Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heqiqeten oxumaga deyer...
Heqiqeten oxumaga deyer...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2643
Səs ver:

Heqiqeten oxumaga deyer...

 

Çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı. Günlərin bir günü bu oğlan bir gənc qıza möhkəm aşiq olur. Bir az keçəndən sonra oğlan aşiq olduğu qıza evlənmək təklifini verir. Lakin qızın bir qüsuru var idi: onun bir əli şikəst idi. Buna görə qızcığaz oğlandan utanırdı və gecə-gündüz Allaha ona şəfa verməsini dua edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını qəbul edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana razılığını bildirir və onlar evlənirlər. 
Bir gün cavan cütlük mehribancasına evlərində nahar edirdilər. Bu zaman evin qapısına bir dilənçi yaxınlaşır və ev yiyələrindən ona yardım etmələrini yalvarır. Bunu eşidən kimi, qız iki dilim çörəyi götürüb dilənçiyə vermək istəyir. Lakin əri ona bunu etməyə iñazə vermir. Qız fikirləşir ki, əri xəsislik edir və buna görə gözləri yaşla dolur. Elə bu an əri ona belə deyir: İki dilim çörək çox azdır, ona bir qab dolu yemək ver. Qız sevincək yeməyi dilənçiyə verəndə təəccübündən donub-qalır. Çünki həmin şəxs onun birinci əri idi. Bu insan vaxtilə çox varlı, adlı-sanlı adam idi, lakin o qədər xəsis idi ki, sonda dilənçilik etmək məcburiyyətində qalır. Qız yeməyi verib, bikef halda oturur və həyat yoldaşına öz añı hekayəsini danışır: Birinci ərim çox xəsis idi. Bir gün evdə tək idim, bir dilənçi gəldi, mən də ona bir toyuq verdim, içinə də qiymətli üzüyümü qoydum. Ərim evə qayıdanda bundan xəbər tutdu və qəzəblənərək məndən boşandı, hələ üstəlik, şəhərdən qovub əlimi kəsdi. Bütün buna heyrətlə qulaq asan oğlan dözməyib ağlayır. Qız bunun səbəbini soruşanda, oğlan belə deyir: Üzüyü verdiyin həmin dilənçi mən idim. Və məhz bu üzük vasitəsilə mən varlandım. 
Bu hekayə bizlərə çox şeyi öyrədir, insanın etdiyi yaxşılığı onun özünə xidmət etmiş olur...!!!

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 2643
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz