə uğur qazana bilən həkim 12-ci dəfə uğursuzluğa düçar olub. Həkimlər onun infeksiyalı, yaxud uyğun olmayan qan istifadə etdiyi üçün öldüyünü deyirlər.

Uilyam Ballok
Naşir 1863-cü ildə fırlanan çap maşınını kəşf edən Uilyam Ballok bir gün təsadüfən xarab olan maşına əsəbiləşərək onu təpikləyib. Belə bir versiyada var ki, bilməyərəkdən ayağı maşının harasınasa ilişib. Ayağı infeksiyaya yoluxub və o, bir müddət sonra qanqrendən dünyasını dəyişib.

Kristin Çabbak
Verilişdə intihar edən aparıcı Kristin Çabbak televiziyada intihar edən ilk və yeganə xəbər aparıcısı kimi tarixə düşüb. O, 1974-cü ildə televiziya proqramının başlamağından 8 dəqiqə sonra depressiyaya düşərək bunları deyib: "Kanalımız 40 ildir ki, xəbərləri, qanlı cinayətləri və fərqli yanaşmaları birinci çatdırıb. İndi birinin də şahidi olacaqsınız”, — deyərək tapançasını çıxarıb və başına atəş açıb.

Feliks Faure
Fransız baş nazirin ölümü 1890-cı ildə Fransanın baş naziri olan Feliks Faure öz ofisində məşuqəsi ilə sevişərkən həyatını itirib. Qatili kompüter oldu 28 yaşlı Li Sanq Seop 2005-ci ildə internet kafedə 50 saat dayanmadan kompüterdə oyun oynayıb və dünyasını dəyişib.

Li Po
Ayı qucaqlamaq istədi Şair Li Po Çin ədəbiyyatının ən yaxşı şairlərindən hesab olunur. Şair həm də likor aludəçisi kimi də tanınır. Ən yaxşı şeirlərini sərxoş halda yazan Li Po bir gecə Yantszı çayında qayıqla gəzəndə suyun üstünə düşən ayın əksinə elə vurulub ki, onu qucaqlamaq istəyib və çayda boğularaq ölüb.

Hans Şteininger
Ən uzun bığın cəzası Avstriyalı Hans Şteininger 1,4 metrlik bığı ilə tanınırmış. 1567-ci ildə şəhərdə yanğın başlayıb. Hans qaçanda bığını yığmaq yadından çıxıb. Çox keçməmiş bığını tapdalayıb, yuvarlananda boynu qırılıb və ölüb.

Cek Deniel
Parolunu unudan Cek Deniel Məşhur viski istehsalçısı Cek Deniel səhər işə tez gəlib kassasını açmaq istəyib. Ancaq parolunu heç cür yadına sala bilməməyinə əsəbiləşib kassaya təpik vurub. Nəticədə, Denielin ayağının baş barmağı zədələnib və bir müddət sonra infeksiyadan dünyasını dəyişib.

Adolf Frederik
Yeyə-yeyə ölən kral İsveç kralı Adolf Frederik yemək sevgisi ilə tanınırmış. "Ölümüm döyüş meydanında yox, yemək süfrəsində olsun” sözünün müəllifi Frederik elə istədiyi kimi də ölüb. 1771-ci ildə, 61 yaşında kök supu, balıq, ikra, xərçəng, 10 qədəh şərab və 14 pors şirniyyat yeyəndən 5 dəqiqə sonra nəfəsi kəsilib.

Harri Haudini

sehrbaz Tarixin ən böyük sehrbazlarından olan Harri Haudini bir səhvin qurbanı olub. O, şoudan əvvəl iki kollec tələbəsinin fiziki gücünü nümayiş etdirmək xahişinə yox deyə bilməyib. Bədəninin nə qədər yumruğa tab gətirəcəyini göstərmək istəyən Haudninin iltihablı korbağırsağı partlayıb. Sehrbaz əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb.


Şərhlər:
Baxılıb: 1815
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz