loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QADIN OLMAQ... Nedir Eslinde?
QADIN OLMAQ... Nedir Eslinde?
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 3180
Səs ver:

Qadın olmaq çətin sənətdir əslində! Doğuşdan yaranan hisslərlə kəşfə çıxmaq ya da təbiətdə çox normal fərz edilən ,lakin cəmiyyət tərəfindən basdırılmış duyğuları anlaya bilmək üçün mebarizə aparmağı öyrənmək, həyatın mənasını bəlkə uzaqlarda axtarmaq, bəlkə gözünüzün qarşısında sizə təqdim edilən fürsətləri axtarıbda tapmamaqdır.Hayatın mənasını kəşfə çıxmağa başladığımız andan etibarən önümüzə buraxılan məsuliyyətləri, üstünlükləri ya da onların gətirəcəyi bir yığın detalıda çıxdığımız yola sürüyərik özümüzlə. Məqsəd: Xəyallarımız bəzəyən bir dünyanın yolunu tapa bilməkdir. Tək səfərdə və tək bir addımda bəlkə də. Asan kimi gəlsə də əslində bu çətinl səfər yola çıxdığımız andan etibarən bizi öz xaosunun içinə alib götürər yavaşca. Və o andan etibarən həyatın çətin mübarizəs start verər öz işinə .Budur bizə doğuşdan verilən o qabiliyyətimizi, həyatla mübarizə etmək gücünüdə də bu addımlarda gücləndirmək lazımdır.

Həyat: o yola çıxarkən, yeni həyəcanlarla, yeni həvəslərlə, özünü kəşf etməyə başlamanın vermiş olduğu həzz ilə yaşadar bizi.Bəzən də səhv yollardan sürüyüb məqsəddən uzaqlaşdırar bizi. Hər bir küçəsini qarış qarış bildiyin könüldə yox oluruq bir anda. Hara dönülsə çıxmaz küçə olur. Bizlərə təqdim edilənləri əslində görmək o qədər asandır ki. Yalnız özümüz kimi olmaq çatır sonda köməyimizə. Biz illərdir nə ilə yarışırıq ? Özümüzlə yoxsa həqiqətən həyatın bu çətin  maneələriylə? 
Sizlərlə bir olub bu suallara cavab axtarışa nə deyərsiniz? Həyat məqsədimiz nə idi? Bu an dayandığımız yer həqiqətən istədiyimiz yerdir? Qadın olmaq çətin sənətdir dedim. Bəli çox çətindir əslində! Üzərimizə yapışdırılmaq istənən bir çox xüsusiyyəti daşımaq üçün ya da o xüsusiyyətlərə sahib olmaq üçün illərlə çalışıb dayanırıq,həm də bu tək düzənliklər içində.Sonrakı nəsilləri ardımızca sıralarkən heç dəyişmədi bizdə olması lazım olan bu standartlıqlar.Gözəl olmaq, modanı təqib etmək, saçlarımızın qüsursuz olması ya da ideal kilomuzu qoruya bilmək qadında olması lazım olan xüsusiyyətlərdir. Yaxşı ya bizdə heç görülməyən xüsusiyyətlərimiz! Ağıllı olmaq,əl bacarıqlarımızın olub da görülməməsi,qəlb gözəlliyimizin əslində kilolarımızdan daha əhəmiyyətli olmasıdır…
Bizə verilən bu qabiliyyət, sənət bütün bunların bir arada ola bilməsi üçündür. Biz qadınlara isə artıq bizə verilən bu xüsusi qabiliyyəti kəşf etmək və qadın olmanın sərhədsiz olaraq dadını çıxartmaq qalır…

 

Tərcümə Etdi :N E L L I

 


Şərhlər:
Baxılıb: 3180
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz