Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şair qəlbli xanım - Ağabəyim ağa
Şair qəlbli xanım - Ağabəyim ağa
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1953
Səs ver:
Ağabəyim ağa— azərbaycanlı şairə, Qarabağ xanı İbrahimxəlil xanın qızı, Azərbaycanın tanınmış şairəsi Xurşid Banu Natəvanın bibisi, İran şahı Fətəli şahın arvadı. Ağabəyim 1780-ci ildə Şuşada Qarabağ xanı İbrahimxəlil xanın ailəsində anadan olmuşdu. Hələ gəncliyində şeirlər yazmışdı.
 
Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün” İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı  hərəmxanasına göndərməsini istəyir. İbrahimxəlil xan 1801-ci ildə bu nigaha qol qoyur və öz sevimli qızını İran hökmdarı Fətəli şaha ərə verir.
 
Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir xanım idi. O, dəfələrlə dustaqların zindandan azad edilməsinə, əsirlərin buraxılmasına, ölüm hökmünə məhkum edilmişlərin əfvinə nail olmuşdu.
 
Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifdən dərs almış, sonradan fransız dilini öyrənmiş, dövrünün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdı. 1811-ci ildə o, Fransa imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napoleon Bonaparta məktub göndərmişdi.
 
Ağabəyim ağa Qarabağı çox sevən, Vətən həsrəti ilə yaşayan bir əsilzadə idi. Digər bir mənbənin yazdığına görə, İrəvan xanı "Sarı Aslan” ləqəbli Həsən xanı rus əsirliyindən Ağabəyim ağa qurtarmışdı.
 
Qəriblikdə ömür-gün sürən, min naz-nemətin içində bəslənsə də, qəlbi yurd acısı ilə göynəyən Ağabəyim ağanın Vətən həsrətli bayatısı dildən-dilə düşmüşdü:
 
Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
 
Ağabəyim ağanın könlünü şad etmək, onu sevindirmək üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırır. Qarabağdan, Şuşadan ağac, gül-çiçək gətizdirib əkdirir ki, Ağabəyim ağa doğma yerlərin havasını bu bağdan ala bilsin. Hətta bağbanı da Şuşadan gətirirlər.
 
Əkilən hər şey bitir, təkcə Xarıbülbül adlı güldən başqa. Onu dəfələrlə gətirib əksələr, nə qədər qulluq etsələr də, solub məhv olur. Bundan təsirlənən Ağabəyim ağa belə bir bayatı deyir:
 
Vətən bağı al-əlvandır,
Yox içində Xarıbülbül?
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?
 
Ağabəyim ağa 1832-ci ildə 52 yaşında Tehranda vəfat etmiş və Darül-İman adlanan Qum şəhərində dəfn olunmuşdu.
 


Şərhlər:
Baxılıb: 1953
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz