Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlk azərbaycanlı fotoqraf
İlk azərbaycanlı fotoqraf
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1129
Səs ver:
Fotokameranın Çar Rusiyasına gəldiyi vaxtlarda Azərbaycanda ilk fotoları əsasən ruslar və digər millət nümayəndələri çəkiblər. Mircavad Axundzadə isə Azərbaycanı çəkən ilk azərbaycanlı fotoqraf kimi tarixə düşüb. Onun haqqında məlumat çox az olduğuna görə bütün məlumatları bir yerə toplamağı qərara aldıq.

Mircavad Axundazadə 1909-cu ildə Bakının Maştağa kəndində anadan olub. Məşhur Axundzadələr nəslindəndir. Atası Seyidağa Axundzadə qabaqcıl fikirli, mütərəqqi ziyalılardan olub. Babası Axund Mirhüseyn isə İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil almış, bununla yanaşı tarix, coğrafiya və tibb kimi dünyəvi elmlərlə də yaxından maraqlanmışdır. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dostluq etmişdir. Oğlu Seyidağa (Mircavadın atası) H.Z.Tağıyevin "Kaspi” mətbəəsində çalışmış, ara-sıra dövri-mətbuatda çap olunmuşdu.

Lap kiçik yaşlarında fotoya həvəs göstərən Mircavad tez-tez atasının işlədiyi mətbəəyə gedir. Orada Lifşits adlı bir alman balaca Mircavadın bu marağını görmüş və ona fotoaparat hədiyyə etmişdi. Mircavad artıq 9 yaşında ikən fotoaparatla şəkillər çəkməyə başlamışdı.

İlk fotoqrafın fotoları və lentlərinin neqativləri hazırda arxivdə saxlanır. Onun haqqında Şamil Nəcəfzadənin rejissorluq etdiyi "Ağ-qara dünya” adlı qısametrajlı sənədli film çəkilib. Film Aşqabadda "Firuzə baharı” festivalında mükafat qazanıb.

Rejissor Ş.Nəcəfzadə müsahibəsində deyib ki, filmin çəkilişinə təşəbbüs 1991-ci ildə "Yaddaş” sənədli filmlər studiyasından irəli sürülüb. "Bu mənim ilk sənədli filmim oldu. Çəkilişlər Maştağada aparıldı. Biz filmi onun yaşadığı evdə çəkdik. Həmin vaxt o, evdə qızı və nəvəsi ilə yaşayırdı. Film sanki yaxın keçmişimizə bir səyahətdir. Filmdə qocaman fotoqrafın çəkdikləri fotolarla yanaşı, digər fotoqrafların da şəkilləri yer alıb. Filmdə həyatın müxtəlif anlarını dondurub saxlayan, yaşadan və nəsillərdən nəsillərə ötürən fotolar göstərilib.”

Rejissorun sözlərinə görə, filmi çəkəndə qocaman fotoqrafın gözləri görmürdü. "Biz filmi çəkəndə çalışırdıq ki, bu məqamlar hiss olunmasın. Mircavad Axundzadə filmin təqdimatına qızı və nəvəsi ilə gəlmişdi. Təqdimatda da nəvəsi kino təsvirlərini onun qulağına pıçıltı ilə danışırdı.”

Mircavad Axundzadə 1996-cı ildə Bakıda vəfat edib. Dünyadan köçəndən sonra fotoqrafın evi satılanda arxivi köhnə evdə qalaraq itib.


Şərhlər:
Baxılıb: 1129
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz