Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sokrat haqqında
Sokrat haqqında
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1468
Səs ver:
Antik yunan filosofu Sokrat e.ə. 469-cu ildə Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət etmişdir. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak etmişdi. Heç bir əsər yazmadığına baxmayaraq iki min beş yüz ildən artıqdır ki, onun haqqında saysız-hesabsız əsərlər yazılmışdır. Fikirlərini şifahi yayırmış.

Sokratın yaşadığı vaxtlarda Afinada çoxlu məktəblər var idi. Ən kasıb adamlar belə təhsil ala bilirdi. Amma onlara dərsi daha ibtidai imkanlarla keçirdilər. Çox vaxt açıq havada yığışar, çubuqla qum üstə yazı yazardılar, çöplərlə toplama, çıxma və s. öyrənərdilər. Elitar məktəblər də yetərincə idi. Bunlarda o dövr üçün çox yüksək səviyyəli təhsil verilirdi. Sokrat varlı Kratonun köməyi ilə öz dövrünə görə ən yaxşı müəllimlərdən təhsil almışdı. Onun oxuduğu məktəbdə şagirdlərə o vaxt yunanların bildiyi hər şeyi öyrədirdilər. Amma orada öyrəndiklərinin həyatda ona, demək olar ki, heç bir yararı olmurdu. Sokrat belə hesab edirdi ki, fəlsəfə insan həyatından ayrılmamalıdı.

Sokrat təhsili bitirəndən sonra atasının yanında daşdan heykəl yonanda görürdü ki, bu biliyin onun həyatına heç bir faydası yoxdu. "Allah"lar haqqında öyrəndiklərini yadına salırdı. Antik yunanlarda çoxallahlılıq olub. Baş "allah" Zevs idi. Bundan başqa, külək, dəniz, günəş, müharibə, şənlik, ölüm… "allahı". İlahələr də vardı. Müdriklik, əkinçilik, ədavət və s. Onlar guya göydə və insanlar kimi yerdə yaşayırlar. Evlənirlər, yoldan çıxır və çıxarırlar. Dalaşırlar, əxlaqsızlıq edir, kələk gəlirlər. Baş "allah" Zevs haqqında öyrədilirdi ki, o, güclüdür, qorxuludur, kim xoşuna gəlir, kömək edir, kimdən acığı gələrsə, ildırım göndərib onu vurur. Daşdan olan məbəddə Zevs əlində ildırım tutan qoca kişi kimi təsvir olunurdu. Reputasiyası da örnək olacaq deyildi: Zevs çarlığa öz atasını göydən cəhənnəmə yuvarlamaqla gəlib. Sokrat bütün bunları, Zevsin öz arvadı ilə dalaşmasını, onu aldatmasını, bir dəfə içib lül-qənbər olmasını, bundan sonra "allahların" və adamların onu aldatmasını öyrənəndə düşünürdü: Bu Zevs özü adam balası kimi yaşamağı bacarmır. Afina adlı ilahə də çox məşhur idi. Şəhərin adı da onun adından götürülmüşdü. Afinanın heykəli də vardı. Başında şlem, əlində qızıl nizə. Deyirdilər ki, o, müdriklik öyrədir. Sokrat onun haqqında bilgiləri sərf-nəzər edəndə bu qənaətə gəldi ki, əslində bu "ilahə"dən də öyrəniləsi heç nə yoxdu. Afina hiyləgər və qəddardır, əziz-xələflərinə kömək edir, günahsızlara divan tutur. Bir dəfə Afina xəbər tutub ki, bir yunan qız parça toxumaqda və paltar tikməkdə ondan daha mahirdir. Paxıllıq hissi Afinaya rahatlıq vermir. Nəhayət, qızcığazı hörümçəyə çevirir. Demək, adları allah olsa da, mənəvi planda adi insandan fərqlənmirlər, bəzən isə onlardan da pisdilər. Sokrat düşünürdü: yox, bunlar allah-filan deyil, adamlara da bir faydaları yoxdu. Onlar insanlardan da zəif və yaramazdılar. Və allah axtarmağa başladı. "Daxilimdən gələn bir səs mənə çox zadlar öyrədir. Bu, pak vicdanımın səsidir". Nəhayət, Sokrat aradığını tapdı. Belə hallar bir neçə dəfə baş vermişdi: çıxış yolu arayanda görürdü ki, içindən bir səs gəlib deyir: "belə olmaz". Və ya "düz yoldasan, belə də etmək lazımdır". Görürdü ki, bu səsin dediklərinə qulaq asanda peşman olmayıb. "Allah budur" deyə qənaətə gəldi. Bu, bir kəşf idi. İslama görə, Allahın ayələri təkcə tənzili – göndərilən (vəhy yolu ilə peyğəmbərlər vasitəsi ilə insanlara çatdırılan) deyil, həm də təkvini ayələr (varlıqda olan ayələr) var. Bunların bir hissəsinə ənfusi (nəfsdə, insanın daxilində olan) deyilir. Və insan öz könül dünyasını təmizləməklə o ayələr vasitəsi ilə özünü dərk edib Allaha yaxınlaşa bilər. Bu məqama çatanda artıq atası ölmüşdü. Sokrat evlənmişdi, uşaqları vardı. Nəhayət, bir gün bu əhvalatı arvadına danışdı. Amma… arvad əvvəl onun dediklərinə inanmadı. Düşündü ki, yəqin, başına hava gəlib. Amma sonra Sokrat bu barədə camaata danışacağını deyəndə arvadı belə dedi: "Sən bunu etməməlisən. İş-gücünü buraxıb camaata ağılmı öyrədəcəksən? Onlardan sənə heç bir fayda gəlməz. Bizə yazığın gəlsin. Mənə və uşaqlara zülm eləmək istəyirsən? Sənsiz də müəllimlər çoxdu". Amma Sokrat arvad sözünə qulaq asan deyildi. Xanımının sözləri onun israrını daha da artırdı. Axırda bir gün meydana çıxıb bütün bunları camaata danışdı. İnsanlar arasında təbliğat aparmağa başladı. O, məktəbi bitirəndən sonra daş yonmaqla atasının yolunu davam etdirirdi. Bu işi ilə anasının da sənətini davam etdirirdi. Fenaretanın mamaça olmağından danışan Sokrat deyirdi ki, o da anasının peşəsinə oxşar işlə məşğuldur. Sadəcə, anası adamlara, o isə fikirlərə doğulmaqda kömək edir. Sokrat zahiri cəhətdən çox görkəmsiz adam idi. Ömrü boyu ailəsi ilə ən yoxsul həyat sürmüşdü. Buna görə də arvadı Ksantipplə dava-dalaşları çox məşhurdur. Sokrat Anaksiqorun təsiri ilə hər cür dünyəvi işdən əl çəkib Afina vətənpərləri kimi Spartaya qarşı döyüşlərdə iştirak etmişdir. Yunan fəlsəfəsində insanı - onun etik davranışlarınıfəlsəfənin başlıca mövzusuna çevirmişdir. Buna görə də yunan fəlsəfəsi Sokrataqədərki və ondan sonrakı mərhələlərə də ayrılır. Şagirdləri içərisindən bir çox məşhur filosof və tarixçilər yetişmişdi. Qocalıqda dinsizlikdə ittiham olunubölümə məhkum edilmişdi.Həbsxanada zəhər içib intihar etmişdi.

Sokratın məşhur aforizmləridə vardır.
Biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik.
Onu bilirəm ki, heç nə bilmirəm.
Danış, səni görüm.
Yalnız bir xeyir var – bilik.
Yalnız bir şər var – cəhalət.
Sərxoşluq nöqsan doğmur, onları üzə çıxarır.
Evlənmək vaxtınız gəldimi, evlənin. Qorxulu heç nə yoxdu. Əgər arvadınız yaxşı olar, xoşbəxt olarsınız, pis olar, filosof olarsınız…


Şərhlər:
Baxılıb: 1468
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz