Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeddinci qayda : İntim münasibetlerde tecrübenizi
Yeddinci qayda : İntim münasibetlerde tecrübenizi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8419
Səs ver:
Yeddinci qayda : İntim münasibetlerde tecrübenizi

Yeddinci qayda : İntim münasibetlerde tecrübenizi

Yeddinci qayda : İntim münasibetlerde tecrübenizi artırın, aile heyatında intim münasibetlere aid onlardan intim sualları tam semimilikle cavablandırmağı bildirir. Bütün cavabları tam deqiqlikle inceledikden sonra yaxşı bir kitab oxuyun!

Vaxtile Amerikanın sosial gigiyena bürosunun hekimi Ketrin Biment Devis minlerle erde olan qadınla sorğu aparır ve bele bir qenaete gelir ki, boşanmaların esas sebelerinden biri kişi ve qadının fiziki uyğunsuzluğudur.

Doktor Dj.V.Hamilton terefinden aparılan tetqiqat da bunu gösterir.Dörd il erzinde Dr.Hamilton 100 kişi ve qadının aile heyatını öyrenib.Doktor her bir kişi ve qadına 400e yaxın sual verib.Tedqiqatın uzun çekmesinin sebebi de bu meselenin çox deqiqlikle ve incelikle öyrenilmesi olub.Bu işi o qeder yüksek qiymetlendirilir ki, bir neçe filantropdan ibaret bir qrup mütexessis bu tedqiqatı maliyyeleşdirmeyi öz üzerine götürür..Neticelerle Dr.V.Hamilton ve Kennet Makqouenin “Nigahlar niye uğursuzdur?” kitabında tanış ola bilersiz (ing.George G.V.Hamilton, Kenneth Macgowan.”Whats Wrong with Marriage?”)

Bes sizce uğursuzluqların sebebi nedir? Dr.Hamilton qeyd edir ki,yalnız özüne çox inamlı ve emin olan psixiatr deye biler ki, aile mübahiselerinin esas sebebi intimual uyğunsuzluq deyil.Her halda bunu da nezerde saxlayın ki, çox mübahiseleri eger intimual münasibetler yaxşı olarsa “ignore” etmek olar…

Evvel de adını çekdiyimiz Pol Popenau qeyd edir ki, aşağıdakı sebebler ailenin dağılmasına getirib çıxarır:
intimual disharmoniya
Müxtelif fikir ayrılıqları
Maddi problemler
Psixi, fiziki, emosional pozğunluqlar

Gördüyünüz kimi, intimual uyğunsuzluq birinci yerde, maddi probler çox maraqlı olsa da üçüncü yerde durur.Hetta boşanmalarla meşğul olan bütün mütexessisler nigahın uğurlu olması üçün intimual münasibetlerin çox böyük rolu olduğunu bildirirler.

Meşhur psixoloq Djon V.Uotson deyir:”tam semimi danışsaq, intim insan heyatındakı en vacib şeydir.Hamının qebul etdiyi kimi aile dağılmalarının esas sebebi kimi  de qiymetlendirilir.

Çox maraqlıdır ki, her şeyin bu qeder inkişaf etdiyi bu dövrde insanlar hele de intim haqqında tam biliklere sahib deyiller.

18 il bir kilsede işlemiş bir keşiş qeyd edir ki, o çox böyük mehebbetle evlenmiş,bir-birine derin hörmeti olan aileler tanıyırdı.Mesele orasındadır ki, bu insanlar bu gözel xüsusiyyetlere malik olsalar da intim meselelerde çox savadsızlar”

Doktor Batterfild qeyd edir ki, intim aileni xoşbext eden bir çox amillerden biridir, lakin onun olmaması diger amillerin de öz rolunu öldürür.

Amerikanın tanınmış jurnallarından birinde Emmeta Krozier “Nigahlar niye dağılır?” adlı meqale ile çıxış edir.Hemin meqalede aşağıda oxuyacağınız suallar da yer almışdı. Her bir suala “beli” cavabı 1 xalla qiymetlendirilir ve 10 xal olarsa, bu sizin böyük ehtimalla xoşbext olduğunuzu gösterir.

Kişiler üçün suallar
Yoldaşınıza ne derecede diqqet gösterirsiniz? Vaxtaşırı ona gül hediyye edirsiz? Onun ad günü, toy gününüzü xatırlayırsız? Sürprizler edirsiz?
Xanımınızı başqalarının yanında tenqid etmemeye xüsusi diqqet yetirirsiz?
Ona ev xerclerinden başqa, özüne xerclemek üçün cib xercliyi verirsiz?
Vaxtaşırı xanımınız esebi ya yorğun olanda onu başa düşmeye çalışırsız?
Boş vaxtınızın heç olmasa yarısını xanımınızla keçirirsiz?
Eger yoldaşınız yaxşı yemek hazırlaya bilmirse,siz bunu hemişe ona bildirib,digerlerinin,meselen,ananızın,ya başqasının daha yaxşı hazırladığını iddia edirsiz?
Onun şexsi maraqları ile ne derecede maraqlanırsız? Meselen,sosial problemlere baxışı, oxuduğu kitablar,bir sözle maraqlandığı her şey.
Xanımınızı diger kişi tanışları ile reqs etmeye ya münasibet saxlamağa icaze verirsiz?Ümumiyyetle buna münasibetiniz necedir?
Fürset düşdükce onu terifleyir ve onula fexr etdiyinizi bildirirsinizmi?
Yoldaşınızın sizin üçün etdiyi xırda şeyler üçün ona teşekkür edirsiz?meselen,düymenizi tikdikde,size çay tökdükde, paltarınızı temizlemeye verdikde ve s.

Xanımlar üçün suallar
Yoldaşınıza ne derecede azadlıq verirsiz? Meselen, onun seçdiyi dostlar, ya katibesine tenqidle yanaşırsız, yoxsa seçimine hörmet edirsiz?
Elinizden geleni edirsinizmi, evinizde her şey maraqlı, celbedici olsun?
Ona gözlemediyi, maraqlı sürprizler edirsiz?
Yoldaşınızın işi ile bağlı kifayet qeder melumatınız var? Meselen,onunla işi haqda danışa,fikirlerini bölüşe bilirsiz?
Maddi durumunuz yaxşı olmadıqda yoldaşınızı hemişe qınayırsız?Ya başqaları ile müqayise edirsiz? Meselen, “qonşunun kişisine bax, qaz vurub qazan doldurur…”
Onun anası,qohumları ile dil tapmağa çalışırsız?
Yoldaşınızın zövqünü nezere alaraq geyinirsiz, yoxsa onun fikri size maraqlı deyil?
Müxtelif mövzulara münasibetiniz müxtelif olduqda, sonda onun xetrine bunula razılaşırsız, yoxsa, öz dediyinizin üstünde durursuz?
Onun sevdiyi oyunları öyrenmeye çalışırsız ki,vaxtınızı onunla maraqlı keçiresiz?
Yoldaşınızın size intellektual marağını qorumaq üçün bir şeyler edirsiniz? Meselen, dünyada baş veren son hadiselerle, yeni kitablar, elmde yenilikler ve s.

Bütün adlarını çekdiyimiz bu mütexessisler intim münasibetlere aid yaxşı bir kitab oxumağı meslehet bilirler. Size bir neçe kitabı tövsiyye ede bilerik, bunlar en yaxşılarıdır.
İzabel Hatton “Er ve arvadın intim münasibetleri” (ing. ”The intim technigue in marriage”)
Maks Eksner “Aile heyatının intimual terefleri” (ing.”The intimual side of marriage”)
Yelena Rayt “Nigahda intim faktoru” (ing.”The intim faktor in marriage”)
Teodor Hendrik Van de Velde “İdeal nigah” ( ing.”Ideal Marriage”)
Meri Uer Dennet “Heyatın intimual terefleri” (ing.”Married Love”)
Ernest R.Qrous,Qledis X.Qrouve “Aile heyatında intim” (ing “intim in marriage”)
Ernest R.Qrous “Nigaha hazırlıq” (ing.”Preparation for marriage”)

Bununla da, qaydalarımızı bitirdik, bunlara riayet edib etmemekse artıq sizin işinizdir.Eger ailenizin xoşbext olmasını isteyirsinizse,bunları nezere alın.Qarşılıqlı ve heqiqi sevgi hisslerin en gözelidir.Bunu seven ve sevilen her kes bilir. Eger sevginizi tapmısınızsa, onu qetiyyen elinizden buraxmayın, bu şans bir defe verilir, qaçırsanız son günlerinize kimi en peşman olacağınız şey olar… Unutmayın!!!!!! Uğurlar!


Şərhlər:
Baxılıb: 8419
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz